Dünyanın əvvəli - Kənan Hacının hekayəsi

Günəş göy üzündə gülümsəyirdi. Yaddaş pilləkənləriylə günəşə doğru bir qoca aram-aram qalxmaqdaydı. Qalxdıqca sanki cavanlaşırdı. Adam cidd-cəhdlə dünyanın lap əvvəlinə gedib çıxmaq istəyirdi...
Adəmlə Həvva sanki qədim xalçanın üzərində uzanmışdılar. Ətrafda buludlar ağır-ağır süzürdülər. Əyilib lap ehtiyatla dodaqlarını Həvvanın saçlarına toxundurdu. Həvva üzündə nəfəs duyub gözlərini açdı. Adəmi, onun gözlərindəki sonsuz məhəbbəti görüb qollarını ərinin boynuna doladı və «həyatım mənim, — dedi, — axır ki, gəlib çıxdın».

Davamı →

Məhəbbətin ölçüsü fədəkarlıqdır

İslam fədakarlıq dinidir. Allah-Təala ayeyi-kərimədə belə buyurur:
“Allah möminlərdən canlarını və mallarını onlara veriləcək Cənnət qarşılığında satın alımışdır”. (ət-Tövbə, 111)
Uca dinimizin Allah üçün can, mal və müxtəlif imkanların fəda edilməsi və fərdi rahatlıqdan imtina etməklə bugünlərə gəlib çıxmışdır. Biz də bu gün Allah üçün ediləcək fədakarlıq imtahanı ilə qarşı-qarşıyayıq.
Digər bir ayədə belə buyurulur:
“(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?”. (əl-Bəqərə, 214)
Davamı →

Həzrət Əyyubun ibrətamiz əhvalatı

Qurani-Kərimin dörd surəsində həzrət Əyyubun (ə) adı çəkilib. Əyyub peyğəmbər səbr və dözümdə nümunəvi peyğəmbərdir. Həzrət Əyyub haqqında Quranın təkcə bir surəsində söz açılsa da əslində, onun yaşadıqları müsibətlər, bəlalara düçar olan çox sayda insanlar üçün örnək sayıla bilər.
Quran və dini ədəbiyyata əsaslanaraq tam qətiyyətlə demək olar ki, Allah taala ona çoxlu mal-dövlət, qüdrətli övladlar və sağlam bədən bəxş etmişdi. Onun, məhsuldar əkin sahələri və çox sayda mal-qarası var idi. Güzəranı yaxşı keçirdi. Allah onu sınamaq üçün o nemətləri onun əlindən aldı; əkin sahələri yararsız, mal-qarası tələf oldu və övladları da vəfat etdi. Özü isə ağır xəstəliklərlə üzləşdi. Bütün ağır günlərdə, daima Allaha şükür etdi və heç vaxt şikayət etmədi. Allahdan başqa heç kimə sığınmadı.

Davamı →

Hər kəsə rəhmət | Nizami Əfəndiyev

Uca Allahın bəşəriyyətə göndərdiyi Peyğəmbərlərin hamısı fərqli şəriətlə göndərilsə də, ən müqəddəs vəzifələri eyni iman prinsiplərini, xüsusən də təkallahlılıq prinsipini təqdim etmək idi. Bunun üçün müqəddəs mesajların son halqası olan İslamın, müxtəlif sivilizasiya və düşüncə sistemləri ilə münasibəti çox təbii bir haldır. İslam sivilizasiyasının əsas mənbəyi olan Quran və Sünnəyə baxdıqda bu əlaqənin nə qədər inkişaf etdiyini başa düşmək çətin deyil. Bütün insanlara hidayət rəhbəri olaraq göndərilən Hz. Muhammədin  qeyri-müsəlmanlarla əlaqələrində “əhli-kitab” dediyimiz yəhudi və xristianlarla münasibəti olduqca diqqətəlayiqdir.
Davamı →

Allah Haqqı Hər Şeydən Üstündür | Fuad Quliyev

Qur`an-i Kərimdə ən çox «doğru xəbər», «doğru yol», «dəlil», "ədalət"  və buna bənzər bir çox mənalarda işlənən haqq kəlməsi eyni zamanda «varlığı qət`i olan, hikmətə uyğun yaradan» mənalarına görə Allahın bir ismi və vəsfi olaraq da işlənir.
Məsələn, "…sonra onlar Allaha, özlərinin haqq mövlasına qaytarılacaqlar. Məgər hökm Onun deyilmi və O daha tez haqq-hesab çəkmir mi?"   ayəsi bunu ifadə edir.
Davamı →

Həzrəti Fatmeyi Zəhra haqqında maraqlı hekayə

      Həzrəti Fatimeyi Zəhra bir gün atası peyğəmbərimiz Məhəmməd (s.a.s)in yanina gəlib dedi:

      -Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək?

      Peyğəmbərimiz:

      — Filan məhəllədə bir qadin var. O qadın cənnətə ilk girəcək qadındır, buyurdular.

      Həzrəti Fatimə çox maraqlanmışdı. Məndəndənmi əvvəl girəcək, ata? — deyə soruşdu.

      Həzrəti Peyğəmbərimiz:

      — Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol dedi. Həmdə onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarını da öyrənərsən. 


Ardı →

Uşaqdakı Bəsirət

Malik bin Dinar rəvayət edir:
— «Bir gün bir uşağın yanına yaxınlaşdım. Uşaq torpaqla oynayır və gah gülür, gah da ağlayırdı. Ona salam verim dedim. Nəfsimə ağır gəldi, fikrimi dəyişdim. Sonra dedim ki, ey nəfs, Allahın Rəsulu (s) böyüklərə də, kiçiklərə də salam verirdi. Yaxınlaşıb salam verdim:
— Və aleykəs-salam və rəhmətullahi və bərəkatuh ey Malik bin Dinar!- deyə cavab verdi. Təəccübləndim, dedim ki:
— Bu günə qədər məni görmədiyin halda məni necə tanıyırsan?
— Ruhum ruhunla mələklər aləmində görüşdü.» Soruşdum:
— Ağıl ilə nəfs arasındakı fərq nədi? Dedi:
— Sənin mənə salam verməyinə mane olan nəfsdir, salam verdirən isə ağıldır.
— Dərdin nədir ki, torpaqla oynayırsan? Dedi:
— Çünki biz ondan yaradıldıq, yenə ona dönəcəyik.
Yenə soruşdum:
— Görürəm ki, onunla oynayarkən gah gülürsən, gah da ağlayırsan.
— Bəli, Rəbbimin əzabı gözümün önünə gəlir, ağlayıram. Rəhmətini xatırlayınca gülürəm.
Dedim ki:
— Oğlum sənin nə günahın var ki, ağlayırsan?
— Elə demə, ya Malik! dedi. Hər zaman görürəm, anam ocağı yandıranda böyük odunları kiçik odunlarla alışdırır, ona görə ağlayıram.
Davamı →

Hz.Yusif

Bir gün Yusifin camalı önündə nəfsini cilovlaya bilməyən Züleyxa belə deyir:
-Yusif,sənin gözəl saçların var!
Yusif (ə):
-Cəsədimdən ilk ayrılacaq saçlarım olacaq.
-Sənin gözlərin də çox gözəldir!
Yusif (ə):
-Cəsədimdən ilk tökülən şey gözlərim olacaq.
-Sənin nə qədər gözəl üzün var!
-O,torpaq üçündür,torpaq onu çürüdəcəkdir — deyə Yusif cavab verir.

Davamı →

«Şeytana səcdə...»

Mahmud adında bir şəxs, kimsəsiz bir yerə bağlanmış, gecə-gündüz ALLAHA (c. c) ibadət edir və heç bir günah iş etmirdi. Bu adamı Şeytan yoldan çıxarmağa başladı. Şeytan necə olursa-olsun bu adamı ibadətdən və duadan uzaqlaşdırmaq istəyirdi. Çünki bu adamın etmiş olduğu dualarla minlərlə günah sahibinin günahını ALLAH silirdi. Şeytan adamı aldatmaq üçün müxtəlif hiylələrə müraciət etdi. Lakin heç cür aldada bilmədi. Ən sonunda şeytan işin asanını tapmışdı. Çünki Mahmud, çox ibadət edir, müttəqi, züht və təqva sahibi bir şəxs idi amma, alim deyildi. Yəni dini elmləri çox bilməzdi. Ondan ötəri onu aldatmaq asan olacaqdı. Şeytan planını belə tətbiq etdi: Kürəyində cübbəsi, əlində dəyənəyi başında sarığı, əlində təsbehi olduğu halda dümağ saqqalıyla şeytan, Mahmudun qapısını döydü.
Ardı →

Əqrəbi oda atan qadının rəvayəti

Bir yay axşamı idi. Qoca qadın namaz üçün məscidə gedən ərinin arxasından qapını bağlayb oturdu. Azan oxunan vaxt dəstəmaz alıb namazına başladı. Namazdan sonra uzun uzun dua edib ayağa qalxdı. Sonra yemək bişirmək üçün mətbəxə getdi və düyü götürüb təmizləmək üçün əyləşdi. Düyünü təmizləyə-təmizləyə «bir gəlinim olsaydı, ev uşaqlarla dolu olsaydı, evdə şənlik olardı» deyə fikirləşdi. Ocağı yandırmaq üçün mətbəxə getdi. Ocağı yandırdı və qazanı qoymaq istəyəndə birdən bir əqrəb gördü. Cəld maşanı əlinə alıb əqrəbi ocağa atdı. Əqrəb ocaqda qıvrıla-qıvrıla yanmağa başladı.
Ardı →