Xəyallarınızı kiminsə dəyişdirməyinə icazə verməyin...

İkinci sinifdə oxuyarkən, böyüdüyü zaman nə olmaq və nə etmək istədiyi mövzusunda bir inşa yazmasını istədi müəllimi…
Uşaq bütün gecə oturub günün birində at fermasına sahib olmağı hədəflədiyini izah edən 7 səhifəlik bir inşa yazdı. Xəyalını ən incə detallarıyla izah etdi. Hətta xəyalındakı 200 hektarlıq fermanın layihəsin də cızdı. Binaların, axırların və qaçış yollarının yerlərini göstərdi. Layihəyə, 200 hektarlıq ərazidə yerləşən 1000 kvadrat metrlik evin detallı planını da əlavə etdi.
Sabahısı gün müəlliminə təqdim etdiyi 7 səhifəlik tapşırıq, tam ürəyinin səsi idi… İki gün sonra tapşırığı geri götürdü.
Kağızın üzərində qırmızı qələmlə yazılmış böyük bir «2» və «Dərsdən sonra məni gör» xəbərdarlığı vardı.
«Niyə „2“ aldım?» — deyə maraqla soruşdu müəllimindən uşaq…
«Bu sənin yaşında bir uşaq üçün həqiqi olmayan bir xəyaldı» — dedi, müəllimi… «Pulun yox. Səyyahçı bir ailədən gəlirsən. Qaynağınız yox. At ferması qurmaq böyük pul tələb edir. Əvvəl ərazini satın almalısan.Damazlık heyvanlar da almağın lazımdır. Bunu bacarmağın qeyri-mümkündür» və əlavə etdi:
"Əgər tapşırığını həqiqi hədəflər təyin etdikdən sonra yenidən yazarsansa, o zaman inşanı yenidən nəzərdən keçirərəm."
Uşaq evinə döndü və uzun-uzun düşündü. Atası ilə məsləhətləşdi.
«Oğlum» dedi atası «Bu mövzuda qərarını özün verməlisən. Bu sənin həyatın üçün olduqca əhəmiyyətli bir seçimdir!.»
Uşaq bir həftə qədər düşündükdən sonra tapşırığını heç bir dəyişklik etmədən geri apardı müəlliminə…
«Siz verdiyiniz qiyməti dəyişdirməyin» dedi… «Mən də xəyallarımı..»
 

0 şərh