Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Rəsulzadədən sitatlar

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».


Ardı →

Mark Levinin aforizmləri

Bayağılıq — insanın özünün anlamadığı hər şeyə nifrətlə yanaşma qabiliyyəti ilə səciyyələnən xəstəlikdir. Bu bayağılığın dərinliyi də o adamı heyrətləndirən faydasız və dəyərsiz əşya və hadisələrin çoxalmasıyla artır.

Antisemitizm heç də qorxunc deyil, sadəcə iyrənc, rəzil və axmaqdır: ona görə iyrəncdir ki, şəxsiyyətə qarşı deyil, qana qarşı yönəlibdir, ona görə rəzildir ki, həqarətli görsənmək istəsə də, paxıldır, ona görə axmaqdır ki, məqsədi dağıtmaq olduğu halda onu daha da birləşdirir. Yəhudilər o zaman yəhudi olmayacaq ki, yəhudi olmaq milli anlamda sərfəli olmayacaq, əxlaqi anlamda rüsvayçılıq olacaqdır. Əxlaqi mənada yəhudi olmaq o zaman rüsvayçılıq olacaq ki, bizim xristian ağalar, nəhayət, həqiqi xristian olacaqlar, başqa sözlə — başqalarının həyatını yaxşılaşdırmaq xətrinə öz həyat şərtlərini şüurlu şəkildə pisləşdirəcək, bu pisləşmədən də həzz alıb sevinəcəklər. Amma hələ ki, bu baş verməyib, iki min il də bunun üçün kifayət etməyib.

Söyüşlər nitqinizin təsviri vasitəsinə çevrilibdir.

Ədəb cinsiyyətsizdir. Nəzakət seksualdır.

İspanlar həmişə qüssəli ehtiras haqda mahnı oxuyar, ruslar isə — ehtiraslı qüssə haqda.


Ardı →

Elif Şafakdan sitatlar

Artıq sənə yaza bilmərəm, amma səni yaza bilərəm.Sənin üçün deyildi o qədər etdiyim şeylər, sadəcə sən zənn etdiyim biri üçün idi.

Dəyişdiyimi deyirlər. Xeyir! Qəbul etmirəm. Mən sadəcə bir pillə qalxdım, artıq uzun-uzun susa bilirəm.

Necə ki, insan ağzında yediyinin dadını yox etməmək üçün heç bir şey yemək istəməz, o da son gördüyü görüntünü itirməmək üçün yeni bir şeyi görmək istəmirdi əslində. 

İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar?

Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik. 
Ardı →

Hind müdrikliyi

Yaxşı insan yaxşı əlamətləri görür.Gozdə yaş olmasa, ruhda da goyqurşagı olmaz.

Daxili səsinizi eşitmək üçün səssiz günlərə ehtiyacınız var.

Ölü at belində olduğunuzu anlamısınızsa, dərhal enin!

Başqalarının hərəkətlərini mühakimə etməzdən əvvəl öz izlərinizə baxın.

Vətən- özünüzü yaxşı hiss etdiyin istənilən yerdir.

Deyiləcək sözün varsa, onda qalx qoy hamı səni görsün.

Dost həmişə dost, düşmən isə həmişə düşmən olaraq yaranmır.

Dünyada hər şeyin öz mahnısı var.

Övlad qonaqdır: bəslə, böyüt, öyrət və azad et.

Yaxşı deyilmiş söz yaxşı nişan alınmış balta zərbəsindən daha sərrastdır.

Hətta ölü balıq axın istiqamətində üzə bilir.

Dünyada hər şeyin bir məqsədi var.
Ardı →

Sergey Dovlatovdan 10 sitat

Biri kişi ucun ən boyuk faciə onun xaraktersizliyi ola bilər.Biz bütün günü yoldaş Stalini söyürük. Amma bir nəfər də çıxıb soruşmur ki, bu dörd milyon donosu yazan kim idi?

İnsanların çoxu onları az narahat edən problemlərin həllinin mümkünsüz olduğunu düşünür.

Həyatda bilirsən əsas nədir? Əsas odur ki, həyat bir dəfə olur. Bir dəqiqə keçir və son! Başqası olmayacaq...

“Kitabda və qadında əsas olan forma deyil, məzmundur...” – hətta indi, həyatımdakı müxtəlif məyusluqlardan sonra, bu fikir də mənə sıxıcı gəlir. Bütün hallarda mən gözəl qadınları xoşlayıram.

Məncə, sevginin ölçüsü yoxdur. O ya var, ya da yoxdur.


Ardı →

Reşat Nuridən sitatlar

Dibi görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi kimi başqalarının kədəri də bizim ürəklərimizə düşəndə çıxardığı səslə bizə insanlığımızın dərəcəsini öyrədir.

Nə istədiyini və nə edəcəyini bilən səkkiz-on işıqlı insan qaranlıq fikirli, qaranlıq məqsədli cahil sürülərini istədiyi kimi idarə edə bilər.

Məncə, ömrümüzün gəmisini istədiyimiz sahilə aparmaq üçün onun sükanını ələ almaq kifayətdir.

Yollar görünməz qayalarla doluymuş. Onlara dəyməmək lazım imiş...

Gizli rüzgarlar var ki, insan onlara qapılanda yolunun necə dəyişdiyini, getdikcə yolundan uzaqlaşdığının fərqinə varmır. Ta ki başqa sahillərdə özünü görməyənə qədər.

Ən qədim zamanlardan bəri din həmişə zülm və ziyana vasitə olub.

Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir.


Ardı →

Doğulmaq ölmək üçündür

Ölüm kişidirsə, axıra qədər ona qarşı olmaq lazımdır, qadındırsa, axırıncı saniyədə onu boşamaq lazımdır. (Müəmmər əl-Qəzzafi)

Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Qətran Təbrizi)

Ölüm haqqında düşünmək ölümdən də dəhşətlidir. (Boeçiy)

Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidi ilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşa gələn deyil. (Xosrov Ruzbeh)

Yaxşı ölmək özü də bacarıq tələb edir.  (Xosrov Ruzbeh)

Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir. (Stiv Cobs)

Var olduğumuz müddətcə ölüm ortada yoxdur; ölüm gəldiyi anda da biz artıq yoxuq. (Epikür)


Ardı →

Robert De Nironun həyatdan öyrəndikləri

Ən yaxşı otel tək qala biləcəyim oteldir.Danışanlar bilməz, bilənlər danışmaz. Bu, heç vaxt dəyişmir.

Məsələ sadədir: əgər getməsən, heç vaxt öyrənə bilməzsən. Uşaqlarıma da həmişə bunu öyrədirəm.

İtaliya dəyişə bilər, amma Roma elə həmin Romadır.

Oturub bütün filmlərimə yenidən baxmaq istərdim. Baxanda məni düşündürəcəkmi görəsən? Bunu bilmək istəyirəm. Amma gör nə qədər filmdə oynamışam… Hamısına baxmaq bir ay vaxt alar. Mənim o qədər vaxtım yoxdur.

Ən yaxşı otel tək qala biləcəyim oteldir.

Frensisə (Frensis Ford Kollopa) hər zaman borclu olacam.

“Maral ovu” (“Deer Hunter”) filmini çəkəndə Taylandın olduqca maraqlı bir yer olduğunu düşünmüşdüm. Ordakılara demişdim, tezliklə bu yerlərə yenidən gələcəm. Amma ora yenidən getməyim üçün 18 il vaxt lazım oldu.


Ardı →

Remarkdan sitatlar

Qadın sevgidən ağıllanır, kişi başını itirir.Remark

Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz.

İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir.

İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir...

Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

İndi ancaq inəklər xoşbəxtdir.


Ardı →

Şəri sevgi ilə dəf elə

Bob MarleyƏsl adı Robert Nesta Marli olan Bob Marli 1945-ci ildə Yamaykada dünyaya gəlib. Dünya şöhrətli musiqiçi, bəstəkar, gitara ifaçısıdır.

Onun sayəsində Yamaykada yaranmış reqqi (Afrika ənənəvi musiqi ritmlərindən ibarət müasir musiqi janrı) bütün dünyaya yayılaraq məşhurlaşıb. Elvis Presli roknroll üçün nədirsə Bob Marli də reqqi üçün odur.

Məşhur olduqdan sonra dünyada Afrika xalqlarının azadlıqlarının carçısı kimi tanınan Bob Marli tezliklə Afrikanın simvoluna çevrilir. Onu hətta üzvü olduğu rastafari dininin (1930-cu ildə Yamaykada yaranmış, Qədim Misir, xristianlıq və yəhudiliyin qarışığından ibarət din ) peyğəmbəri də hesab edirlər.

Rastafari dinində bədənin hər hansı bir üzvünün kəsilməsi qadağandır. Buna görə də ayağında əmələ gəlmiş bəd xassəli şişin aradan qaldırılmasına icazə verməyib. Və 36 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.


Ardı →