Atalar sözləri ilə həyata baxış I

 “Salam Allahın adıdır”. “Əvvəl salam, sonra kəlam”.  “Bir gün duz yediyin yerə qırx gün salam ver”. “Hər saqqala salam verməzlər”. “Nanəcibə salam verərsən, deyər: — Qorxdu
məndən!”. “Qazıya salam verdim, rüşvət deyil deyə almadı”. “Salam verdim, borclu çıxdım”. “Borclu borclunun sağlığın istər”. 

“Dünyanınkı borcdur”. “Dünyanınkı əvəz-bədəldir”. “Bu gün dünyadır, sabah axirət”. “Süleymana qalmayan dünya heç kəsə qalmaz”. “Dünyanı ikiəlli tutma”. “Bu dünya genişdir, sənə də yer var, mənə də”. “Dünya mənim deyənin, dünən gəldik yasından”. “Ölüm qaş ilə göz arasındadır”. “Bir gün yaranan bir gün öləcək”.  “Dünya  bir  pəncərədir,  hər gələn baxar gedər” “Hamı istər cənnətə getsin, amma günahları qoymaz”. “Cənnət də bu dünyadadır, cəhənnəm də”. “Yaxşı gün cənnətdir, yaman gün cəhənnəm”.

 “Ölən öldü, vay qalanın halına”. 

 

Vüqar Haqverdiyev

[email protected]

 

 

1 şərh

MURAD_SEYFULLAYEV
Oxşar, Bumeranqın Ziddiyyətli atalar sözləri topiki yadıma düşdü. Amma bu topiki fərqli edən Haqverdiyevin atalar sözlərini uyğunlaşdırıb, həyata baxış adıyla vermək istədiyi mesajlardır.   Bu topikidə bəyəndim. :)