Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Umberto Ekonun həyatdan öyrəndikləri

Mutaliə etdiyin istənilən kitabın səni digərini oxumaga təhrik etdiyindən əminəm.Borsalino şlyapalarıyla (Borsalino, XIX əsrin ortalarından şlyapa istehsalıya məşğul olan italyan firması – red.) məşhur olan İskəndəriyyədə anadan olmuşam.

İtaliyanı əbəs yerə intellektuallar ölkəsi sayırsınız. Rafaellə (Rafael Santi, dahi italyan rəssamı, qrafiki və memarı – red.) Mikelancelonun (Mikelancelo Buonarotti, dahi italyan heykəltəraşı, rəssam, memar, şair, mütəfəkkir – red.) buralı olması faktının əslində heç bir əhəmiyyəti yoxdur.

Küçəyə çıxan hər bir avropalı orta əsrlərdən qalma kilsələrlə rastlaşır, həmin dönəm ona niyə maraqlı olsun ki? İndianapolis (İndianapolis, ABŞ-ın Orta Qərbində şəhər, İndiana ştatının paytaxtı – red.) – bax bu başqa məsələ.  

Boynuma ip salsanız belə, məni orta əsrlərdən üzü bu tərəfə sürüyə bilməzsiniz. Necə ki, çoxlarını kokos ağaclarının kölgəsindən qopara bilməzsiniz.

Atam mühasib idi, babamsa mətbəəçi. Atam on üç uşağın ən böyüyü idi, mənsə onun ilk övladıyam. Mənim də birinci uşağım oğlan olub. Oğlumun oğlu da bu sıralamanı pozmayıb. Bu zəncirdən niyə söhbət açdım ki? Eko nəsil şəcərəsinin Bizans imperatorluğuna söykəndiyini söyləsələr, yəqin nəvəm də dofin (kral taxt-tacının varisi – red.) sayılacaq.

Atam cavanlıqda yaman kitab həvəskarıydı. Amma özündən savayı on iki bacı-qardaşı vardı, ailə güclə dolanırdı və atam kitab kimi dəbdəbəyə sahiblənə bilməzdi. Beləcə, küçə köşklərində mütaliə edərdi.


Ardı →

Paulo Coelho

Hər kəs bizim necə yaşamamız lazım olduğunu tam olaraq bildiyini sanar. Təəssüf ki, heç kim özünün öz həyatını necə yaşaması lazım olduğunu qətiliklə bilməz.
 Ağızlar açılmırsa, deyiləcək əhəmiyyətli bir şey var deməkdir.
  Gələcək Allah tərəfindən yazılmışdır və Allah nə yazarsa insanların yaxşılığı üçündür.
  Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də. Kişi isə sevişmək üçün hər şeyi fəda etməyə hazırdır; Sevməyi belə.
  -Ürəklər insanlara xəyallarının arxasından getmək məcburiyyətində olduqlarını niyə söyləmirlər ?
 -Çünki bu vəziyyətdə ən çox ürək acı çəkər. Və ürəklər acı çəkməkdən xoşlanmazlar.
  Əslində insanlar, bəzən günahkar olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşıdakı sussun deyə üzr istəyərlər.
  Əslində bütün qadınlar şirin sözləri sevər; amma iltifatların,yalanmı gerçəkmi olduğunu anlayacaq qədər də ağıllılardırlar.
  Bütün qadınlar mələkdir əslində. Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər.Hamısı budur.
  Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, Sabah zamanın olmadığı üçün etməyə bilərsən.
  Bir kişilə xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar.
  Birini pisləməyə çalışsan əsla məqsədinə çata bilməzsən. Çünki, başqasını bulaşdırmaq istədiyin palçığa əvvəl özün bulanarsan.
Ardı →

Adolf Hitler

-Yalan nə qədər böyüksə, inananı da o qədər çox olar.
-Həyat gücsüzlüyü bağışlamaz.
-Mən dünyaya insanları güclü etmək üçün gəlmədim, onların gücsüzlüklərini istifadə etmək üçün gəldim.
-Ancaq bir dəvə iynənin dəliyindən keçdiyində böyük bir insan seçkilə iş başına gələ bilər.
-Siyasət, edilən tarixdir.
-Diktator, velosipedlə gedən adama bənzər dayansa aşar.
-Hər kim bizə qarşı qiyam qaldırsa özünü ölü qəbul etməlidir.
-İşğal altındakı torpaqlarımız ana vətənə qızdırmalı etirazlarla deyil, qılıncın endirdiyi zəfər zərbələriylə qatıla bilər.
-Dünyanın altını-üstünə gətirən böyük hadisələrin hamısı yazı ilə deyil sözlə meydana gətirilmişdir.
 -Siyasi quruluşlar bir-birləri ilə qarşılıqlı mənfəətlərindən ötəri saxta razılaşarlar. Mənim fəlsəfi doktrinam dünyanı təkrar xoşbəxt bir şəkildə yaşadacaq gücə malikdir. Belə bir idealda əlbəttə ki keçici razılaşmalara yer yoxdur.
 -Bacarıq və qabiliyyət təhsilin bir məhsulu deyil. Bu qabiliyyət adamda doğuşdan vardır. Yəni bu Tanrının bir lütfüdür.
  -Döyüşdə hər vaxt itirən tərəf günahkardır haqlı olsa belə.
  -Əgər döyüş itirilmişsə bu mənim vecimə belə deyil. İnsanlar pərişan olsalar olsunlar. Bir tək gözyaşı belə tökməm onlar üçün; onlar heç bir şey layiq olmadılar.
Davamı →

Eşq və neft | Məhəmməd Əsədbəy

Povestin əsəs mövzuları: neft və beynəlxalq kapitalizm, dünya siyasətində onun rolu və hiylələri, emiqrasiya və qəriblikdə yaşamaq, adlı-sanlı gürcü ailəsindən çıxmış, inqilabi krizis nəticəsində Avropaya düşmüş bir qızın taleyi.


Əsərdən seçilmiş hissələr


Gözlərini yumdu və heç bir inqilabın ondan ala bilməyəcəyi yeganə şey — gəncliyi barədə fikrə daldı.


Pipinsonun açıq ağzından isə sakit donqultu eşidilirdi. Bu onda yüksək təəccüb əlaməti idi.


Deyirlər, sürgün çörəyi acı olur. Düz deyil. Sürgün çörəyi nə acı olur, nə şirin. Sürgün ölkəsində onlar üçün, ümumiyyətlə, çörək olmur.


Ardı →

Dahilərdən dahi cümlələr!

Həyat-bal ilə zəhərin uyuşmasıdır.S.Apuley
Həyat hərəkət deməkdir,su da axmadıqda iy verir.Aristotel.
Sağlıqda xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük saədətdir.M.f.Axundov
Mübarizə həyat üçün şərtdir,mübarizə bitdikdə həyat yox olur.V.Q.Belinski
Həyat ağır yük deyil,qanaddır,yaradıçılıq və fərəhdir,kim ki,onu ağır yükə çevirir,bunda o özü günahkardır.V.V.Veresayev
Həyatı qiymətləndirməyən adam yaşamağa layiq deyil.Leonardo da Vinçi
Ardı →

Lissabonda bir gecə | Erix Maria Remark

«Lissabonda bir gecə» qəhrəman-nağılçı dilindən nəql edilir. Nasistlərdən canını qurtaran qəhrəman sevgilisi Rutla Lissabona gəlib düşür. Burada o, hər yolla Amerikaya viza və ABŞ-a yola düşən paroxoda bilet almağa cəhd göstərir. Və hər dəfəsində uğursuzluğa məhkum olur. 1942-ci ilin gecələrinin birində o sahildə paroxoda biletləri ona havayı verməyə hazır olan yad bir kişi ilə tanış olur. Ancaq həmin kişinin bir şərti var: bu gecəni onunla keçirməli və onun danışdığı hekayətə qulaq asmalıdır. Bu hekayə həmin kişinin həyat dramıdır.


Ardı →

Anna Karenina | Lev Tolstoy

«Anna Karenina» mürəkkəb, zərif psixoloji, kəskin problemlərlə və dövrünün əlamətləri ilə zəngin əsərdir. L.N.Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını, əxlaqın, ailə təməlinin düşdüyünü, əsilzadəliyin cırlaşmasını təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Onun üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır.

Əsərdən seçilmiş hissələr

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir.

Həyatın bütün çətin və həlledilməz suallara verdiyi ümumi cavabdan başqa cavab yox idi. Cavab belə idi: «günlərin tələbinə görə yaşamaq lazımdır, yəni unutmaq».


Ardı →

Qırılmış dostluq | Etel Lilian Voyniç

«Qırılmış dostluq» romanında müəllif Voyniç yenidən Cənubi Amerika səyahətindən sərgüzəştlərini təsvir edərək öz sevimli qəhrəmanı Ovoddan bəhs edir.
Əsərdən seçilmiş hissələr
Məsələ yalnız Allahı sevməkdə deyil, həm də insanları sevməkdədir. Yanında sənin kimilərin olması ona müraciət etmən üçün cəsarət verir.
— Mənə başa sal ki, Rene, sənin həyatında nə "şükür sənə, Allahım" sözünə dəyər? Məgər o, sənə belə çox şey verib?
Davamı →

Vilyam Şekspirin Sonetləri I hissə


1

Gözəllik hifz edir öz surətini,

Gülüm, gözəlliklə həyat qoşadır.

Solan çiçəklərin təravətini

Qönçə çiçəklərin hüsnü yaşadır.

Fəqət sən vurulub öz gül hüsnünə,

Onu xərcləyirsən boş yerə, əbəs.

Ən qəddar düşmənsən özün özünə,

Varını yoxluqla edirsən əvəz.

Bu gün dünyamızın zinəti sənsən,

Bahar müjdəsisən, qönçəsən artıq.

Özündə özünü dustaq edirsən,

Nədir bu simiclik, bu israfçılıq?

Rəhm elə dünyaya, gözəlliyi, gəl,

Özünlə məzara aparma, gözəl.

Ardı →