Рейтинг
+30.56

Public relations

22 üzv, 33 topik

PR-ın tarixi haqqında

Alimlər yaxın keçmişdə yaranmış bir sıra fəaliyyət növləri kimi PR  fəaliyyətinin də köklərini uzaq keçmişdə axtarmağa çalışırlar. Onlar Qədim Şərqdə, Yunanıstanda, Romada, Çində baş vermiş bir sıra ideoloji və dini  hərəkatların ardıcıllarını, məsələn, xristianlığı yayan apostolları,  Maninin, Məzdəkin ardıcıllarını, sufiləri az qala ilk PR-menlər adlandırırlar.
Müasir PR-nin «sələfləri» kimi tədqiqatçılar aşağıdakı kommunikasiya növlərini qeyd edirlər:
— Antik ritorika
— Dini kommunikasiya
— Məhkəmə nitqləri
— Parlament nitqləri
— Kütləvi kommunikasiya
— Ədəbi kommunikasiya
— Reklam kommunikasiyası
Ardı →

Pablik rileyşnz nədir?

PABLİK RİLEYŞNZ (ingil. — Public Relations) NƏDİR?
Deyirlər ki, Şərqdə hökmdarlar öz həkimlərinə səhhətlərindən asılı olaraq məvacib verirdilər — həkimlər yalnız hökmdar sağlam olduğu vaxt üçün pul alır, o xəstələndikdə isə məvacibsiz qalırdılar. Buna görə də çalışırdılar ki, «qibleyi-aləmi» həmişə həkim nəzarəti altında saxlasınlar və xəstələnməyə qoymasınlar.


Pablik rileyşnz də müntəzəm tibbi profilaktika kimidir. Reklamdan fərqli olaraq, o, ardıcıl şəkildə cəmiyyətdə gedən prosesləri izləyir, proqnozlaşdırır və qabaqlayır. Əgər hansı səbəbdənsə təşkilatın cəmiyyətdə nüfuzu düşübsə, ən bahalı reklam kampaniyası belə onun nüfuzunu qaldıra bilməz, lakin ağıllı düşünülmüş PR metodları ilə vəziyyəti sabitləşdirmək olar (bax: fəsil II, «İctimaiyyətlə əlaqədə ünsiyyət böhranı»). Bununla belə, PR fəaliyyətinin daim mövcud olduğu subyektlərin nüfuzunun kəskin şəkildə düşməsi ehtimalı çox azdır.


Ardı →

İctimaiyyətlə əlaqələr lazımdırmı?

Uzun illər işlədikdən sonra bir də ətrafa diqqət yetirib görürsünüz ki,  sizin təşkilatınız artıq cəmiyyətdə və ya onun müəyyən dairələrində kifayət qədər tanınıb, lakin heç də hamı tərəfindən birmənalı qarşılanmır. Çoxları sizə hörmətlə yanaşır, lakin rəqiblər və bəzi «ağzıgöyçəklər» çalışırlar ki, sizin təşkilatınız və şəxsiyyətiniz haqqında pis fikir yaratsınlar, xoşagəlməz şaiyələr yaysınlar.


Belədə qarşınızda iki yol durur: birincisi, heç nəyə əhəmiyyət vermədən əvvəlki kimi vicdanla çalışmaq, necə deyərlər, xalqa xidmət etmək və inanmaq ki, «xalqın gözü tərəzidir»; ikincisi, təşkilatın imicini qorumaq və qaldırmaq üçün tədbirlər hazırlayıb həyata keçirmək — yayılan və  yayıla biləcək şaiyələrin mənbəyini araşdırmaq, onların cəmiyyətdə hansı təsirlər doğura biləcəyini proqnozlaşdırmaq, əməkdaşların təşkilatda davranış qaydalarını müəyyənləşdirmək, iş prosesində əlaqədə olduğunuz işgüzar dairələri özünüz haqqında mümkün qədər çox məlumatlandırmaq və s.


Ardı →