Təkayaqlı casus qadın Virciniya Hai


Dünyada tanınmış casuslar arasında qadınlar da özlərinəməxsus iz buraxıblar. Onlardan biri də Virciniya Haildir. Virciniya Hail 1907-ci ildə adlı-sanlı, varlı bir ailədə dünyaya gəlib. Virciniya hələ uşaq yaşlarından öz çalışqanlığı, bacarığı ilə valideynlərinin rəğbətini qazana bilmişdi. O, orta məktəbdə oxuduğu müddətdə öz çalışqanlığı, dərslərdə fəallığı ilə yaşıdlarından seçilirdi. Atası da qızının bu cür çalışqanlığını nəzərə alaraq, onu təhsil alması üçün Parisə göndərir. Daha sonra Virciniya Almaniyada və Vyanada təhsilini davam etdirir. Gələcəyin casusu ilə təhsilini fərqlənmə başa vurur. Həmin dövrdə Virciniyanın ailəsində hər şey normal gedirdi. Bir sözlə, o dövrdə Virciniya qayğısız bır həyat yaşayırdı.
Ardı →

Alman kəşfiyyatını aldadan casus: Xuan Puyol

Onun adı casusluq tarixinə almanları Normandiya əməliyyatında aldadan casus kimi düşüb. Bu da almanların Normandiyada məğlub olmasına səbəb oldu. Puyol peşakar casus deyildi. Amma fantaziyası ilə ən mahir casusları belə aldatmaq qabiliyyətinə malik idi Ona görə də onun adı dünyanın məşhur casusları sırasına düşüb. Xuan Puyol 1912-ci ildə Barselonada doğulub. O, uşaqlıq yaşlarından daha çox casus romanları, detektiv hekayələrlə maraqlanırdı. Xuan Puyol evdə oturaraq müxtəlif qeyri-adi casusluq hiylələri düşünüb hazırlayırdı. Bir gün o, casus olmaq qərarına gəlir və ingilis kəşfiyyatına bu istəyi ilə bağlı müraciət göndərir. İngilis kəşfiyyatı isə bu macəra həvəskarına bel bağlamır və onun bu təklifini rədd edir. Ancaq Xuan bu cavabdan təəssüflənmir və casusluq etmək üçün başqa yollar axtarmağa başlayır.
Ardı →

Dünyanı heyrətə salan casus -Sidney Relli

Relli sovet rejimini devirmək üçün yeganə çıxış yolunu Lenini öldürməkdə görürdü. Belə ki, o Leninə qarşı bir sui-qəsd planı hazırladı. O, bu sui-qəstdə  Fanya Kaplan adlı yəhudi əsilli bir qadından istifadə etdi. Bu qadın 1918-ci il, 30 avqustda Leninə qarşı sui-qəsd həyata keçirdi, ancaq Lenin yaralansa da ölməz.  Fanya Kaplanın Lenini öldürməyə Relli tərəfindən göndərildiyini Sovet hökumətinin vəzifəli şəxsləri artıq bilmişdilər


Ardı →

Casuslar

casusluq-ən şərəfli sənətMəlumdur ki, jurnalistika və casusluq qədim peşələr arasında gedən rəqabətdə ikincilik uğrunda mübarizə aparır.Maraqlı burasındadır ki, bu iki peşə adamları həmişə bir-birilə əlaqədə olublar. Casuslar çox vaxt jurnalistlərdən aqent yaradaraq özləri müxbir cildinə düşürlər.(Lazım olmayan yerlərə girmək üçün).Əvəzində isə jurnalistlər casuslar haqqında canla-başla çoxlu yazılar yazırlar və buna görə də yaxşı qonorar alırlar.Başa düşdüyünüz kimi söhbət casuslaradan gedəcək.



Ardı →