Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Bakının toy və bayram mərasimləri

Bakının öz toy və bayram ənənələri vardı. Oğlan evləndirmək və qız ərə verməyin çox dolamanc yolları qədim zamandan məlumdur. Əvvəla qızı oğlan özü seçməzdi. Bu iş adətən, ananın, bacının, bibinin və xalanın üstünə düşərdi. Hətta oğlan özü qız seçmək istəsə də, bu mümkün deyildi. Çünki küçə və bazarda rastlarına çıxan qızlar üzlərini həmişə çadra ilə gizlədərdilər. Qız seçməkdə oğlan evinin köməyinə hamamlar çatırdı. Hamamda qız seçmək adət şəklini almışdı. Burada qızın boynuna, buxununa, əndamına, ayaqlarına, saçlarına yaxından tamaşa edərdilər. Bəzən xoşlarına gələn qızları başlarına su tökmək bəhanəsilə yanlarına çağıranda onların cəldliyini də yoxlardılar.
Davamı →

Bakı neft səltənətidir

Bakını bütün Şərq ölkələrində, habelə Avropada, bir sözlə, bütün dünyada tanıtdıran onun nefti və yanar torpaqları olmuşdur. Bakıda neft hələ qədim zamanlardan çıxarılırdı. Çox dayaz quyulardan əllə çıxarılan neft həm şəhərin özündə yanacaq və müxtəlif xəstəliklərə qarşı dərman kimi istifadə edilir və həm də tuluqlara doldurularaq, karvan-karvan uzaq ölkələrə aparılırdı. Sonrakı əsrlərdə, xüsusilə xanlıqlar dövründə neft şəhərin iqtisadiyyatında böyük rol oynamağa başlamışdı. Bakı xanlarının iki əsas gəlir mənbələri vardı: neft və duz yataqları. Neft, əlbəttə, çox ibtidai üsulla çıxarılırdı: əllə və dolamaçarxla. Quyular çox dayaz idilər. Balaxana neft quyularından birində tapılmış daş parçasının üzərindəki yazıdan məlum olmuşdur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən qazılmışdır. Şəhərdə evlər içərisinə neft doldurulmuş qara çıraqlarla işıqlandırılırdı. 1733-cü ildə Bakıda olmuş rus akademiki İ. J. Lerx Bakıda 52 neft quyusu olduğunu gözləri ilə görmüşdu. 1771-ci ildə Bakıda olmuş akademik S. Q. Qmelin isə neft quyularının necə qazılmasını təsvir etmişdir.
Davamı →

Bakı 1917-1920-ci illərdə

1917-ci ildə Rusiyada fevral inqilabı baş verdi. İnqilabın qələbəsi çar imperiyasının bütün xalqlarını ayağa qaldırdı və onları istiqlaliyyət və muxtariyyət uğrunda mübarizəyə ruhlandırdı. Martın 2-də II Nikolay taxt-tacdan əl çəkdi. Rusiyada iki hakimiyyətlik yarandı: Müvəqqəti hökümət və Sovetlər. Martın 9-da Dövlət dumasının Zaqafqaziyadan olan deputatlarının təşəbbüsü ilə Müvəqqəti hökümət Zaqafqaziyanı idarə etmək üçün xüsusi bir komissiya yaratdı. Komissiyanın tərkibinə A.Xarlamov (sədr), M.Y.Cəfərov və M.İ.Papacanov daxil edildi. Peterburqdan gələn komissiya birinci növbədə Bakıda yığıncaq keçirdi.
Davamı →

H.Z.Tağıyevin mühakimə edilməsi

1912-ci ilin əvvəllərində Bakının ictimai həyatında elə bir hadisə baş verdi ki, nəinki, azərbaycanlıları, bəlkə də bütün müsəlmanları həyəcana gətirdi. Bu H.Z.Tağıyevin mühakimə edilməsi idi. Hadisə belə olmuşdu: vaxtı ilə Tağıyevin pulu ilə ali texniki təhsil alıb qayıtmış Lütfəli bəy Behbudov səkkizinci ilə keçirdi ki, Hacının yanında mühəndis kimi işləyirdi. Evinə gedib-gələn, məhrəm bir adamdı. Necə olursa Hacı Lütfəli bəyin Sona xanıma (Hacının arvadı) olan münasibətindən şübhələnir və onu cəzalandırmağı qərara alır. Bir gün (bu hadisə 1911-ci il may ayının 16-da olmuşdu) Lütfəli bəyə xəbər göndərir ki, yaşadığı evin otaqlarında nə isə dəyişiklik eləmək istəyir.

Davamı →

Bakı ləhcəsi

Qədim zamanlardan Bakı bir şəhər kimi İranın təsiri altında olmuşdur. Bu təsir ta keçən əsrin ortalarınadək davam edib. Belə vəziyyət o dövrə təsadüf edir ki, az qala bütün türk aləmi az-çox İranlıların təsiri altında idi. M. Ə. Rəsulzadə "Əsrimizin Səyavuşu" adlı əsərində həmin dövrü belə xarakterizə edirdi: «Bir çox zaman azərbaycanlılar kəndi türklüklərini, türk soyundan gəldiklərini bilməyərək, xalis İranlı kimi kəndilərin hiss etdilər. İranlı kimi düşünüb, İranlı kimi yaşadılar. Bu o zaman idi ki, bütün türk aləmi az-çox İran təsirində bulunurdu. O zaman idi ki, soltan Səlim farsca şeirlər yazıb, oxuyur, az qalsın ki, bunu rəsmi lisan elan ediyordu».
Davamı →

Bakıxanovlar sülaləsi

Bakı xanlarının tarixi Mahmud Dərgahqulu bəylə başlayırsa, Bakıxanovlar sülaləsinin şöhrəti isə Mirzə Məhəmməd xan Sani ilə yüksəlmişdir. Bakı və Quba xanlıqlarının Rusiyaya yaxınlaşmasında onun böyük xidmətləri olub. 1824-cü ildə Qafqaz baş komandanı Yermolov Mirzə Məhəmməd Saninin bu xidmətlərini yüksək qiymətləndirərək, ona Quba əyalətində 7 para kənd bağışlamışdır. O kəndlər bunlardır: Rustov, Hacı Qaraqaşlı, Əmsar, Qaraqaşlı, Qarabağlı, Qulamlı və Şıxnəzərli.
Davamı →

Bakı xanlığı

Nadir şahın öldürülməsi xəbəri Bakıya yetişdikdə, Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd əhali içərisindəki hörmətindən istifadə edərək, fürsəti əldən vermir. O, iyirmi yaşlarında bilikli, gümrah bir gənc idi. Gəmiçiliyi çox sevərdi. Xəzərdə çox üzmüşdü. Hətta admiral kimi də şöhrət qazanmışdı. O öz yaxın adamlarının vasitəsilə Nadir şahın Bakıda olan vassalı Qələmini qovub, hakimiyyəti ələ aldı. Özünü Bakının xanı elan etdi.
Çox keçmir ki, belə xanlıqlar Azərbaycanın başqa şəhərlərində də yaradılır. Şirvan, Şəki, Qarabağ, Lənkəran, Quba, Ərdəbil və sair xanlıqlar əyalətlərdə hakimiyyəti öz əllərinə aldılar.
Davamı →

Bakı Şirvanşahlar dövründə

Şirvanşahlar sarayında I Fəriburzdan sonra taxta I Mənuçəhr, ondan sonra isə II Mənuçəhr çıxmışdı.
1149-1203-cü illərdə isə Kəsranilər dövlətini II Mənuçəhrin oğlu I Axsitan idarə edirdi. Məhz Axsitan dövründə Şirvanşahlar iqtisadi və siyasi cəhətdən xeyli inkişaf edərək müstəqil bir dövlət kimi bütün Yaxın Şərq ölkələrində tanınmışdı. Bu vaxtadək Xəzər dənizində cüzi miqdarda gəmilərə sahib olan Şirvanşahlar indi güclü dəniz donanması ölkəsinə çevrilmişdi.
Şirvanşahlar səlcuqların əsarətindən bir dəfəlik xilas olmaq məqsədilə Gürcüstan çarı ilə yaxın qonşuluq əlaqələri yaradır.
Davamı →

Bakı qoçuları

Deyirlər ki, qoçu sözü Bakıya məxsusdur. Əslində də belədir. Qoçuluq Bakıda meydana çıxmış və Bakıda  da yayılmışdır. Doğrudur bu  sözün etimologiyası indiyədək araşdırılıb, müəyyən edilməyib. Ancaq arada bir rəvayət gəzir ki, guya nə vaxtsa Bakıya kənardan qolu güclü Qoçu adlı bir gənc gəlir və şəhərdə hamını incitməyə başlayır. Necə deyərlər yetənə yetir, yetməyənə də daş atır. Heç kəs də onun qabağına çıxa bilmir. O vaxtdan da guya şəhərdə təsadüf olunan belə qolu zorlu adamlara Qoçu deyərlərmiş. Bu bəlkə də belədir. Lakin bir həqiqət vardır ki, qoçuluq ictimai bir hadisə kimi keçən əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Mətbuat səhifələrində də qoçu sözünə biz həmin vaxtdan təsadüf edirik.
Davamı →

1907-1917-ci illərdə mətbuat

Dövri mətbuat irtica illərinin ictimai hadisələrini bilavasitə olması da, dolayısı ilə əks etdirirdi. Aşağıda adlarını çəkəcəyimiz qəzet və məcmuələrin səhifələrində dövrün ziddiyyətləri ilə yanaşı, din, əxlaq məsələləri işıqlandırılır, dil və mədəniyyət sahəsində gedən mübarizə özünü büruzə verirdi.
Bu dövrdə Azərbaycan mətbuatı əsas etibarilə iki adamın inhisarında idi: Orucov qardaşları ilə Haşım bəy Vəzirov şəhərdə mətbuat və çap işlərini öz əllərində möhkəm saxlayırdılar. Hər ikisinin mətbəə şəraiti imkan verirdi ki, qəzetlərin vaxtlı-vaxtında  çıxmasını və yayılmasını təmin etsinlər.
Davamı →