Şokolad müdafiəsi

Acı qara şokolad qan damarı divarlarının vəziyyətini yaxşılaşdıraraq, ateroskleroz xəstəliyinin inkişaf etməsi ehtimalını azaldır. Bu fərziyyə elmi təsdiqini tapmışdır.
Bir gün də şokoladsız olmasın
Yunan alimləri eksperiment nəticəsində sınaqdan keçirilənləri iki qrupa böldülər: birinci qrup iştirakçılar gün ərzində 100 qram qara şokolad qəbul etdikləri halda, ikinci qrup iştirakçılar bu təamdan imtina etdilər. 3 saatdan sonra, ultrasəs tədqiqatı, şokolad yemiş insanlarda qan damarlarının daxilini örtən endoteliya hüceyrələrinin funksiyalarının yaxşılaşdığını qeydə almışdır.Kaliforniya universitetinin alimləri də dəlil-sübutlarını təqdim etmişdilər. Tədqiqatın iştirakçıları təsadüfən seçilmiş 20 nəfər olmuşdur. Onlardan bir qismi tərkibi külli miqdarda flavonoidlərdən (kakaonun tərkibini təşkil edən antioksidantlardan) ibarət olan acı şokoladı, qalanları isə tərkibi cüzi miq­darda flavonoidlərdən ibarət şokoladı hər gün qəbul edirdilər. Nəticə iki həftədən sonra aydın oldu: birinci qrup iştirakçıların arteriyaları tədqiqata qədərki vəziyyət ilə müqayisədə 13% genişlənmişdi. Alimlər bunun məhz qanda flavonoidlərin konsentrasiyasının artması sayəsində baş verdiyini hesab edirlər.
Dadlı və faydalı əlavə
şokolad yeyin,şokolad kimi olunSon illərin tədqiqatlarının nəticələri acı şokoladın qan damarlarının vəziyyətinə müsbət təsir göstərməsinə, damarları genişləndirən və trombosit əleyhinə xassələrə malik olmasına işarə edir. Lakin onu orqanlar ilə toxumaların sərbəst radikal turşulaşmasından tamamilə müdafiə etməyə qadir olan antioksidant kimi nəzərdən keçirmək məsləhət deyildir - deyə Rusiya Tibb Elmləri Akademiyasının biotibbi kimya institutunun baş elmi əməkdaşı, biologiya elmləri namizədi Natalya Nikolayevna Prozorovskaya xəbərdarlıq edir. Çox güman ki, gün ərzində qəbul edilən 100 qram qara şokolad ürək-damar xəstəliklərinin profilaktikasına kömək etsə də, ondan geniş şəkildə istifadəyə dair tövsiyələrə gəldikdə isə, daha dərin və irimiqyaslı tədqiqatlar aparmaq lazımdır.
Alimlər gündəlik qida rasionuna 100 qram qara acı şokoladın daxil edilməsini məsləhət bilirlər
Qara şokolad təbii, bioloji baxımdan fəal qida əlavəsi kimi şübhəsiz olaraq çıxış edə bilər. onun tərkibi bir sıra bioaktiv maddələrdən - alkoloidlərdən, üzvi turşulardarı, fosfor və kalium duzlarından ibarətdir. Qida rasionuna cüzi miqdarda şokolad əlavə etməklə, əhval-ruhiyyənin yaxşılaşmasına, gümrahlığa və ürək-damar xəstəliklərindən müdafiə olunmağa ümid etmək mümkündür.
Öskürəkdən müalicə vasitəsi
Öskürəkdən yeni, daha effektiv müalicə vasitəsinin şokoladdan hazırlanacağı istisna de­yildir. İngilis alimlərinin həyata keçirdikləri ilkin sınaqlardan göründüyü kimi, şokolad ilə kakaonun tərkibini təşkil edən maddələrdən biri də hal-hazırda «öskürəkdən» müalicə edən bir çox preparatların əsas komponenti olan kodeindən fərqli olaraq öskürəyi daha tez sakitləşdirir.
Qara şokolad dərinin qocalması prosesini ləngidir
Londondakı Avropa Dermatologiya Mərkəzi mütəxəssislərinin keçirdiyi araşdırma sonunda bəlli olub ki, qara şokolad dərinin qocalması prosesini ləngidir, eləcə də onu ultrabənövşəyi şüalardan qoruyur. Günəşin ultrabənövşəyi şüalarının təsirindən dəri hüceyrələri təbii elastikliyini itirir, xərçəng ehtimalı yüksəlir. Qara şokoladın tərkibindəki aktiv maddələr isə (flavenollar) dərinin müdafiə funksiyasını yüksəldir. Proses dərinin cavanlaşması ilə müşayiət olunur. Britaniyalı alimlərin fikrincə, qara şokolad daha çox üz dərisinə effektli təsir göstərir. Şokoladla bağlı yeni bir digər elmi mülahizə də mövcuddur. Kardiff Universiteti (Uels) alimlərinin tədqiqat sonu gəldikləri qənaətə görə, şokolad insanlarda aqressiv xarakter formalaşdırır.
 

3 şərh

gypsyyy
ay şokalad istədim
Əliyev

Hamiləlik zamanı daim şokolad yemək nəinki gələcək anaların əhvali-ruhiyyəsini yüksəldir, hətta yenicə doğulmuş çağanın da şən və xoşxasiyyət böyüməsinə təsir göstərir.
Bu fikrə Helsinki Univesitetinin alimləri apardıqları araşdırmalar nəticəsində gəlmişlər. Tədqiqatda 300-dən artıq qadın istirak etmişdir. Gələcək analar nə qədər şokolad yediklərini və onların əhval-ruhiyyəsinə bunun nə dərəcədə təsir göstərdiyini dəqiqləşdirməli idilər. Onlardan doğulandan altı ay sonra uşaqların özlərini necə apardıqlarını — az gülüb, çox ağladığını, şən və yaxud qorxaq olduqlarını qiymətləndirməyi xahiş etmişlər.
Hamiləlik zamanı şirniyyata xüsusi meyli olan və gün ərzində azacıq da olsa, şokolad yeyən anaların uşaqları daha fəal, ətrafda baş verənlərə reaksiyaları daha iti olur. Tədqiqatçılar uşaqların davranışına təkcə şokoladın təsir göstərməsində israrlı olmasalar da, güman edirlər ki, şokoladın tərkibindəki kimyəvi maddələr ana bətnindəki uşaqda həyatsevərliyin inkişafına müsbət təsir göstərir.

Əliyev
Bir qrup alimin apardığı təcrübə nəticəsində məlum olub ki, stress keçirən adamlar hər gün 40 qram qara şokolad yesələr, 2 həftədən sonra onların organizmində stress əmələ gətirən hormonların miqdarı kifayət qədər azalacaq. Tətqiqatın nəticələri “Journal of proteome research” nəşrində dərc olunub.
Alimlər təcrübəyə cəlb etdikləri adamların qan və sidiyindən analizlər götürərkən məlum olub ki, qara şokolad organizmdə kortizol və katexolamin kimi stress hormonlarının səviyyəsini azaltmaq qabiliyyətinə malikdir. Fəqət, belə şokalad həddində və normasında yeyildikdə daha faydalı olur.