Həyatda uğur qazanmış məşhurlardan dərs verən sözlər


Böyük uğurlar qazanmış insanların  həyatda qazandıqları təcrübələr hər birimiz yolgöstərici ola bilər. Bu təcrübələrdən dərs çıxardaraq və öz həyatımızda tətbiq edərək biz də arzuladığım istiqamətdə daha uğurlu bir insana çevrilə bilərik.

 Çempionlar içlərində həvəs, xəyal və məqsəd olan insanlardan çıxar.

-Məhəmməd Əli


 “Müvəffəqiyyəti qeyd etmək yaxşıdır. Amma müvəffəqiyyətsizliklərdən alınan dərsləri yaxşı öyrənmək daha əhəmiyyətlidir.  – Bill Gates

Şirkət qurmaq tort bişirmək kimidir. Bütün inqredentləri düzgün nisbətdə əlavə etməlisiniz.  – İlon Mask

Sabahın səfasını sürmək üçün, bugünün cəfasını çəkmək lazımdır. – Nick Vujicic

Unutma, həyat bəzən sənə nə istədiyini yox, nəyə ehtiyacın olanı verir. – Robin Şarma

Uğur qazanmış məşhurlardan dərs verən sözlər

Həyatda uğur qazanmış məşhurlardan dərs verən sözlər məşhurlardan sözlər meshurlardan

Bənzər mövzu: Ən Gözəl Sözlər

Həyat məktəbi diplom verməyən bir universitetdir. Hər gün dərs alınacaq o qədər çox inkişaflar olur ki! Bunlardan hamımız istifadə etməliyik.  –Vəhbi Qoç

Çətinliklər, zamanında etmədiyimiz asan şeylərin yığılmasıyla meydana gələr..–Henri Ford

Mən tələbə vaxtı gündə 18 saata qədər çalışıb əziyyət çəkirdim.Hətta qəzetə də düşmüşdü ki, çox vaxt gecəni laboratoriyada keçirdirəm. Çalışmaq özümüzə, ailəmizə, millət və vətəninizə olan şərəf borcudur. – Əziz Sancar (Elmdə Nobel mükafatının qazanan ilk Türk)

Uğurlu insanlar hər zaman suallar verir. Sual verənlər olun. Uğurlu insanlar hər zaman yeni biliklərin arxasından qaçırlar. Onlar öyrənirlər, inkişaf edirlər, irəli atılıb məsuliyyət götürürlər. – Robert Kiyosaki

Əgər bir yenilik etmək istəyirsizsə, başqaları tərəfindən səhv başa düşülə bilərsiz.Buna hazır olmalısız. – Ceff Bezos

Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. – Makedoniyalı İsgəndər

Dahi insanın yolu üzərində ən əhəmiyyətli maneə yersiz qorxu və inamsızlıqdır. Cavabı bilən, lakin onu dilə gətirməkdən qorxan şagirdləri görmək çox acınacaqlıdır. Real həyatda adətən ağıllılar deyil, cəsarətlilər uğur qazanır.  –Robert T. Kiyosaki

Verə biləcəyim ən yaxşı məsləhət budur: Etdiyiniz işi daha yaxşı etmək üçün daima fikirləşin və özünüzə sual verin. Bu gün başladığınız layihəni sabah daha yaxşı hala gətirməyə çalışın. – İlon Mask

Biz dərman vasitəsilə xəstəlikdən xilas oluruq, lakin tənhalığın, ümidsizliyin və çarəsizliyin yeganə dərmanı sevgidir. Dünyada aclıqdan ölən çox insan var, lakin sevginin yoxluğundan ölən daha çox insan var.  – Tereza Ana

Bu gün kimsə kölgədə oturursa, bu  – illər öncə ağacı əkmiş şəxsin sayəsindədir. – Vorren Baffett

Biz torpaqları deyil könülləri fəth etməyə gedirik. Müharibə hər düşmənlə edilə bilər, ancaq barış şərəfli insanlarla edilir. – Fateh Sultan Mehmed

Həyatdakı ən böyük həvəsinizin işiniz olduğunu düşünürsünüzsə böyük ehtimal ki, bir yanılma içindəsiniz və bunun doğru olmadığını bir gün dərk edəcəksiniz. Çünki, bu dünyaya bir dəfə gəlirik və həyat kəşfedilməyi gözləyən saysız gözəlliklərlə doludur. – Jack Ma

 

Bu həyatda zamanınız məhduddur. Onu başqasının həyatını yaşayaraq xərcləməyin. Başqa kəslərin düşüncələriylə yaşanan həyat, doğmaların tələsinə düşmək deməkdir. Başqa insanların fikirlərinin səs –küyünün öz ürəyinizin səsini eşitmənizэ maneə törətmənizə icazə verməyin. Ən əhəmiyyətlisi isə ürəyinizin və hisslərinizin yolundan gedəcək cəsarətə sahib olun. Ürəyiniz və hissləriniz nə etmək istədiyinizi bilərlər. Bunun xaricindəki hər şey təfərrüatdır. – Stiv Jobs

 

0 şərh