Sualım var...

İnsan bir çox duyğuya sahib və çox zaman da bir çox duyğunu bir yerdə yaşaya bilən bir varlıqdır. İnsan duyğularına bir nəzər salacaq olsaq ağlımıza ilk gələnlər hirs , sevinc , acı , xoşbəxtlik , hüzün , sevinc , qısqanclıq , qürur , ehtiras , nifrət kimi ən fundamental duyğular olacaq. İnsan duyğularının bir qismi quruluşçu və müsbət , bir qismi isə dağıdıcı və mənfi duyğulardır.
Sualım belədir..

Yaxşı, bəs  insanın sahib olduğu ən təhlükəli duyğu hansıdır ?
 

13 şərh

2ral
təhlükəli deyərkən özünə təhlükəli yoxsa cəmiyyətə qarşı təhlükəli duyğu nəzərdə tutulur?
Düşmənə qarşı nifrət bilirəm ki,çox güclü hissdir.
Nailə_Rzayeva
Əlbəttə ki, insanın özü üçün nəzərdə tuturam…
Wizard
Məhəbbət :)
Wizard
Sevgi də demək olar!
Miri
Mənim fikrimcə Hirs kifayət qədər təhlükəli bir duygudur. Atalarımız «Hirsli başda ağıl olmaz» deyiblər. Türklərində gözəl bir məsəli var "Öfkeyle kalkan zarar ile oturur". Hirsli anında insan nə öz xarakterinə, nə də etik qaydalara, ağla sığmaz hərəkətlər eliyə və ya sözlər söyləyə bilər ki, sonra da ömrü boyunca bunun xəcalətini və ya peşmançılığını çəkər. Məşhurlardan biri deyib ki, «Cəsarətsiz ağıl ətalətdir, Ağılsız cəsarət isə təhlükədir». Hirsli insan da həmin anda ağıllı düşünə bilmədiyi üçün, onun hər bir addımı məncə təhlükədir…
fidan
Mən də razılaşıram)) Məhəbbət çox təhlükəlidir.Onun təsiriylə adam çooox təhlükəli işlər görə bilər.
kiber

Nədənsə bu sualı bir neçə yerdə görmüşəm, hamısında da copy-paste. Olduğu kimi!


Cavab olaraq nəfs deyərdim!

Nailə_Rzayeva
Kiber, mən başqa saytda başqa nik altında üzvəm və bu məqaləmi yalnız orada yazmışam, heç yerdən də copy-paste etməmişəm. Əgər eynisini görmüsünüzsə, deeməli mənim məqaləmi copy-paste ediblər :)
kiber

Onda belə çıxır ki siz bu sualları kompda saxlayırsız, olduğu kimi =) Lazım olanda copy->paste… Bir şey soruşum, istədiyiniz cavabı almısız bu günə kimi?

Nailə_Rzayeva
Təəssüf ki, kompüterimdə saxlamamışam,  mənə copy-pacte lazım deyil. Əgər fikirlər özümündürsə o daim dəyişməz qalır, müəyyən halda elə məqaləni yazdığım saytdan da copy-paste edə bilərəm.  O ki, qaldı sualıma cavab tapmağa mən konkret cavab axtarmıram, sadəcə düşüncələr, fikirlər maraqlıdır. Məncə bununla da bu müzakirəni bağlasaq yaxşı olar…
bankir
big.az? Yoxsa orda yazmısan bu mövzunu?
Əlim avtomatik minus reytinq vermək istəyir:-)
Nailə_Rzayeva
Xeyr, mən elə boş saytlara üzv olmuram. Mənim o üzv olduğum saytı çoxları tanımır…
Arzt
İnsan üçün ən böyük təhlükə məncə başqa bir insana olan bağlılığıdır.Yəni səbəbsiz sevgisidir.Səbəbi olmadan sevib bağlanan insan nə qədər güclü olsa da bu onun yalnız ətrafına göstərə biləcəyi gücdür.Öz daxilində bu bağlılıq qarşısında olan acizliyini yalnız özü bilir.