Gülüş barədə hədislər

"Mənim ondan razı, ya narazı olduğumu bilmədiyi halda gülən bəndəyə təəccüb edirəm"

Gülüş haqqında bir neçə hədis topladım. İnsanı düşündürən bu hədisləri sizlərlə paylaşmaq istədim.

“Gülə - gülə günah işlədən adam ağlaya- ağlaya cəhənnəmə gedər”.

“Üç cür adam Allahın qəzəbinə gələr: Tox ola- ola yeyən, gününü yatmaqla sovuran, mənasız yerə gülən”.

Allahın Peyğəmbəri (s): “Allah yanında üç nəfər hamıdan mənfurdur: Axşam heç namaz qılmamasına baxmayaraq gündüz çox yatan kəs, çox yeyən və yemək yeyən zaman Allahın adını çəkməyən və (qurtarandan sonra) Ona şükür etməyən kəs və səbəb olmadan çox gülən kəs».

İmam Əli (ə): «Peyğəmbərin (s) gülüşü təbəssüm idi».

İmam Baqir (ə): «Qəhqəhə ilə güləndən sonra de: İlahi! Mənə qəzəblənmə».

İmam Sadiq(ə): «Qəhqəhə çəkmək şeytandandır».

İmam Sadiq (ə): «Möminin gülüşü təbəssümdür».

İmam Sadiq (ə): «Kim öz qardaşına təbəssüm etsə, həmin təbəssüm ona bir savab olar».

Allahın Peyğəmbəri (s): «Çox gülməkdən ehtiyatlı ol ki, qəlbi öldürər».

Allahın Peyğəmbəri (s): «Əgər mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız».

Merac hədisində deyilir: «Allah-Taala buyurur: Mənim ondan razı, ya narazı olduğumu bilmədiyi halda gülən bəndəyə təəccüb edirəm».

İmam Əli (ə): «Çox gülənin zəhmi aradan gedər».

İmam Həsən Əskəri (ə): «Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir».

Hazırladı: Pərvin Nəsirova

deyerler.org saytına istinadən

 

0 şərh