Gecə və gündüz

Bir müdrik kisi, çöldə şagirdləriylə oturarkən demiş ki;
- "Gecə ilə gündüzü necə fərqləndirirsiniz? Tam olaraq nə vaxt qaranlıq başlar, nə vaxt ortalıq aydınlanar?"
Şagirdlərdən biri;
- "Uzaqdakı sürüyə baxaram," demiş, "Qoyunu keçidən ayıra bilmədiyim zaman axşam olmuş deməkdir."
Başqa bir şagird söz deməyə icazə istəmiş və "Müəllimim" demiş, "Əncir ağacını, zeytun ağacından ayırdığım zaman, anlayaram ki səhər başlamışdır."
Müdrik adam, uzun müddət susmuş. Şagirdlər maraqlanmışlar və "Siz nə düşünürsünüz müəllimim?" deyə soruşmuşlar.
Müdrik adam belə demiş;
- "Gedərkən qarşıma bir qadın çıxdığında, gözəlmi- çirkinmi, qaramı- ağmı deyə ayırmadan ona "bacım" deyə bildiyimdə və yenə gedərkən önümə çıxan kişini, zənginmi- yoxsulmu deyə baxmadan, millətinə, irqinə, dininə aldırmadan, "qardaşım" saya bildiyimdə anlayaram ki; səhər olmuşdur, Aydınlıq başlamışdır..."


 

2 şərh

bahar
Həyat təkcə gündüzdən ibarət olsaydı,onda çox mənasız olardı.
Xrizoberil
elədir, gecə olmalıdır ki, gündüzü gözləyək, pis olmalıdır ki, yaxşını seçə bilək....Həyatın qanunu da belədir.