Yalqız ağac əfsanəsi

ÇOX-çox qədim zamanlarda  ordubadın Nüs-nüs  koyunde bəşir adli bir kasıb kişi yaşayırdı.Odunculuqla məşğul olar, dağlardan,köyün yuxarı bağlarından odun qırıb satmaqla ailəsini dolandırırmış. Odunçu Bəşirin bir qiz övladı var idi. Adını Sərvinaz çağirardilar. Sərvinaz köyün qızlar bulağından su içib gözəl bir qız olmuşdu. Uca boylu, qoşa höruklu, ağ bənizli, qara gözlu, çatma qaşlı, əsmər yanaqlı, bal dodaqlı, ay qabaqlı, gül camallı,ürkək yerişli, cingiltili gülüşlü bu xanim adamı valeh edən bir nazənin idi. Bu qızı çox yerdən istəyirdilər.Kəndin dəliqanlı cavanları Sərvinazı gorəndə süstləşirdilər, dil-ağızları tutulurdu.
Ancaq Sərvinaz könlünü kasıbların qoyun-quzularını otaran çoban Şəhriyara vermişdi.Şəhriyyar da uca boylu, enli kürəkli, igidlikdə ad çıxarmış, çatmaqaşlı, gözəl bir oğlan idi. Çomağı ilə dağ qaplanını öldürən Şəhriyar həm də köyün başqa qızlarının da ürəyinə yatırdı. Nüs-nus köyünun varlı ağalarından birinin Saleh adlı oğlu da Sərvinazın eşqindən dəli-divanə idi. Qıza göz verib, işıq vermirdi. Addım-addım onu izləyirdi.
Bir gün Saleh ağa öz atlı dəstələri ilə qızı qaçirmaq istəyir Sərvinaz isə duyuq düşüb dağlara tərəf qaçir və gəlib dağda qoyun otaran gözaltısı Şəhriyara cata-catda  Saleh ağa ona çata bilmədiyindən qəzəbindən qıza ox atır və ox Sərvinaza dəyib onu yaralayir  sərvinaz namusunun ləkələnməməsi üçün Allaha yalvarır ki, onu ağaca döndərsin.
Saleh ağa  qaça-qaça gəlib yaxınlaşanda Allah-təala Sərvinazın duasın eşidir və həmişəyaşıl ağaca, Salehi isə qara bir daşa döndərir. Dağın başinda tək bitən ağac ilin bütün fəsillərində yaşil olur  Günlərin bir günü Nüs -nüsdən bir nəfər həmin ağacın bir budağını kəsir və gətirib təndirdə yandırır. bu zaman yanında  duran bir balaca usağ da təndirə düsüb yanir o vaxtdan kənd camaatı qorxuba ağaca yaxın düşmür həmişəyaşıl ağac uca dağın başında qolu kəsik kimi bu günə kimi durur və sanki kədərli bir baxısla kəndə baxır. Üstündən uzun illər keçsədə bu ağaca yaxın gedən olmur.sanki adamlar bu ağaca müqəddəs bir pir kimi baxırlar.
 

0 şərh