Şokolad - Faydalıdır yoxsa ziyandır?

Şokolad nədir? Haradan gəlib və müasir dövrdə onu necə stifadə edirik? Şokolad və onun istifadəsi necə olmalıdır ?
Bütün bunlara Kayzen.az-da cavab tapacaqsınız. 

Şokoladın tarixi qədim dövrlərə gedib çıxır. Düz 4000 il bundan əvvəl Mayya və Azteklər tərəfindən xüsusi günlərdə içilən içki olaraq bilinirdi. Bu içkidə kakao, qarğıdalı unu və acı bibər istifadə edilirdi. Coğrafi kəşflər zamanı Kristofer Kolumbun kakaonu Avropaya daşıması ilə şokolad bütün dünyaya yayılmağa və sevilməyə başlayır.
İlk dövrlərdə acı içki kimi içilən kakao, 1700-cü illərdə ingilislərin ona süd qatması ilə artıq acı içki yox, daha yumuşaq dad əldə etdilər. Zamanla Avropaya, oradan da bütün dünyaya yayılan şokolad bir çox fərqli çeşiddə istehsal olunmağa başladı. Yaşlı, gənc, qadın, kişi fərq etmədən hər kəsin sevimlisi oldu.

Bəs sevərək yediyimiz şokolad nə qədər faydalıdır, nə qədər zərərlidir ? 

Faydaları
Şokoladın tərkibindəki polifenollar və flavonoidlər qan təzyiqinin aşağı düşməsində böyük rol oynayır. Qanın laxtalanmasının və aterosklerozun qarşısını alaraq aşağı təzyiqi və damar sağlamlığını qoruyur. Beləliklə, şokolad ürək-damar sisteminin sağlamlığına böyük töhfə verir. Şokoladın tərkibindəki polifenollar və teobrominlər sayəsində, pis xolesterinin səviyyəsi aşağı düşür. Eyni zamanda bu maddələr yaxşı xolesterinin səviyyəsini də artırır. Beləliklə damar sağlamlığı da qorunur.

Zərərləri
Araşdırmalar göstərir ki, çoxlu şokolad yemək sümüklərə mənfi təsir göstərir. Çox şokolad qəbulu, sümüklərin zəifləməsinə, zamanla həssaslaşdığı üçün onlarda sınıq və çatlara səbəb ola bilər.
Şokoladın yüksək kalorili məhsul olduğunu bilməyən yoxdur. Həddindən artıq şokolad yemək, yağ artımı səbəbindən bizi kökəldir. Bu səbənbdən əgər kilonuza həssas yanaşanlardansınızsa şokolad qəbulunu ehtiyyatla edin. Çox şokolad yemək çox kökəlmək deməkdir. Bu isə selülitin əsas səbəblərindən biridir. Yağ yataqları da selülitə səbəb olur.

Kayzen.az ilə daha da inkişaf edin. 
 

0 şərh