Köhnə Bakıda məktəb və maarif
1834-cü il məlumatına əsasən həmin ildə Bakıda cəmi bir ümumi ibtidai məktəb vardı. Bu məktəb ona görə ümumi məktəb adlanırdı ki, orada Bakıda yaşayan bütün millətlərin uşaqları oxuya bilərdilər. Həmin il 8 fevral təliqəsinə əsasən bu məktəbin cəmi 29 şagirdi vardı. Burada oxuyan uşaqların əksəriyyəti dövlət məmurlarının uşaqları idi. 28 nəfərdən 11 nəfəri bəy, dvoryan, knyaz uşaqları, 11 nəfər isə tacir və varlıların uşaqları idi. Yerli zümrələrdən olan azərbaycanlılar öz uşaqlarını bu məktəbə buraxmırdılar. Bunun da səbəbi o idi ki, bu məktəblərdə ana dili və Quran təlim olunmurdu. Azərbaycanlı uşaqların əksəriyyəti mədrəsələrdə oxuyurdular. Şəhərdə mollalar tərəfindən saxlanılan belə mədrəsələrin sayı 12-dən artıq deyildi. Bunlarda da 142 nəfər uşaq oxuyurdu. Təkcə Maştağa nahiyyəsində 23 mədrəsə vardı ki, burada təhsil alan şagirdlərin sayı 200 nəfərə yaxındı. Məscidlərin nəzdində olan bu mədrəsələrdə dərs deyən mollaların əksəriyyəti İrandan gəlmə idilər. Mədrəsələrin xərcini qismən məscidlər və qismən valideynlər ödəyirdi.
Davamı →
Davamı →