Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

İnsan danışmayana qədər ağıllı sayılmaz

Ağrımız artıq əvvəlki kimi zavallı olmasın, bir başqa cür olsun. Ağrımız kərtənkələnin, tısbağanın ağrısına bənzəyirdi.

Ölü kimi yaşamağı bacardıq, adam kimi yaşamaq artıq çətin olmaz.

Çox zəngin bir adam deyiləm, sırf bədənimin içində yaşayıram.

Doğrudur: Ruh boyundadır! Bəs bizi niyə boynumuzdan asırlar?

Maşına minib burjuaziyaya gedəcəm, iki çəllək mürəbbə gətirəcəm, bütün kommunizmə yetər.

Xoşbəxt insanları cəzalandırmaq çətindir, çünki onlar pislikdən bir şey anlamazlar.
Davamı →

Hər insanın yaddaşı onun şəxsi kitabxanasıdır

Tor qurmaq hörümçəyin mahiyyətində olduğu kimi dinə inanmaq istəyi də insanın mahiyyətindədir.

Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir.

Sabitlik təbiətə və insan həyatına ziddir. Sabitlik ölümə bərabərdir.

Bir çox qadın və kişi əsarəti sevərək böyüyür və inqilab ağıllarından belə keçmir.

Məqsədsiz uşaqlar üçün milçəklər nədirsə, biz də tanrılar üçün oyuq. Əylənmək üçün bizi ölüdürürlər.

Bəlkə də dünya başqa bir planetin cəhənnəmidir.
Davamı →

Sevmək insanı yalnızlaşdırır

Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik.

Həyata necə başlayırsan, başla sonda əlində qürur və axmaqlıq qalır. Halbuki həyatdan nələr istəmişdik…

Bir xəyalı öldürmək, bir həqiqəti öldürməkdən daha çətindir.

Zərəri yoxdur, xəyal qırıqlığı məni cilovlayan ən yaxşı müalicədir.

Pul qazanın. Özünüzə aid bir otaq və boş vaxt yaradın. Ən əsası yazın. “Kişilər nə düşünər?” deyə fikirləşmədən yazın!

Həyat röyadır, oyanmaq bizi öldürür.
Davamı →

Çexovdan sitatlar

Sevmədən evlənmək, inanmadan ibadət etmək kimidir. İkisi də alçaqlıqdır.

İnsanlar əylənə bildikləri ilə tanış, paylaşa bildikləri ilə dost, ağlaya bildikləri ilə qardaş olurlar.

Əgər qüsursuz olsaydın, başqalarının qüsurlarını axtarıb tapmağa bu qədər maraqlı olmazdın.

Kimlərsə arxanızdan danışırlarsa, bilin ki, onlardan öndəsiniz.

Sizə bir yaxşı, bir də pis xəbərim var. Yaxşı xəbər: hələlik ölməmişik. Pis xəbər: hələ də yaşayırıq.

Bu dövrdə xoşbəxt birini görmək insana qəribə gəlir. Ağ rəngli fil görmək, xoşbəxt insan görməkdən daha asandır.
Davamı →

Müharibə gələndə bütün qanunlar susur

Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür. (V. Hüqo)

Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. (V.Hüqo)

Müharibə analar üçün ən dəhşətli lənətdir. (Qoratsi)

Müharibənin nəticələri həmişə böyük fəlakət və ümumi əxlaq pozğunluğuna gətirib çıxaracaq. (Lev Tolstoy Nikolayeviç)

Yadelli qəsbkarlara qarşı hər cür üsyan hər bir xalqın birinci borcudur və bu, qanunidir. (Stendal)
Davamı →

Əllər qadının vizit kartıdır

İlkin təəssüratı dəyişmək üçün bir də heç vaxt ikinci şansımız olmayacaq.

Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar.

Paradoks: Kişi nə qədər axmaq və uğursuzdursa, qadına bir o qədər çox irad tutur.

İstənilən addımı atmağa hazır olan kişi sevilməyə məhkumdur.
Davamı →

Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə

Sən həll olunacaq misalsan. Ancaq ətrafda heç bir şagird yoxdur.

Ölümün olduğu dünyada heç nə ciddi deyil.

Paltom belə çiynimə ağırlıq edirsə, qosqocaman dünyanı necə daşıyaram?

Ədəbiyyatdan başqa hər şey məndə ikrah doğurur.

Mən ya başlanğıcam, ya da son.

Özümdən başqa heç bir əskiyim yoxdur.

Qəfəslərin biri quş axtarmağa gedib.

İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salır.

Davamı →

Saflıq – məhəbbətin bolluğundan yaranmış bir sərvətdir

Külək şair kimidir – dənizlərin, meşələrin üzərində uçub, öz səsini axtarır.

Yaxşılıq etməyən istəyən adam bağlı qapıları döyər; sevən adamın isə üzünə bütün qapılar açıqdır.

Xilqətin sirri gecə zülmətinə bənzər, — sonsuzdur.

Uçurumun yalnız dərinliyinə aldanıb, öz eşqini ona etibar etmə!

Sən özünün nə olduğunu görə bilmirsən; gördüyün şey yalnız kölgəndir.

Fənərini arxasında gəzdirən adam öz önünə kölgə salır.

Varlığım mənim üçün möcüzədir: həyat da elə budur ki var!
Davamı →

Brodskinin ehkamları

İosif Brodskinin 1988-ci ilin dekabrında Ann-arbor stadionunda, Miçiqan universitetinin tələbələri qarşısında söylədiyi bu nitqi “dünyanı dəyişən nitq” adlandırırlar.

Həyat – çoxlu qaydaları olan, lakin hakimsiz bir oyundu. Biz daha çox müşahidə edərək bu oyunu oynamağı öyrənə bilərik, nəinki hansısa kitabı, məsələn, İncili oxuyaraq. Buna görə çoxlarının vicdanla oynamamağı, çoxları qalib gəlməyi, çoxları da uduzmağı təəccüblü deyil.

Istənilən halda əgər bura Miçiqan universiteti, mənim tanıdığım Miçiqan ştatının Ann-Arbor şəhəridisə, onda əminliklə demək olar ki, siz – bu universitetin məzunları — Müqəddəs kitabla daha az tanışsınız, nəinki on altı il əvvəl mən bu meydana ilk dəfə ayaq basmağa cəsarət eləyəndə o tribunada oturanlar.

Davamı →

Hikmətli sözlər

Sofokl:
 Ağıllı, amma yalançı olmaqdansa,sadə və namuslu olmaq yaxşıdır.
Henri Ford:
Zamanın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanır.
İmmanuil Kant:
Bilmək irəlini görmək,irəlini görə bilmək isə güclü olmaq deməkdir.
Jan Labrüer:
Zəka düşüncənin mikroskopudur.
Şekspir :
Ən böyük kəşf insanın özündə olanı tapmaqdır.
U. Verner:
Ən böyük gözəllik ağıl gözəlliyidir.
Ceremi Teylor:
Ağıllı insanlar qərarlarını tələsərək deyil, düşünüb-daşınaraq verirlər. 
Davamı →