Рейтинг
0.00

Atmosfer

17 üzv, 30 topik

Saat qurşaqları

Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir (360°: 24 = 15°). Nəticədə hər biri 15°-dən ibarət olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfırıncı (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru artır.


Davamı →

Günəş işığının və istiliyinin Yer kürəsində paylanması

Yer kürəsində Günəş istiliyi və işığının miqdarı Günəş şüalarının düşmə bucağından asılıdır. Günəş şüalarının düşmə bucağına isə aşağıdakı amillər təsir edir:

  • Yerin xəyali fırlanma oxunun orbit müstəvisinə meyilliyi;
  • Yerin illik hərəkəti;
  • Yerin kürə forması;
  • Yer və Günəşin fəzada eyni müstəvi üzərində yerləşməsi;
  • Yer səthinin relyefi;
  • Yamacların ekspozisiyası (yamacın üfüqün hansı tərəfinə istiqamətlənməsi) və meyilliyi.

Davamı →

İqlim və onun yaranması

Müəyyən ərazidə meteoroloji elementlərin çoxillik təkrarlanma rejiminə iqlim deyilir. İqlim göstəriciləri hər il eyni vaxtda təkrarlanır, davamlı xarakter daşıyır və yalnız uzun tarixi dövrlər ərzində dəyişir.
Coğrafi enlik, atmosferin ümumi dövranında iştirak edən hava axınları və səth örtüyü əsas iqlim əmələ gətirən amillərdir. İqlimin yaranmasına həmçinin, okean və dənizlərdən uzaqlıq, okean cərəyanları, relyef şəraiti, mütləq hündürlük, dağ yamaclarının yerləşmə istiqaməti də təsir göstərir.
Davamı →

Yağıntıların paylanması

Buludlardan və Yer səthinə yaxın hava qatından onun üzərinə düşən sulara atmosfer yağıntıları deyilir. Atmosfer yağıntıları buludlardan yağış, qar və dolu formasında Yer səthinə düşür. Yer səthinə yaxın hava qatında isə şeh, duman, qırov və sırsıra halında yağıntı əmələ gəlir. Yağıntıların miqdarı, düşən suyun əmələ gətirdiyi qatın qalınlığı mm ilə ölçülür. Yağıntıların 79%-i okean və dənizlərin, 21%-i qurunun üzərinə düşür. Yağışlar düşmə xarakterinə görə leysan, aramsız-narın və çiskin formalı olur. Leysan yağışları qısa müddətli və gursulu olur, əsasən topa-yağış buludlarından yağır. Aramsız-narın yağışlar az intensiv olur.
Davamı →

Siklon və antisiklonlar

Mülayim enliklərdə yaranan hava axınlarında siklonlar və antisiklonlar mühüm rol oynayır. Siklonlar atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Hava kənardakı yüksək təzyiq sahəsindən mərkəzdəki alçaq təzyiq sahəsinə yönəlir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində küləklər Şimal yarımkürəsində saat əqrəbinin hərəkət istiqamətinin əksinə, Cənubda saat əqrəbinin hərəkət istiqamətində əsir. Siklon yaranarkən temperatur kəskin dəyişir, buludluluq artır və yağıntı düşür.

Davamı →

Daimi və mövsümi küləklər

Yer səthinin qeyri-bərabər qızması, materiklər və okeanlar üzərində müxtəlif atmosfer təzyiqi sahələrinin olması nəticəsində havanın hərəkəti baş verir. Hava axınları daimi olaraq yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru yerini dəyişir. Bu küləklərə daimi küləklər deyilir. Onlar Yer kürəsini əhatə edir və atmosferin ümumi dövranının mühüm tərkib hissəsidir. Daimi küləklər hərəkət zamanı istiqamətini dəyişir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan meyletmə – Koriolis qüvvəsinin təsiri ilə üfüqi istiqamətdə hərəkət edən hava axınları Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyil edir. Ekvatordan uzaqlaşdıqca küləklərin meyiletməsi artır.
Davamı →

Hava kütlələri və atmosfer cəbhələri

Troposferin ümumi fiziki xassələrə (temperatura, rütubətliyə, təzyiqə və s.) malik olan və geniş əraziləri əhatə edən axınları hava kütlələri adlanır. Yer səthində hakim küləklərin istiqaməti və yağıntıların paylanması hava kütlələrindən asılıdır.
Ekvatorial hava kütlələrinin təsiri ilə ekvatorial enliklərə bol yağıntılar düşür, burada temperatur yüksəkdir. Yağıntıların çox düşməsi havanın yuxarıya hərəkəti ilə əlaqədardır. Yuxarı qalxan hava axınları tədricən soyuyur, tərkibindəki su buxarı kondensasiya olunur və bulud əmələ gəlir. Tropik hava kütlələri Şimal və Cənub tropikləri ətrafında formalaşır.
Davamı →

İqlim tipləri

Troposferin aşağı qatlarının anlıq fiziki vəziyyəti hava adlanır.
Müəyyən ərazidə xarakterik  olan hava  tiplərinin təkrarlanan çoxillik rejimi isə iqlim adlanır.
İqlim əmələgətirən əsas amillər aşağıdakılardır:
* Coğrafi enlik(günəş radiasiyası);
* Atmosferin ümumi sirkulyasiyası (hava dövranı, okean cərəyanları və s.)
* Səth örtüyü ( su, quru ,dağ, düzənlik və s)
Ardı →

Hava və iqlim

Müəyyən vaxta troposferin aşağı qatlarının fiziki vəziyyətinə hava deyilir. Havanın elementləri- temperatur, rütubət və təzyiq; hava hadisələri isə — külək, yağıntı, şimşək və s.-dir. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Müəyyən ərazi üçün xas olan və ildən ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir. Iqlim yaradan amillər aşağıdakılardır:


Ardı →

Atmosferin quruluşu

Yeri əhatə edən hava təbəqəsi atmosfer (yunanca «atmos»-buxar, «sfera-təbəqə deməkdir) adlanır. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. Atmosfer 78% azot, 21% oksigen, 0.03% karbon və s. qazlardan ibarətdir. Arxey və Proterezoy eralarında bitki örtüyü seyrək olduğundan havada oksigen çox az olmuşdur. Atmosfer 5 qatdan ibarətdir:
1. Troposfer- atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17-18 km, mülayim enliklərdə 10-11 km, qütblərdə 7-8 km-dir. «Hava fabriki» adlandırılan troposferdə hündürlük artdıqca temperatur və təzyiq azalır. Yerin cazibə qüvvəsinin təsiri nəticəsində atmosfer kütləsinin 80%-i troposferdə cəmləşib. Troposferdə külək əsir, bulud yaranır, yağıntı düşür. Günəş şüalarının yer səthini qeyri-bərabər qızdırması, gecə və gündüzün növbələşməsi, Günəş istiliyi və işığının udulma və əks olunma dərəcəsi troposferdə havanın temperaturunun dəyişməsinə təsir edən əsas amillərdir.


Ardı →