Qoxuların oyunu

İsti bir yataqda yatdığımı hiss edirəm. Otaq çox dincdir , yatırammı yoxsa oyanığammı bilmirəm. Otağın içində xoş ətirli qızarmış çörək qoxusu; közlenmiş kartof və şabalıd qoxusu var, araya göbələk qoxusu qarışır. Yaxşı amma anam heç göbələk bişirməz ki! Haradan qarışdı bu qoxu bilmirəm. Sobanın otağa verdiyi gözəl istiliklə gərnəşirəm, palıd odununun çıtırtısını eşidirəm. Əslində kömür yandırar anam, demək ki soba sönür alovlandırmaq üçün odun atmışdır. Lakin qaynayan suyun səsini eşidə bilmirəm. Yəqin çay yerinə kökə hazırlayıb; xoş ətirli qoxusunu hiss edirəm, təbii anam kökəsini sevdiyimi bilir. Onun üçün bu gün kökə hazırlayıb. Tıqqıltılar artdı yəqin anam qalxmam üçün səs-küy salır, yoxsa çox səssiz hərəkət edərdi. Çiynimə bir əl yavaşca toxunur. Yəqin məktəb saatı deyib yavaşca gernəşirəm ;
- Oldu ana qalxıram!
Gözümü açdığımda geri bağlayıram, evimdə deyiləm; təəccübdən gözlərim böyük açılır " mən haradayam " deyər kimi ətrafa baxınıram. Sanki zamanda səfər etmişdim. yoldaşım və qızım qarşımda durub mənə baxırlar. İkisinin də üzündə səssiz bir gülümsəmə var.yoldaşım:
- Qüsurama baxma həyatım sevdiyin hər şeyi hazırladıq amma ananı ağıl edə bilmədim. Onsuz da çox uzaqdadır, amma istəsən gedər gətirərəik. Budur, cəmisi  beş saatlıq yol var aramızda...
Əslində yatdığım yer evimizin dam qatına etdiyimiz sobalı otağımız idi. Yatarkən yoldaşımın və qızımın hazırladığı yeməklərin qoxularıyla mən uşaqlığıma getmişəm. Hiss etdiklərim, qoxuların mənə oyunuymuş.


 

2 şərh

MASON
insanı hər xırda şey düşündürə və keçmişə apara bilər
bahar
Bəzən heç gözləmədiyimiz bir anda hətta bu dünyadan köçmüş yaxınlarımızın qoxusunu duyuruq.Və bu çox acı vericidi.