Ağıl haqqında atalar sözləri

  • Ağıl geyimdir — köhnəlməyən, bilik mədəndir — tükənməyən.
  • Dildən iti olan, ağıldan ləng olar.
  • Acıqlı, başı neylər? Ağıllı, daşı neylər?
  • Baş-başa verməyincə, daş yerindən qalxmaz.
  • Adam hər düşməndən bir ağıl öyrənər.
  • Ağıllı ağıl eləyincə dəli vurdu keçdi.

    Ağıl haqqında atalar sözləri agil haqqinda agila aid
    Ağıl haqqında atalar sözləri

  • Ağıllı arvad kamala, ağılsız arvad camala güvənər.
  • Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
  • Ağıllı bir dəfə aldanar.
  • Bağa bülbül, adama ağıl yaraşar.
  • Pul yaxşıdır, ağıl ondan da yaxşıdır.
  • Dövlətin ən yaxşısı ağıldır.
  • Ağıllı bizi tapmaz, dəli bacadan yağar.
  • Ağıllı çırmanınca, dəli vurdu, çayı keçdi.
  • Ağıllı düşmən ağılsız dostdan yaxşıdır.
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx.
  • Ağıl saqqalda deyil, başdadır.
  • Elm olmasa, ağıl çiçəklənməz. 
  • Ağıllı evlənincə, dəli bir oğul da doğurdu.
  • Başına gələn başmaqçı olar.Ağıllı ədəbi ədəbsizdən öyrənər.
  • Ağıllı deməz, dəli dərk eləməz.
  • Ağıllının söhbəti, ağılsızın höcəti.
  • Baş bədənin tacıdır, gözlər onun qaş-daşı.
  • Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
  • Bir ağıllı baş yüz başı saxlar.
  • Ağıllı fikirləşincə, dəlinin bir oğlu oldu.
  • Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər.
  • Ağıllı işinə baxar, axmaq dişinə.
  • Başın böyüklüyü dövlətdir, ayağın böyüklüyü möhnət.
  • Аğıllı kаmаl ахtаrаr, ахmаq vаr-dövlət.
  • Min daş-qaşın olunca, bir ağıllı başın olsun.
  • Ağıllı kasıba dəli deyərlər, dövlətli dəliyə «bəli» deyərlər.
  • Ağıllı kişi qışın qeydinə yayda qalar.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Ağıllı qonşun yoxdursa, kitabla söhbət et.
  • Ağıllı olan bir dəfə aldanar.
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
  • Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
  • Ağıllı oda köz olar, axmaq qazana baxar.
  • Tənbələ iş buyur, o sənə ağıl öyrətsin.
  • Ağıllınız Xıdır ağa, barmağın saldı bardağa.
  • Ağıllınız kimdir? Qabaqdakı zəncirli.
  • Başa düşənə can qurban.
  • Ağıllıya qırx gün dəli desən, dəli olar.
  • Ay işığından qar da ağarar, ağıllı sözdən ağıllı da ağıllanar.
  • Ağılsız baş əlindən səfil ayaq nələr çəkər…
  • Ağıllı uşaq nadan qocadan yaxşıdır.
  • Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır.
  • Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.
  • Sıldırımın başında ağac olmaz, lovğanın başında — ağıl.
  • Ağılsız dostun olunca, ağıllı düşmənin olsun.
  • Hamıdan ağıllını bazara göndərərlər, hamıdan qocanı — dəyirmana.
  • Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır.
  • Axmağın şirin qiymətindən, ağıllının acı töhməti yaxşıdır.
  • Ağılın zənni, cahilin yəqinindən yaxşıdır.
  • Ağılsızın bütün ömründən alimin bir günü qiymətlidir.
 

0 şərh