Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Azərbaycanın dövlət rəmzləri

Hələ qədim zamanlardan bütün nüfuzlu dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri-simvol və rəmzləri olmuşdur. Bütün bunlar emblem, bayraq, gerb, orden, medal, pul və s. ibarət olub. Əsrlərdən bəri Azərbaycanda maddi, mənəvi və bədii mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Bunlara misal olaraq folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, əjdaha, qartal, şir, simurq və s. Kimi heyvan və quş, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçək təsvirlərini göstərə bilərik. Həndəsi və nəbati naxışlarla həkk olunmuş bu obrazlar simvolik məna kəsb etmiş, milli təfəkkürün, xalqımızın bədii zövqünü,estetik və əxlaqi təsəvvürlərinin rəmzi mahiyyətini daşımışdır.
Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq, istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik meylləri qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur. Hətta kiçik dövlət qurumları sayılan xanlıqların da özünəməxsus simvolları olmuşdur.


Ardı →

Azərbaycan Respublikasının Gerbi

Dövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir olunan fərqləndirici nişanı Dövlət gerbidir. Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət  tərəfindən müsabiqə  elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il  mayın 1-də qurtarmalı idi.
Müsabiqə  XalqCümhuriyyətinin  rəmzlərinin,  orden  və medallarının  ilk nümunələrinin  meydana çıxmasını  sürətləndirdi. Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi, əsrin əvvəllərində yaşayıb-yaratmış «Molla Nəsrəddin»çi rəssamlardan Ə.Əzimzadənin,O.Şmerlinqin, İ.Rotterin,  R.Telinqaterin  yaradıcılığına  xas üslub xüsusiyyətləri diqqəti cəlb  edir.
Davamı →

Azərbaycan Respublikasının Dövlət Himni

28  may  1918-ci  il  tarixdə  Azərbaycan  istiqlaliyyəti elan olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.
«Himn» yunanca   «təntənəli  nəğmə»  deməkdir.   O,  siyasi təbliğatda   mühüm  vasitə   olmaqla  müəyyən  mütəşəkkillik  və səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram  şən­likləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur.
Dövlət  himninin  mətni və  melodiyası  xalqın  bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.


Ardı →

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında
ƏSASNAMƏ


l.  Azərbaycan Respublikasının Dövlət bayrağı  Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir; üst zolaq mavi rəngdə,  orta zolaq  qırmızı  rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin  uzununa nisbəti l:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.
Ayparanın  təsviri  konsentrik (eyni  mərkəzli) olmayan iki dairənin  hissələri  şəklindədir;   böyük  dairənin  diametri  xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60 bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan  sağda yerləşir, ulduzun xarici dairəsinin  diametri bayrağın  eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3.  Azərbaycan  Respublikasının  Dövlət bayrağı  aşağıdakı yerlərdə qaldırılır:


Ardı →

Azərbaycan bayrağı

Dövlətin  rəsmi   fərqləndirici   əlamətlərindən  biri dövlət bayrağıdır  və  onun təsviri,  əsasən konstitusiyada  qanunvericiliklə təsbit olunur. Dövlət bayrağı eyni zamanda, məxsus olduğu dövlətin suverenlik rəmzidir.


Azərbaycan  Respubiikasının  Dövlət  bayrağı 1918-1920-ci illərdə  mövcud  olmuş  Azərbaycan Xalq  Cümhuriyyəti  dövründə yaradılan milli dövlət atributlarındandır.


Ardı →