Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Maraqlıdır,deyilmi?

İnsan əgər 10 manatı sədəqə verəcək olsa bu miqdarı çox bilər amma 10 manat ilə mağazadan birşey götürməyə getsə götürəcək birşey tapa bilməz..
İnsan 10 dəqiqə zikr edəcək olsa bu zamanı cox bilər amma bir film və ya futbol olsa bir dəqiqə zaman onun ucun dərhal gecikməz..

Bir futbol oyununun uzamasi insanın xoşuna gedər amma Cümə namazında xütbənin bir neçə dəqiqə uzamasi hec də xoşuna getməz...
İnsan eşitdiyi dedi-qoduya dərhal inanar və qəbul edər amma qəti doğru qəbir əzabını inad edərək dərhal qəbul etməz.
Ardı →

Ailə haqqında

— Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz,xoşbəxtliyə çatarsınız,pis arvada rast gəlsəniz filosof olarsınız (Sokrat:Qədim Yunan filosofu)
— Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir (Qurani-Kərim)
— Ailə insanlıq tarixinin ilk müəssisəsidir.Nəsillər oradan boy atır,orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır («Füyuzat» jurnalından)
— Öz subaylarınızı evləndirin.Bu əməllə Allah-təala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar  (Hz.Muhəmməd s.a.v.)
— Nikah zaman keçdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır (Emil Alen:Fransız tənqidçisi)

Ardı →

Axmaqlıq haqqında

— Ən axmaq insan özünü hamıdan ağıllı biləndir (Hz.Əli ə.s.)
— Axmaq həmişə öndə dayanır ki,hamı onu görə bilsin,ağıllı isə həmişə arxada dayanır ki,hamını görə bilsin (Silva Karmen:Alman yazıçısı)
— Hətta dahiliyin də sərhədləri var,axmaqlıq isə heç bir sərhəd tanımır (Aleksandr Düma:Fransız yazıçısı)
— Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir (Klod Adrian Helvetsi:Fransız filosofu)
Ardı →

Ağıl haqqında

— Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün(Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır (Qurani Kərim)
— Ağıl alıb-satmaq mümkün olsaydı, yəqin,hamı alıcı olmaq istəyərdi (Devid Star Cordan:Amerika pedaqoqu)
— Ağıllı başqa bir ağıllının fikri ilə həmişə razılaşar. Sarsaq isə həm ağıllının, həm də sarsağın fikri ilə razılaşmaz (Aristotel:Qədim Yunan filosofu)
Ardı →

Zaman haqqında

Vaxt öldürmək ən bahalı əyləncədir.   (Onore de Balzak:Fransız yazıçısı)
Dünənlə bu gün arasında savaş olarsa,sabahı itirərik.   (Uinston Çörçill:İngiltərə dövlət,siyasi və xərbi xadimi)
Zaman bir daha gəlməmək şərti ilə gedir.   (Lao Tszi:Çin mütəfəkkiri)
Boş zaman yoxdur,boş keçən zaman var.   (Naməlum)
Zaman səssiz bir mişardır.   (İmmanuil Kant:Alman filosofu)
Ardı →

Zənginlik haqqında

Varlı olmaq istəyirsənsə,öz əmlakını artırmağa çalışma,acgözlüyünü azaltmağa cəhd elə.   (Epikür:Qədim Yunan filosofu)
(EY RƏSULUM!) De:«Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də)azaldar.Lakin insanların əksəriyyəti (bunu)bilməz!».   (Qurani Kərim)
Zənginlik gəlib-keçən bulud kimidir.   (Əbdürrəhman Cami:Fars şairi və mütəfəkkiri)
Sərvətin qərq etdiyi insanların sayı xilas etdiyi insanların sayından əlbəttə ki,çoxdur.   (Frensis Bekon:İngilis alimi)
Madam ki,bu zənginliklər sənindir,nə üçün o biri dünyaya aparmırsan?   (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
Zənginlik fani dünya köləliyindən azad olmaqdır.   (Həsən Bəsri:İslam alimi və mütəfəkkiri)
Ardı →

Düşmənçilik haqqında

Səni boğmaq istəyən dərin bilgili Düşmən
Cahil dostdan yaxşıdır ,belə söyləyirəm mən.   (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri)
Düşmənə bəslədiyin kini körükləmə,yoxsa özün də yanarsan.   (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
Yalnız heç nəyə yaramayan adamların düşməni olmur.   (Jan Leron Dalamber:Fransız riyaziyyatçısı və filosofu)
Düşmən qazanmaqdan qorxanın dostu da olmaz.   (Peter Hille:Alman yazıçısı)
Ardı →

Dostluq haqqında

— Qardaş dost olmaya bilər,amma dost həmişə qardaş olmalıdır (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
— Dostluğun birinci şərti etibardır (Jan Labrüer:Fransız yazıçısı və filosofu)
— Mənfəət xatirinə qurulan dostluğa «alver» deyilir (Harold Laski:İngilis siyasətşünası)
— Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir (Atalar sözü)
— Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun (Jül Renar:Fransız yazıçısı)
Ardı →