Рейтинг
+25.54

adət-ənənələr

31 üzv, 56 topik

Müsəlman dünyası Yeni il bayramını bayram kimi qeyd edə bilərmi?!

Səudiyyə Ərəbistanının hakimiyyət dairələri əhaliyə xəbərlarlıq edərək Yeni İlin istənilən formada bayram edilməsinin küfr və yasaq olduğunu bəyan edib.
«Okaz»ın verdiyi xəbərə görə, Yeni İl simvolikalı mallar satan dükanların hamısı çox böyük məbləğdə cərimələnəcək.
Səudiyyə Ərəbistanının Hallalığın Yayılması və Günahın Qarşısının Alınması Komitəsinin yaydığı bəyanatda bildirilir ki, ictimai yerlərdə Yeni İlin bayram edilməsinə yol verilməyəcək. Bundan başqa, Səudiyyə Ərəbistanına Yeni İl simvolikalı istənilən malların idxalı qadağan olunub.
Ardı →

Gülü atıram tutanındır))

Avropalaşma prosesi… Həyatımızda başqa günlük məsələlərdə olduğu kimi indiki toylarımızda da Avropadan çox şeylər götürürük. Məsələn, şərab içmə, gəlinin gül atması və s. Sözüm də elə məhz bu gül atma işindəndir.  Əslində özümüzdə  bənzər adətlər var. Yəni nəinki toy günü ilə əlaqədar, məsələn elə Novruz bayramını götürək. Bu bayramda bilirik ki, fala baxma mərasimləri keçirilir ki, hansı ki, bu fallarla hansı qızın, nə vaxt ərə gedəcəyi və ya yuxusunda gələcəyini paylaşacağı şəxsin kim olacağı, ya da onun adının baş hərfi və s. müəyyən olunur.Şəxsən çox da belə şeylərə inanmasam da, bunlar adama maraqlı gəldiyi üçün insan özünü belə falların, adətlərin içində tapa bilir..



Nə isə mövzudan yayınmayım..


Əfsanəyə görə, gözəl bir gəlin var imiş.


Ardı →

Yas xərci

Avropaya inteqrasiyanı çox vaxt pisləyirik,deyirik ki adətlərimiz əldən gedir.Amma Avropanın çox yaxşı yas adətləri var. Son günlərdə başım elə bu məsələyə qarışmışdı. Çox pis vəziyyətdir. Yas xərclərini sayım, siz də baxın:
Ölünün öz xərcləri
Qəbiristanlıqda yer(kəndlərdə pulsuz,şəhərlərdə isə pullu). Sonra tibbi arayış almaq lazımdır ki, mərhum doğurdan da ölüb. Bu zaman müəyyən haqq ödənilir.
Qəbir daşları. Adi daş, mərmər (ağ və qara),heykəl tipli qəbirlər və bəzən mavzoley tipində. Məzarın özündən başqa ətrafındakı mişar daşları,künc-bucaq da imkandan asılı olaraq fərqlənir. Pis məqam odur ki,məzar daşı istehsal edən sexlər ən ucuz daşlardan qəbiri düzəltməkdən çox vaxt boyun qaçırır.


Ardı →

Novruz bayramını necə qeyd etməliyik?

Novruz — əslən farca bir sözdür. Ərəbcələşmiş şəkili “Neyruz”dur. Novruzun mənası “yeni gün” deməkdir. Novruz bayramı, Farsların bayramlarından biridir və onların ən böyük bayramı sayılır. Bu günü bayram olaraq ilk dəfə keçirən şəxs farsların ilk krallarından olan Cəmşiddir. Novruz Farisi ilin ilk günləri olub, beş gün davam edir. Misirdə yaşayan qibtilər də (Misirin xristian ərəbləri) Novruzu qeyd edirlər. Qibtilərə görə Novruz, ilin ilk günü olub Şəm Nəsim (Məltəm ətiri) bayramı adlanır. Bu barədə ən böyük islam alimi olan Zəhəbi – Allah ona rəhmət eləsin – “Təşəbbuhu'-Hasîs bi Əhli'l-Hamîs”; s: 46 adlı əsərində belə demişdir: “Novruz bayramına gəlincə, Misir camaatı həddini aşaraq bu günü təntənəli şəkildə qeyd edirlər. Novruz, Qibtilərin ilinin ilk günü olub onlar bu günü bayram olaraq qeyd edirlər. Müsəlmanlar da bu məsələdə onlara bənzəmişdir” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).
Ardı →

Novruz bayramı

Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı; fars. نو روز — Nou ruz, özbək. Navruz, türkm. Nowruz, kürd. Newroz, qazax. Naurız, qırğız. Nooruz, türk. Nevruz, krımtatar. Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür.
Ardı →

İlaxır çərşənbə

Bayramınız mubarək !!!Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətaf aləm canlanır. 
Folklorşünas Məhəmməd Məmmədovun sözlərinə görə, İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir. 
Davamı →

Müxtəlif ölkələrin çay adətləri

Hər ölkənin çayla bağlı müxtəlif adətləri var.

Yaponiya – Çaya şəkər və ya süd əlavə etmək kobudluq əlaməti sayılmasa da, əvvəlcə çaydan bir qurtum içib dadına baxmalısınız.

İngiltərə  —  Çayı qırışdırdıqdan sonra qaşığı nəlbəkiyə qoymaq lazımdır. Qaşığın qoyulduğu istiqamətlə fincanın qulpu eyni tərəfə baxmalıdır. (Əlbəttə ki, şahzadə ilə birlikdə çay qonaqlığında deyilsinizsə, bunlara riayət etməyə bilərsiniz)

Argentina – Çayı bombilla adı verilən otla qarışdırmayın. Üstdəki çayın yarpaqları quru qalmalıdır.

Mərakeş – Bir mağaza sahibi ilə oturub çay içirsinizsə, çaylar bitənə qədər heç bir məhsulun qiymətini soruşmayın.

Çin – İşarə və orta barmağı birləşdirib, iki dəfə masaya astaca vursanız, sizə çay servisi edən insana təşəkkür etmiş olursunuz.
Ardı →

Yeni il bayramı

Yeni il Bayramı — ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən populyar bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Davamı →

Azərbaycan toy adətləri

Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.
Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası isə bu gün bizlərin üzərinə düşür.
Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?
Birinə «adət-ənənələrimiz itir» deyəndə, «müasirləşirik də!» cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur.
Davamı →