Uşaqdakı Bəsirət

Malik bin Dinar rəvayət edir:
- "Bir gün bir uşağın yanına yaxınlaşdım. Uşaq torpaqla oynayır və gah gülür, gah da ağlayırdı. Ona salam verim dedim. Nəfsimə ağır gəldi, fikrimi dəyişdim. Sonra dedim ki, ey nəfs, Allahın Rəsulu (s) böyüklərə də, kiçiklərə də salam verirdi. Yaxınlaşıb salam verdim:
- Və aleykəs-salam və rəhmətullahi və bərəkatuh ey Malik bin Dinar!- deyə cavab verdi. Təəccübləndim, dedim ki:
- Bu günə qədər məni görmədiyin halda məni necə tanıyırsan?
- Ruhum ruhunla mələklər aləmində görüşdü." Soruşdum:
- Ağıl ilə nəfs arasındakı fərq nədi? Dedi:
- Sənin mənə salam verməyinə mane olan nəfsdir, salam verdirən isə ağıldır.
- Dərdin nədir ki, torpaqla oynayırsan? Dedi:
- Çünki biz ondan yaradıldıq, yenə ona dönəcəyik.
Yenə soruşdum:
- Görürəm ki, onunla oynayarkən gah gülürsən, gah da ağlayırsan.
- Bəli, Rəbbimin əzabı gözümün önünə gəlir, ağlayıram. Rəhmətini xatırlayınca gülürəm.
Dedim ki:
- Oğlum sənin nə günahın var ki, ağlayırsan?
- Elə demə, ya Malik! dedi. Hər zaman görürəm, anam ocağı yandıranda böyük odunları kiçik odunlarla alışdırır, ona görə ağlayıram.
 

0 şərh