Bir daşla iki quş (iran hekayəsi)

Adamın tənbəlmi tənbəl bir xidmətçisi vardı. Bir gün onu üzüm və əncir almağa göndərdi, amma xidmətçi yalnız üzümlə çıxıb gəldi.
- Mən sənə demədimmi, sənə bir iş versəm iki iş birdən et deyə ha?
Təsadüfən, əfəndi o gün xəstələndi. Xidmətçini həkim çağırmağa göndərdi. Xidmətçi də həkimin yanında iki dənə də məzarçı gətirmişdi.
Əfəndi xidmətçisinə xitab edib soruşdu:
- Niyə gətirdin bu məzarçıları ?
- Əfəndim, sənə bir iş versəm iki iş birdən edəcəksən demədinizmi? Məndə, müalicə etsin deyə həkim gətirdim. Müalicə xeyir etməz də ölsəniz, məzarçı hazır olsun heç olmasa dedim!

 

0 şərh