Рейтинг
+21.69

Astronomiya

34 üzv, 38 topik

Ulduzların sürüşməsi

Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüsünüz. Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur.

Xalq arasında ulduz sürüşməsi kimi tərif edilən bu hadisənin əslində ulduzlarla heç bir əlaqəsi yoxdur. Ulduzlar yerdən milyardlarla kilometr məsafədəki uzaq günəşlərdir. Günəş sistemimizin içində günəş və planetlərin cazibə qüvvələri arasında ora-bura gəzən saysız meteoritlər mövcuddur.
Ardı →

Günəş və Ay tutulmaları

Yeri də, Ayı da Günəş işıqlandırır. Ona görə Ay və Yer Günəşdən əks tərəflərinə kölgə və yarımkölgə salır. Ayın diametri 400 dəfə, Yerinki isə 110 dəfə Günəşin diametrindən kiçik olduğundan kölgələri konus şəkillidir. Yer Ayın kölgəsindən keçəndə Günəş, Ay Yerin kölgəsindən keçəndə Ay tutulur.


Ardı →

Geosentrik və heliosentrik sistem

XVI əsrin ortalarınadək planetlərin görünən hərəkətlərinə aid çoxlu müşahidə materialları toplanmışdı. Bu müşahidələrdən məlum olmuşdur ki, planetlərin görünən hərəkətlərində əsas istiqamət qərbdən şərqə, yəni üzümüzü göyün cənub tərəfinə tutsaq sağdan sola tərəfdir. Bu istiqamətdə olan hərəkət düz hərəkət adlanır. Zaman keçdikcə düz hərəkət yavaşıyır, sonra planet sanki dayanır, az sonra planetin hərəkəti şərqdən qərbə, yəni üzümüzü göyün cənub tərəfinə tutsaq soldan sağa tərəf olur. Belə hərəkət tərs hərəkət adlanır.


Ardı →

Ayın hərəkəti

Bir axşam təzələnmiş ayın yaxınlığında hər hansı ulduzu nişanlayın. Növbəti axşam həmin vaxtda Ayın bu ulduza nəzərən xeyli (təqribən 13°) şərqdə — sol tərəfə uzaqlaşdığını görərsiniz. Uzaqlaşma növbəti axşamlarda da davam edir.
Bir sutka ərzində nişanladığımız ulduza nəzərən Ayın uzaqlaşması 13° olduğundan o, bir tam dövrü 360°/13°=27,32 sutka ərzində başa vurur. Bu, Ayın ulduzlara nəzərən Yer ətrafında dolanma periodudur. Ona siderik ay deyirik.


Ardı →

Astronomiya nədir?

Astronomiya ən qədim təbiət elmidir.O, göy cisimlərini öyrənir.Yunanca “astron”-göy cismi,ulduz,”nomos”-qanun,elm deməkdir.Bir neçə elmi istiqamətlərdən və ona daxil olan bölmələrdən ibarətdir.
1.Astrometriya, nəzəri astronomiya və göy mexanikası
2.Astrofizika və ulduz astronomiyası
3.Kosmoqoniya
4.Kosmologiya


Ardı →

Yerin iqlim qurşaqları. Göy sferinin əsas elementləri

Yerin iqlim qurşaqları

Yerin şəkil müstəvisinə proyeksiyasına baxaq (şəkil 1.3).
Coğrafi enliyi φ=±66°33’.5 olan nöqtələrindən keçən coğrafi paralellərə şimal (a’a) və cənub (d’d) qütb dairələri deyilir.
Coğrafi enliyi φ=±23°26’.5 olan nöqtələrindən keçən coğrafi paralellərə şimal (b’b) və cənub (c’c) tropikləri deyilir.
Şimal (b’b) və cənub (c’c) tropikləri arasındakı qurşağa isti və ya tropik qurşaq deyilir. Şimal qütb dairəsi (a’a) ilə şimal tropiki (b’b) arasındakı qurşağa şimal mülayim qurşaq, cənub qütb dairəsi (d’d) ilə cənub tropiki (c’c) arasındakı qurşağa isə cənub mülayim qurşaq deyilir.Şimal qütb dairəsindən (a’a) Yerin şimal qütbünə (pN) qədər olan qurşağa şimal soyuq qurşaq, cənub qütb dairəsindən (d’d) Yerin cənub qütbünə (ps ) qədər olan qurşağa isə cənub soyuq qurşaq deyilir.


Ardı →

Coğrafi koordinatlar

Biliksiz adam okeanda azan
yelkənsiz gəmiyə bənzər, ya sahilə
çarpılıb parçalanar, ya da
tufana düşüb batar.
Pifaqor


Göy cisimlərinin göydə vəziyyətini təyin etmək üçün göy sferi anlayışından istifadə edilir. Bu fəsildə göy sferi və onun elementləri, göy sferinin fırlanması və onunla bağlı olan bəzi hadisələrlə tanış olacağıq. Göy sferində istiqamətlər Yerə nəzərən təyin olunduğundan bunlardan öncə coğrafi koordinatlar və iqlim qurşaqları haqqında qısa məlumat verəcəyik.
Ardı →

Astronomiya nədir və nəyi öyrənir

Kitab dilsiz müəllimdir.


Platon


1. Astronomiya fənni

«Astronomiya» sözü yunanca «astron» — ulduz və «nomos» — qanun sözlərindən əmələ gəlmiş və hərfi mənada «ulduzlar qanunu» kimi məna daşıyır. Astronomiya Kainat haqqında elmdir. O göy cisimlərinin (ulduzlar, Günəş, Ay, planetlər və onların peykləri, asteroidlər, kometlər, meteorlar, meteoritlər) göydə vəziyyətini, hərəkətini, quruluşunu, fiziki halını, kimyəvi tərkibini, əmələ gəlməsini və təkamülünü öyrənir. Bundan əlavə, astronomiya göy cisimlərinin əmələ gətirdiyi sistemlərin (qalaktikalar, dumanlıqlar, ulduz topaları), ulduzlararası mühitin, planetlərarası mühitin və hətta Kainatın bütövlükdə əmələ gəlməsini və təkamülünü öyrənir.



Ardı →