Dünyanı heyrətə salan casus -Sidney Relli
Relli sovet rejimini devirmək üçün yeganə çıxış yolunu Lenini öldürməkdə görürdü. Belə ki, o Leninə qarşı bir sui-qəsd planı hazırladı. O, bu sui-qəstdə Fanya Kaplan adlı yəhudi əsilli bir qadından istifadə etdi. Bu qadın 1918-ci il, 30 avqustda Leninə qarşı sui-qəsd həyata keçirdi, ancaq Lenin yaralansa da ölməz. Fanya Kaplanın Lenini öldürməyə Relli tərəfindən göndərildiyini Sovet hökumətinin vəzifəli şəxsləri artıq bilmişdilər
Bir gün Relli İngiltərəyə gəlir və dindar bir xristian ailəsi ilə münasibət qurur. Burada işlədiyi müddətdə bir qadınla tanış olur. Qadın isə evli olduğundan Relli ilə o qədər də maraqlanmır. Relli ondan əl çəkmir və könlünü ələ ala bilir. Relli bundan sonra qadının ərini yox etmək qərarına gəlir və onu zəhərləyir. Nəticədə qadının əri dünyasını dəyişir. Həmin qadın isə ərinin ölümünə o qədər də təəssüflənməmiş və bir müddət sonra ərinin öz əcəli ilə ölməsinə aid sənədləri imzalayan həkim Andre adlı bir şəxslə evlənmişdi. Maraqlıdır ki, mərhumun öz əcəli ilə ölməsinə dair sənədləri imzalayan bu həkim haqqında heç bir məlumat yoxdur. Bunun isə bir səbəbi var. Həmin həkim əslində Sidney Relli idi. O, yeni ailə qurduğu qadın sayəsində çox zəngin olmuşdu. Relli 1901-ci ildə Qafqaz nefti haqqında məlumat toplamaq üçün İstanbula gəlib. Tapşırığı yerinə yetirdikdən sonra Misirə getmiş, oradan da Çin və Yaponiyaya yollanmışdı.
Relli Birinci Dünya müharibəsi vaxtında da sakit dayanmayıb. O, Almaniyada tanınmış Krupp fabrikində baş usta cildində casusluq etmişdi. Onun xeyli vaxt orada işləməsinə baxmayaraq, heç bir kəs ondan zərrə qədər şübhələnməmişdi. Relli Almaniyada olduğu müddətdə Osmanlı-Alman İttifaqı qurulmuşdu. Sonra ingilis gizli kəşfiyyat təşkilatı MI 5-in direktoru Viliam Melvule tərəfindan Sidney Relli xüsusi bir tapşırıqla İstanbula göndərilmişdi. Rellinin vəzifəsi Osmanlının alman “Blohm und Voss” firmasının gizli gəmi sifarişlərini öyrənmək və təxribat törətməkdən ibarət idi. Nəhayət, Relli 1914-cü ildə, müharibənin başladığı bir dövrdə öz vəzifəsini yerinə yetirdi və Londona qayıtdı. Casusluq Relli üçün təkcə sənət yox, həm də ən sevimli məşğuliyyətə çevrilmişdi. Relli lazım olduqda vəzifəsini yerinə yetirmək üçün qadınlardan da istifadə edirdi. Sənətinə bağlı olan bu casus o qədər professionllaşmışdı ki, vəzifəsi uğrunda gözünü qırpmadan adam öldürə bilirdi. Rellinin üç qadın agenti vardı. Bu qadınlar bir-birindən gözəl idi. Relli bu agentlərdən istifadə edərək, bir çox vəzifəli şəxslərdən istədiyi məlumatı əldə edə bilmişdi.
Relli sovet rejimini devirmək üçün yeganə çıxış yolunu Lenini öldürməkdə görürdü. Belə ki, o Leninə qarşı bir sui-qəsd planı hazırladı. O, bu sui-qəstdə Fanya Kaplan adlı yəhudi əsilli bir qadından istifadə etdi. Bu qadın 1918-ci il, 30 avqustda Leninə qarşı sui-qəsd həyata keçirdi, ancaq Lenin yaralansa da ölmədi. Leninin aldığı bu güllə yarası tam sağalmadı və 6 ildən sonra ölmüşdü. Fanya Kaplanın Lenini öldürməyə Relli tərəfindən göndərildiyini Sovet hökumətinin vəzifəli şəxsləri artıq bilmişdilər.
1919-cu ildə bolşeviklər tərəfindən gizli TRUST adlı bir təşkilat yaradılır. Bu təşkilatın vəzifəsi bolşevikləri pisləmək idi. Dzerjinski təşkilatın rəhbəri kimi bu vəzifəsinin öhdəsindən yaxşı gəldi. Bu təşkilata inanan Fransa, Türkiyə və Almaniyaya qaçmış bir çox aristokratlar çarlıq rejiminin bərpa olunacağına inanaraq Rusiyaya qayıtdılar. Böyük sevinclə vətənə dönən bu aristokratların hamısı güllələndi.
Sidney Relli 1923-cü ildə TRUST təşkilatının qərbliləri aldatmaq üçün bilavasitə Dzerjinski tərəfindən qurulduğunu anladı. Həmin vaxt “Gadfly” (Mozalan) kod adından istifadə edən Relli Rusiyaya getdi. O, Rusiyada qiyam qaldırmaq üçün gizli təşkilat yaratdı və yenidən vətənə qayıtdı.
Amma Relli 1925-ci ildə xüsusi bir tapşırıqla finlandiyalı bir tacirə aid sənədlə yenidən Rusiyaya qayıtdı. Məşhur casusun budəfəki adı isə Sternberq idi. Rusiyada Rellini TRUST və ÇEKA təşkilatları adından çalışan, ancaq MI6-ya işlədiyi bilinən bir agent qarşıladı. Bu agent ona TRUST-un Moskvada da fəaliyyət göstərdiyini və onunla əlaqə yaratmağın vacib olduğunu dedi. Relli nəyə görəsə bu agentin dediklərinə inandı, ancaq son anda tələyə düşdüyünü anladı. Relli üç həmkarı ilə birlikdə Finlandiyaya qaçmağa cəhd göstərdi, ancaq Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həbs olundu. Bundan sonra olanlar haqqında isə heç bir məlumat yoxdur. Ancaq İngiltərənin israrı nəticəsində Sovet hökuməti 1927-ci ildə açıqlama verdi ki, Relli 1925-ci ilin sentyabr ayında rəsmən həbs olunub. Ancaq Sovet hökuməti bununla bağlı heç bir bəyanat vermədi. İngilis kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Relli 1925-ci il, dekabrın 5-də Dzerjinskinin cəlladları tərəfindən güllələndi. Həmin vaxtda Rellinin Pepita adlı həyat yoldaşı isə mətbuat konfransı keçirərək ərinin ölmədiyini və Amerikaya qaçdığını söylədi, ancaq bu məlumat öz təsdiqini tapmadı. Bəzi məlumatlara görə isə, Relli sorğu zamanı siyasi söhbətlər edib, öz casusluq həyatından isə heç nə danışmayıb. Onun dediyi bir cümlə isə böyük çaxnaşma yaratdı. Relli: “Mən 1915-ci ildə alman kəşfiyyatında işləyirdim və orada rus vətəndaşı olan bir alman casusu ilə tanış oldum. Onun adı Vladimir İliç Ulyanov Lenin idi”.
Rellinin öldürülməsindən səkkiz ay sonra ingilis casusun Lenin haqqında dedikləri Dzerjinski ilə Stalin arasında şiddətli mübahisəyə səbəb olur. Mübahisə zamanı Dzerjinski infarkt keçirərək ölür. 20 iyul, 1926-cı ildə isə Sovet hökuməti Dzerjinskinin infarkt nəticəsində öldüyünü rəsmən açıqladı.
6 şərh