İslamda səbir

İnsan xarakter olaraq tələskən yaradılmışdır və bu xüsusiyyətinə görə də bir çox səhvlər edir. Halbuki Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbr etməsi tövsiyə edilir. Mömin Allahın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbr etməyi bacarmalıdır. Bu, bir ibadətdir. Ayədə "Rəbbin üçün səbr et" (Muddəssir Surəsi, 7) hökmü verilir. Həm Allah yolunda mübarizənin, həm də Allaha yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbirdir. Bir ayədə belə buyurur:

"Ey iman edənlər! Səbr edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" (Ali-İmran Surəsi, 200)
Bir şeyi unutmayaq ki, səbir ilə "dözüm" anlayışları fərqlidir. Cahiliyyə cəmiyyətində bu iki anlayış bir-birinə qarışmışdır. Halbuki bu 2 anlayış arasında mömin tərəfindən qavranılan çox mühüm fərq var. Dözüm, xoşa gəlməyən, ağrı verən çətinliyə dözməkdir. Halbuki Quranda nəzərdə tutulan səbir mömin üçün çətinlik qaynağı deyil. Mömin Allahın razılığını qazanmaq üçün səbr edir, buna görə də səbrindən ötəri heç bir əzab çəkmir, əksinə mənəvi həzz alır. Quranda səbrin möminlər üçün həzz, inkarçılar üçün isə çətin "dözüm" olduğu belə ifadə edilmişdir:
"Səbr və namazla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir." (Bəqərə Surəsi, 45)
 

0 şərh