Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Peyğəmbərimizdən nəsihətlər

Ey Əli! Elə ki, gördün camaat müstəhəbbi əməllə məşğuldur, sən vaciblərlə məşğul ol.
Elə ki, gördün camaat dünya işləri ilə məşğuldur, sən axirət işləri ilə məşğul ol.
Elə ki, gördün camaat başqalarının eyiblərini axtarmaqla məşğuldur, sən öz eyiblərini axtarmaqla məşğul ol.
Elə ki, gördün camaat öz dünyasını bəzəməklə məşğuldur, sən öz axirətini zinətləndirməklə məşğul ol.
Elə ki, gördün camaat əməlini artırmaqla məşğuldur, sən əməllərinin ixlası ilə məşğul ol.
Elə ki, gördün camaat məxluqatın ətəyindən tutub, sən Xaliqin ətəyindən yapış.
Ardı →

Sərrast cavablar

İohann Volfqanq Höte
Böyük alman şairi Gete (1749-1838) demişdir:  Təbiət öz hərəkətində dayanmaq nə olduğunu bilmir və buna görə də hər bir fəaliyyətsizliyi ölümlə cəzalandırır.
Gete, Veymar şəhər parkında gəzərkən onun əsərlərini tənqit etmiş bir tənqidçiyə rast gəlmişdi və yol dar olduğu üçün tənqidçi Geteyə müraciətlə demişdi: Mən hər axmağa özümdən qabaq keçməyə yol vermərəm! -Mən isə məmnuniyyətlə!- deyə Gete ona yol vermişdi.
Ardı →

Frans Kafka aforizmləri

Bu aforizimləri Frans Kafka 1917-1920-ci illər ərzində yazıb. Təəssüf ki digər yazıları kimi bu aforizimlər də yarımçıq qalıb. Aforizimləri yazdığı dövr F. Kafka ömrünün ən ağır, çətin günləri hesab olunur. Çünki o vaxt F,Kafka təzəcə vərəm olduğunu öyrənmişdi, nişanlısından da ayrılmışdı. Eyni zamanda uzun illər işlədiyi Siqorta şirkətindən də xəstəliyi ilə əlaqədar olaraq icazə almışdı, valideyinləri onun evlənməyini istəmirdilər və onu məşhur yazıçı kimi qəbul etmirdilər. Kafkanın xususi bir diqqətlə aforizimləri yazmağı sübut edir ki, o bu yazıları cap etdirmək, yaymaq istəyib. Əgər Kafkanın oxuculara vəfalı, Kafkaya görə isə vəfasız dostu Brod olmasaydı, onun aforizimləri və əsərləri bu gün oxucuların ixtiyarında olmayacaqdı. Bu baxımdan Brodun “xəyanətini” alqışlamaq lazımdır. Çünki Kafka ölüm ayağında bu sözləri demişdi: “ Brod dünyada yazıçı olduğuma dair heç bir iz qalmasın”…
Ardı →

Hikmət sahibləri demişlər ki

HİKMƏT SAHİBLƏRİ DEMİŞKİ..
Dörd şey gözəldir, lakin dörd şey ondan daha gözəldir.

1. Kişilərin utanması gözəldir. Lakin qadınların utanması ondan daha gözəldir.
2. Hər kəsin ədalətli olması gözəldir. Lakin əmr sahiblərinin ədalətli olması daha gözəldir.
3. Qocanın tövbəsi gözəldir. Lakin gəncin tövbəsi daha gözəldir.
4  Varlının comərdliyi gözəldir. Lakin kasıbın comərdliyi daha gözəldir. 

Ardı →

İmamlardan kəlamlar

1. Bəndədən soruşulacaq ilk şey namazdır, əgər o qəbul olunsa, digər əməlləri də qəbul olunacaq. İmam Baqir (ə)
2. Hər kim Allahın ona vacib etdiyi əməlləri etsə, onda o ən yaxşı insanlardandır. İmam Zeynəlabidin (ə)
3.Sənə pislik edənə özünü ona sevdirməyin qədər böyük bir cəza verə bilməzsən. İmam Əli (ə)
4.Allaha itaətin tacı, bəndənin xoşuna gəlsə də, gəlməsə də Allahın işinə rza olmaqdır. İmam Sadiq (ə)
5. Allah Məhəmmədən (s) yaxşı insan yaratmayıb. İmam Əli (ə)
Ardı →

Aforizmlər və atalar sözləri - 2

21.Əvvəl öyrən, sonra düşün (Atalar sözü)
22.Öyrənməsən, öyrədə bilməzsən (Tomas Yuinq)
23.Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır (Atalar sözü)
24.Ən çətin iş ilk addımı atmaqdır (Markiz Dü Deffan)
25.Boş çuval dik durmaz (Benyamin Franklin)
Ardı →

Aforizmlər və atalar sözləri - 1

1.Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir (Konfutsi)
2.Sizə nə edəcəyinizi deyə bilərlər, ancaq nə düşünəcəyinizi əsla (Sokrat)
3.Bir ailə ilə bir dövlət idarə etmək arasında elə böyük bir fərq yoxdur (Monten)
4.Başqalarının izi ilə gedən iz qoya bilməz (Con İ.Brannon)
5.Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil (Atalar sözü)
Ardı →

Üç şey

İDARƏ EDİLƏCƏK 3 ŞEY
Dilimiz
Xasiyyətimiz
Hərəkətlərimiz


SEVİLƏCƏK 3 ŞEY
Cəsarət
Nəzakət
Yardım


NİFRƏT EDİLƏCƏK 3 ŞEY
Kin
Qürur
Nankorluq


İSTƏNƏN 3 ŞEY
Sağlamlıq
Dostluq
Sağlam bir ruh


UĞRUNA DÖYÜŞÜLƏCƏK 3 ŞEY
Şərəfimiz
Evimiz
Ölkəmiz


DÜŞÜNÜLƏCƏK 3 ŞEY
Həyat
Ölüm
Sonsuzluq


Davamı →

Frans Kafkanın sözləri

Cəmi 41 il ömür sürmüş, ölümündən sonra bütün əsərlərini son nüsxəyəcən tapıb yandırmağı dostlarından xahiş etmiş, qeyri-adi düşüncə tərzi, bənzərsiz əsərləri, son dərəcə özünəməxsus yaradıcıhq mövqeyinə malik olan. dünya ədəbiyyatının korifeylərindən sayılan Avstriya yazıçısı Frans Kafka diqqətinizə təqdim olunan bu səhifədəki fikirlərin də müəllifidir.

  • Azadlıq ən yüksək duyğulara aid edildiyindən, azadlıq haqqında yalan da yüksək hesab olunur.
  • Biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk.
  • İlk təəssürat keçicidir.

Ardı →