Bağışla atacan

Evliliyindən bəri evində qalan atası üzündən yoldaşıyla davamlı mübahisə edirdi. Yoldaşı atasını istəmir və onun evdə bir artıqlıq olduğunu düşünürdü. Mübahisələr bəzən inanılmaz dərəcələrə çatırdı. Yenə belə bir mübahisə anında yoldaşı davanı son həddə çatdırdı və ya mən gedərəm, ya da atan bu evdə qalmayacaq deyərək şərt qoydu.
Yoldaşını itirməyi gözə ala bilməzdi. Atası üzündən çıxan mübahisələr xaricində xoşbəxt bir yuvası, sevdiyi və özünü sevən bir yoldaşı və birdə uşaqları vardı. Yoldaşı üçün çox mübarizə etmişdi evliliyi əsnasında. Ailəsini razı salmaq üçün çox çalışmış və çox problemlərlə qarşılaşmışdı. Hələ də onu dəlicəsinə sevirdi. Çarəsizlik içində nə edəcəyini düşündü və özünə görə bir həll yolu tapdı. İllər əvvəl ovçuluq marağı ilə özü üçün hazırladığı daxma tipli dağ evinə aparacaqdı atasını. Həftədə bir baş çəkib və ehtiyacı nəysə qarşılayacaqdı, beləliklə yoldaşıyla da bu cür problemlər yaşamayacaqdı. Atasına lazım olacaq bütün vəsaitləri hazırladıqdan sonra yatalaq atasını yatağından qaldırdı və qucaqladığı kimi avtomobilə atdı. Oğulu  Ata mən də . səninlə gəlmək istəyirəm deyə israr edincə onu da avtomobilə götürdü və birlikdə yola qoyuldular.
Soyuq qışın tam ortaları idi və qorxunc bir soyuq vardı. Qar üzündən yolu çətin seçirdilər. Kiçik uşaq davamlı olaraq atasına:- Ata hara gedirik ? deyə soruşur amma cavab ala bilmirdi.Bir yandan da hara aparıldığını anlayan yaşlı adam gizli- gizli gözyaşı tökür oğulu və nəvəsinə bildirməməyə çalışırdı. Saatlarla davam edən çətin səfərdən sonra dağ evinə çatdılar. Çoxdandır bura gəlməmişdi. Koma tipindəki dağ evi artıq çürüməyə üz tutmuş, tavan axıdırdı. Komanın bir küncünü təmizlədi hazırladı və avtomobildən yükləndiyi yatağı oraya sərdi. Sonra digər vəsaitləri daşıdı. Ən son da atasını kürəyinə alaraq yatağa yerləşdirdi. Şaxta sanki komanın içində hiss edilirdi. Komanın içində fırtına vardı sanki. Çarəsizlik içində atasını izlədi. Artıq indidən üşüməyə başlamışdı. Sabah yenə gələr bir yorğan və bir neçə ədyal gətirərəm deyə düşündü. Elə kədərli idi ki, Dünya başına çökürdü sanki. O bu duyğular içində ikən atası ürəyinə bıçaq batmış kimi idi. İllərcə əmək verdiyi oğulu tərəfindən bir komaya tərk edilirdi. Qüruru incimişdi, içi yanırdı, amma bildirməməyə çalışırdı. Kiçik uşaq isə olanlara heç bir məna verə bilmirdi. Mənasızca, amma babasından ayrılacaq olmanın vermiş olduğu kədərlə yalnız seyr edirdi. Artıq getmə zamanı idi. Atasının yatağına əyildi yanaqlarını və əllərini dəfələrlə öpdü. Məni bağışla deyər kimi sarıldı, qoxladı. Artıq ikisi də özlərinə hakim ola bilmir və hıçqıra hıçqıra ağlayırdı. Buna məcburam deyər kimi baxdı atasının üzünə və uşağın əlini tutub sürətlə komanı tərk etdi.
Avtomobilə mindilər. Uşaq yola çıxdıqlarında ağlamaya başladı niyə babamı o soyuq yerdə buraxdın deyə. Verəcək heç bir cavab tapa bilmirdi, anan belə istəyir deyə bilmirdi. Oğlu- Ata sən yaşlandığında məndə səni buramı gətirəcəyəm deyə soruşduqda Dünyası başına yıxıldı. O saulın yönəldilməsiylə birlikdə dəlilər kimi geri çevirdi avtomobili. Komaya çatdığında:- Məni bağışla ata deyərək atasının boyuna sarıldı. Ata oğul möhkəm-möhkəm sarılmış və uşaqlar kimi hıçqıra hıçqıra ağlayırdılar. Oğulu: Ata məni bağışla, sənə bu rəftarı etdiyim üçün məni bağışla deyə səhv etdiyini  bildirirdi.. Atası oğulunun bu sözlərinə ən mənalı cavabı verirdi...
Geri gələcəyini bilirdim balam. Mən atamı dağ başına atmadım ki, sən məni atasan. Məni bu dağda buraxa bilməyəcəyini bilirdim

 

3 şərh

bahar
Bu əhvalatı çox eşitmişəm ,amma mənim üçün həmişə maraqlı və mənalıdı.
ayxansevda
çox təsirlidi. təəssüflər olsun ki, belə hallar olur. bu həyatdı
Xrizoberil
buna bənzər bir hekayə də var, orada atasına taxtadan qab düzəldir oğlu...bəlkə xatırlayarsınız o hekayənidə.