Məhbusların dilemması- Prisoners' dilemma

Məhbuslarım dilemması oyunlar nəzəriyyəsində istifadə edilən standart oyunlardan biridir. Oyunun əsasını əməkdaşlıq etmələri hər iki tərəfin xeyrinə olduğu halda, tam rasional tərəflərin bu cür əməkdaşlıqdan yayına bilməsi təşkil edir. Oyun ilk dəfə Rand şirkətinin əməkdaşları Merril Flood və Melvin Dresher tərəfindən 1950-ci ildə yaradılıb. Sonradan Albert Tucker oyunu həbs cəzası «mükafat»ları ilə formal hala gətirib və oyuna «məhbusların dilemması» adını verib. Oyun qısa təsviri aşağıdakı kimidir:

Bankın girişində iki nəfər şübhəli saxlanıldı və eyni kameraya yerləşdirildilər. Onların bank soymaq etiraflarını eşitmək üçün polis növbəti təklifləri irəli sürür: Əgər ikisi də sussa, hər ikisi 2 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Əgər biri o birini satsa, o biri sussa, satan azad olunacaq, susan 5 illik həbs olunacaq. Əgər şübhəlilərin hər ikisi bir-birini günahlandırsalar, hər biri 4 il müddətinə həbsə göndəriləcəklər. Hər iki şübhəli bu təkliflərin hər ikisinə edildiyindən xəbərdar idilər.


Ardı →

Həbsxana maşınından səsləniş

Yenə bizi iylənmiş it ölüsü kimi ordan-ora, burdan-bura sürüyürlər. Yenə mən dəmir barmaqlıqları əlimizin kirindən qaralıb parıldayan bu səyyar türmədə yazın ilıq şüaları altında özüm kimiləri ilə yol gedirəm. Bu türmədən o türməyə, o korpusdan bu korpusa daşınmaqdan lap zəhləm tökülüb. Azad insanlara bütün qəlbimlə nifrət etdiyim məqam isə türmə maşının şəhərin ortasıyla yol getməsidir. Günəş insanların, xüsusilə də qadınların bahalı şampunla yuyulmuş saçlarında, bir ildir qoxusuna həsrət qaldığım zərif çəhrayı dərilərində brilyant kimi bərq vurur. Yenə qəfəsə salınmış meymun kimi maşının dəmir barmaqlıqlarından yapışıb şəhərin mərkəzi küçəsi ilə bizi aparan bu səyyar həbsxanadan çöldə nə varsa hamısının hədsiz xoşbəxt olduqları qənaətindəyəm.
Davamı →