Dostluq Haqqında Atalar Sözləri

  • Dostlar, özümüz üçün seçdiyimiz bir ailədir.
  • Hər şeyin təzəsi, dostun köhnəsi.
  • Dost dostun sağlığını istər.
  • Dost gəlişi bayram olar.
  • Dostu çox olanın gücü çox olar.
  • Dostun sirrin dost bilər.
  • Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
  • Yaxşı günün dostu çox olar.
  • Özünü bir tərifləyəndə, dostunu iki təriflə.
 
  • Dostluq Haqqında Atalar Sözləri
 
  • İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz.
  • Ağac kökü ilə güclüdür, insan — dostları ilə.
  • Uzaq dostdansa yaxşı qonşu daha yaxşıdır
  • Mənə dostunu de, sənin kim olduğunu söyləyim.
  • Atanın düşməni oğula dost olmaz.
  • Yüz dost azdır, bir düşmən çoxdur.
  • Eyibsiz dost axtaran tənha qalar.
  • Dost dosta tən gərək-tən olmasa gen gərək.
  • Dost dostu dar gündə sınayar.
  • Dostlar yaman gündə tanınar.
  • Hamı çölə çıxanda dost içəri girər.
  • Düşmənlərimin düşməni mənim dostumdur.
  • Ağıllı düşmən axmaq dostdan yaxşıdır.
  • Günəş havanı isidər, dostluq — qəlbi.
  • Dostunu pisləyəndən qaç.
  • Zəhmət dost artırar, qeybət — düşmən.
  • Hamının dostu hec kimin dostu deyil.
  • Dost üzdən, düşmən gözdən bəlli olar.
  • Dostun eybini üzünə de.
  • Dostun köhnəsi yaxşı, donun — təzəsi.
  • Dost arxada təriflər, düşmən — üzdə.
  • Dostun dost olsun, hesabın dürüst olsun
  • Dostun atdığı daş baş yarmaz.
  • Dostluq şüşə kimidir, sındırsan düzəldə bilməzsən.
  • Bəlli düşmən, gizli dostdan yaxşıdır.
  • Ağıllı ilə düşmənçilik etmək, axmaqla dostluq etməkdən yaxşıdır.
  • Xəbərçi dosta da böhtan atar.
  • Dost ilə ye, iç, alış-veriş etmə.
  • Özünə düşmən öz dostunu itirəndir.
  • Qarı düşmən dost olmaz, əyridi bir damarı.
  • O baş qorxsun ki, dost yolunda dayanmaz.
  • Dost evinin soğanı düşmən evinin plovundan yaxşıdır.
  • Dostu tapmaq çətin, itirmək asandır.
  • Dostun tövləsi yaxşıdır, düşmənin otağından.
  • Çalış ki, dostun olsun, düşman ocaq başında.
  • Barıt ilə odun dostluğu olmaz.
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Qara gecə ağ olmaz, qarı düşmən — dost.
  • Dostu üzünə qınayarlar, düşməni — arxada
  • Bilikdən yaxşı dost yoxdur, azardan pis — düşmən.
  • Təzə dost qazan, köhnəni də unutma.
  • Sərvətin qiymətini qazananda bilərlər, dostun qiymətini  itirəndə.
  • Dostunuza tez-tez ziyarətə gedin, çünki üstündə gedilməyən yollar tikan və kollarla bağlıdır.
 

0 şərh