Oğulun ataya məktubu…

Gəlin , sizi bir məktubla tanış edim. Yalnız ona görə yox ki, bu gün 9 maydır və mən də sizləri təəccübləndirmək istəyirəm. Və həm də ona görə yox ki, o müharibənin daha bir unudulmuş Qəhrəmanını yada salaq və onun səmimiyyət dolu bu kiçicik məktubu o vaxtın insanlarının xarakterinə növbəti ştrix olsun. İlk növbədə ona görə ki, 24 yaşlı gəncin atasına məktubu Azərbaycanın son 20-30 illik tarixini də, bu günümüzü də anlamaqda yardım edəcək.
(Bu məktubu tərcümə edəndə oğlum Abdulla Şaiqin “Tülkü Həccə gedir” şeirini oxuyurdu)
Beləliklə məktub:

“Əzizim ata !
Artıq 2 ay yarımdır ki, mən öz yerimdə deyiləm və müftə çörək yeyirəm ,halbuki çörək hazırda olduqca qiymətlidir ,Vətənin təhlükədə olduğu ,onun minlərlə övladının cəbhədə canından keçdiyi bir vaxta mən burda oturmuşam …”
Soruşacaqsız : kimdir oğul, kimdir ata? Səbrinizi sınağa çəkmirəm: Məktubu Cahangir (Vladimir) Bağırov atası Mircəfər Bağırova yazır. Tarix: 4 fevral 1943-cü il
Cahangir yaralandıqdan sonra Bakı hospitallarından birində müalicə alır.
Məktubun davamı: «Mən döyüşlərin ən qızğın yerində həm də ona görə olmalıyam ki, sənin oğlunam, ancaq arxada oturmuşam»
Yox, o yaralanmağından istifadə edib Bakıda ləngiməyib. Sadəcə, həkimlər onu cəbhəyə buraxmırlar. Yaraları hələ sağalmayıb. O isə ön xəttə can atır.
Sonra: «Xahiş edirəm, mənim cəbhəyə yollanmağımı sürətləndir və mənə adlı-sanlı təyyarələrdə vuruşmaq lazım da deyil, artıq 2 ay yarımdır gözləyirəm və hətta U-2-də də savaşmağa hazıram.
Bir həftə də gözləyə bilərəm, ondan sonra qarşıma çıxan ilk hərbi hissəyə gedib cəbhəyə yola düşəcəm…»
Elə də olur – 1 həftə sonra Cahangir Bağırov cəbhəyə yollanır.
Və məktubunun son cümləsi:
“Səbirsizliklə cəbhəyə yollanmağı gözləyirəm və sübüt edəcəmki, sənin oğlun öz atasına və öz Vətəninə layiqdir.”


“Vətənə layiq olmaq” – o nəslin dilində adi səmimiyyətdən xəbər verən bu söz birləşməsi indiki günlərimizdə necə pafosla səsələnir! Çünki, indi müharibədən də, qəhrəmanlıqdan da, ləyaqətdən də fərarilər danışır.
Cahangir Bağırov cəbhəyə yollandı və 4 ay sonra həlak oldu.
Azərbaycan kommunistlərinin başçısı Mircəfər Bağırovun böyük oğlu 1919-cu ildə doğulmuşdu. Bakı aeroklubunun məzunu idi. Yeysk uçuş məktəbində və Daşkənd hərbi məktəbində təlim keçmişdi. Müharibəyə Hərbi Hava Qüvvələrinin leytenantı rütbəsində başlayır. Orduya doğulduğu yerdən – Həştərxan hərbi komisarlığından çağırılır. Moskvanın müdafiəsində iştirak edir. 1942-ci ilin dekabrında Serpuxov səmasında hava döyüşündə yaralanır.
Yuxarıdakı məktub da yaralandıqdan sonra müalicə olduğu hospitalda yazılıb.

Son döyüşü o məktubdan 4 ay sonra olur. İyunun 5-də Oboyan şəhəri yaxınlığındakı hava limanına hücumu dəf edərkən 1 alman təyyarəsini məhv edir. Daha bir təyyarəni vurmağa hərbi sursatı qalmadığından tarana keçir. Yəni, kamikadzelik edir. Cahangir (Vladimir) Bağırovun cəsədi Bakıya gətirilir və burada dəfn olunur. Məzarı, indi də qulluq göstərildiyindən, yaxşı vəziyyətdədir.

Bakı. Oğul Bağırovun məzarı


1943-cü ilin 11 iyununda SSRİ Ali Sovetinin qərarı ilə ölümündən sonra Lenin ordeni ilə təltif edilir. Qısa, dolğun bir ömür. Bu mətnə nə qədər desən başqa kəlmələr, yüksək və pafoslu sözlər əlavə etmək olar. Ancaq lazımmı? Yox, lazım deyil. Hər şeyi Mircəfər Bağırova yazılan məktubunda Cahangir Bağırov özü deyib. Həm də artıqlaması ilə…



Məmməd Süleymanov
 

6 şərh

pascal
Qədim dünya tarixini oxuyarkən görürük ki, əvvələr bir dövlət digər bir dövlətlə  müharibəyə başlayanda, ən öndə şahlar, sultanlar, sərkərdələr vuruşub. İndisə, dövlət başçısının ən uzaq qohumunun qohumu belə əsgəri xidmətin nə olduğunu bilmir. Barmaqla sayılası insanlardır Mircəfər Bağırov kimilərin övladları. Vətənimizin azadlığı uğrunda canından keçən hər bir şəhidimizə Allah rəhmət eləsin.
azadmamedov90
torpaq ugrunda olen varsa vetendir...bes veten ugrunda olen sehidlerimiz...?
Medikamentoz
Bu biraz sentimental reaksiyadır.

Əsgərlikdə iki əmioğlu olur.Komandir birindən soruşur ki,Vətən Sənin nəyindir? Əsgər cavab verir ki,Anamdır.Digər əmioğlundan soruşulduqda isə belə cavablayır:Əmidostumdur.(Əmimin həyat yoldaşı) 
azadmamedov90
yox, sadece olaraq bilmek lazimdir ki, eger menim qeydime qalan vetenin borcunu hansisa biqeyret zabitin(istisnalar var elbette) gezdiyi erazini supurmek (men xidmetde olmamisam) evezine gedib isleyib vergini vermek daha yaxsi olardi,ukraynada misalcun her kes gede bilmir,gerek pul veresen ki meni de par, ama turkiyede pul verirsen ki meni aparma...burda ise xeste pul vere bilmir, ama varli pul verir,neticede komisarlari isden azad edirler, xeste ise esgerlikde ya intihar edir,ya da ki xestelikden olur...bu qacinilmaz faktdir..ve her kese de melumdur...
Medikamentoz
Hərbi rejim və statuslar birdəfəlik Yerüzündən yığışdırılsa əla olardı,təəssüf ki,bu hələ də həllolunmaz olaraq qalır,biri hökmdən,digəri məcburiyyətdən.