Intihar məktubu

Baş vermiş bu kədərli real hadisə,Azərbaycanın həm ən isti,həm də ən soyuq bölgəsi sayılacaq regionlarından birində olmuşdur.Hadisənin baş qəhrəmanı hərbi xidmətdə olan öksüz bir yeniyetmədir.Hərbi xidmətdə olan bu öksüz yeniyetmənin başına gəlmiş  psixoloji səhnəni oxumaq istəyənlərin gözlərində canlandırmamışdan,qəhrəmanımın hərbi xidmət dövrünə kimi yaşadığı,həm kədərli,həm də sevincli taleyini xatırlatmaq istərdim.

O,həyatınıın hələ təzə-təzə çağlayan,dərd-sər,problem deyilən şeylərin nə olduğunu tam mahiyyətində anlamadığı bir dövrdə,həyata yalnız nikbin gözlərlə baxdığı zamanda,dil açarkən səsləndirdiyi ilk söz olan ata kəlməsinin ünvanlandığı insanı geri dönməyəcək şərtilə itirdi.O,öz atasını son mənzilə köçürdü.Elə bir mənzilə ki,o mənzildən dünya durduqca bəşəriyyət mövcüd olduğu ilk dövrdən bu günədək hələ heç kim geri qayıtmamışdır.Yəqinki on dörd yaşlı bir uşağın bu yaşda öz atasını itirməsini öz həyatınızda yaşasanız bu hadisənin,bu anın hansı dərəcə də,dəhşətli bir proses olduğunu anlaya bilərsiniz.İndi əsas məsələ sizin bu prosesi öz xəyalınızda yaşayıb-yaşamamağınızda deyil.Əsas məsələ bu yaşda olan uşağın həmin anda keçirdiyi anları olduğu kimi canlandırmaqdır.

Bu isə,həddindən ziyadə çətin bir posesdir.Atasını itirdikdən sonra,uşağın həm özü bağlı,həm də atası ilə birgə xəyal etdiyi arzuları elə arzu olaraq,xəyal olaraq atasının son mənzilinə və onun balaca qəlbinin kədərli bir hissəsində çixilmaz tunelə qapandı.Elə bir tunelə ki,o tunelin nə əvvəlində,nə də sonunda kiçik işıq şüası görsənmirdi.

Atasınn vəfatından tam dörd il sonra,hər bir yeniyetmə oğlan kimi,o da ölkəsinə olan Vətən borcunu yerinə yetirmək üçün,hərbi xidmətə yollanmaq ərəfəsində idi.Hərbi xidmətə qədər olan bu dörd il ərzində(yəni on dörd yaşından sonrakı həyatı)atasının ölümündən sonra başsız qalmış ailəsinin,yəni anası və bacısının kiçik ailə qayğıları onun üzərinə düşmüşdü.Ailə,ailə başçısını itiridikdən sonra,çətinlik,problem,ac qalmaq,bir gözü tox bir gözü ac qalmağın nə olduğunu çox gözəl daddı.Bütün yükün öz üzərinə düşdüyünü çox gözəl anlayan o,məktəbə,təhsilə olan marağını da itiridi(Halbuki,onun gələcək təhsili ilə bağlı olaraq həm özünün,həm də atasının sabaha uzanan uğurlu planları vardı).Təhsil uğurunda şölə saçan marağının birdən-birə sönməsinin əsas səbəbi artan ailə qayğıları idisə,digər bir səbəbi də,gündən-günə artan “Ali təhsilli fəhlələrin sayı”idi.Sözün həqiqi mənasında onda olan maraq söndü və artan ailə problemlərinin qarşısını almaq üçün özünə iş tapmağa çalışırdı.Gec də olsa tapdı da(təbiiki buna iş demək olarsa).Heç olmasa evə əliboş gəlməmək üçün,ən azından hər axşam qapını döyüb evə daxil olanda əlində bir ədəd çörək olsun deyə,avtoyuma adlanan yerdə iş fəaliyyətinə başladı.Günün böyük hissəsi demək olarki,hansısa ondan bəlkə də heç yüksək dəyərə malik olmayan insanların(özü belə düşünürdü)maşınlarının yuyulmasına sərf olunurdu.Artan problemləri həll etmək üçün ciddi cəhtlə çabaladığı bir zamanda,pis vərdişlərdən olan siqaretə(axı hər kəs bu zəhrimardan qurtula bilmir)qurşandı.Axı həyat çox əzablı və əzazildir.O bizim təbiətimizə deyil,biz onun təbiətinə uyğunlaşmağa məcbur oluruq.Siqaretə qurşanmağının səbəblərindən biri onun düşüdüyü mühit,ətrafı,ünsiyyətdə,təmasda,daim münasibətdə olduğu insanlar idisə,əsas səbəb isə,vaxtsız gəlmiş ata itkisi idi.Demək olarkı,hər axşam işdən qayıdarkən gözü yaşlı anasının,solğun bənizli bacısının ağlamaqdan şişmiş gözlərini görmək ona dərin iztirab və çəkilməsi ağır olan yeniyetmə əzabi verirdi. Ölüm elə bir şey ki,istənilən yaşda olan insana özünün müxtəlif psixoloji keyfiyyəti ilə təsir edir.Bütün insanlar da rüşeym şəklində də olsa öz izini buraxmaq bacarığına malikdir.Əzablarla çarpışma şəraitində olan yeniyetmənin siqaretə qurşanmasını təbii hal kimi qəbul etmək lazımdır(Həm də bu onun öz həyatıdır.Gərək həyatını kefin istədiyi kimi yaşayasan).Çox zaman bu kimi hallarda hətta ən güclü iradə belə öz funksiyasın itirir.Beləliklə,bir-birinin ardınca gələn bu dörd il yavaş-yavaş yaxınlaşırdı.Artıq elə bir nöqtə də dayanmışdı ki,həmin nöqtə də onun xidmətə getmə gününə sayılı günlər qalırdı.Burada,bir şeyi qeyd etmək lazımdır ki,o,özü heç də bu xidmətə getmək arzusunda deyildi.Yox,yox,əsla o,xidmətdən nə qorxur,nə də çəkingənlik göstərirdi.Onun dərdi başqadır.Onun dərdi qoyub gedəcəyi anası və bacısının müvəqqəti də olsa başsız qalmasıdır.Daim öz içində belə olsa,tərəddüd edirdi.Sanki nədənsə bir işıq yolu gözləyirdi.Sanki düşünürdü ki,bu saat,bu dəqiqə,bu saniyə atası dirilib gələcək və onu gözü və fikirləri geridə qalmamaq şərtilə əsgəri xidmətə başı uca şəkildə yola salacaq.Axı o,hələ də,elə xəyal edirdi ki,nə zamansa bircə dəfə də olsa belə,atasını,elə bir insanı ki,körpə ikən qucağına alıb sevən,uşaqkən dizinin üstünə alıb oxşayan,ilk dərs gününə gedərkən saçını tumarlayıb cibinə məktəb xərcliyi qoyan o insan,o varlıq,o kişi,geri qayıdacaq.Amma əbəs yerə...Amma əbəs yerə o,çoxdan sönmüş çıraqdan işıq şöləsi gözləyirdi.Axı kim görmüş ki,vəfat etmiş bir insan xilqəti bir daha geri dönsün?!Heç bir zaman heç bir insan!.Nə edəsən ki,onun on səkkiz yaşı olsa belə,o kiçik ailə başçısı olsa belə,o artıq hərbi xidmətə getməyə layiq yeniyetmə olsa belə,onun ağlı,onun ürəyi hələ də on üç-on dörd yaşlarında,atasının sağ olduğu zamanda kimi,dərk və hiss edir.O,on səkkiz yaşlı körpədir.

Budur,o dediyim an gəlib çatdı.Sevimli ana və bacısı onu hərbi xidmətə yola salmaq üçün,dan yerinin daha yenicə sökülmüş anında yuxularına xaram qataraq oyanmışdılar.Onun yola düşməsinə isə,hələ ən azı iki saat qalmış olardı.Düzdür,bu o qədərdə böyük zaman olmasa da,nə edəsən ki,insan elə bir varlıq ki,yalnız ən çətin anında hər saniyənin qədrini bilmək istər.Elə bunu nəzərə alan ana və bacı,hər saniyənin itkiyə,yəni yuxuya sərf olunmasını istəmdiklərindən çox erkəndən durmuşdular.Bəlkə də,əsas səbəb heç bu yox,əslində oğul və qardaşdan ayrılmaq təhlükəsi,ayılıq kədəri,qarşısıalınmaz narahatçılıq idi.Kaş ana heç olmasa ikicə dəfə də olsa gecənin bir aləmində,o hər yerin lal və sükut çökən anında oğlu yatan otağa keçəydi.Bir dəfə keçmişdi ki,onda da oğlu guya yatırmış kimi gözlərini bağlamışdı.Sadəcə ona görə ki,anası bu son gecədə tədircin olmasın,narahatçılıq keçirməsin.Ana nə biləydi ki,oğlu balaca ikən etdiyi şirin yalanlardan birini edirdi.Bəlkə də,ananın əlində elə bir qüvvə olsaydı ki,oğlu yenidən körpə,balaca olsun,yenə də,o şirin yalanları etsin,həqiqət budur ki,bütün analar kimi o da,zamanı tamlıqla geri qaytarardı.Amma təbiiki əbəs yerə.Bunu bütün insanlıq müəyyən anlarında,hal və vəziyyətlərində istəsə də,amma heç bir zaman əldə edə bilmir.İnsanın belə bir qüvvəsi hələki qeyri mümkün görsənir. Artıq saat səhərin müəyyən ayazlığında öz tıqqıltısını vurur.Bizim əsas qəhrəmanmız olan o,yuxudan oyanmışdır(amma bəlkə də heç bir saat da olsun mürgüləməmişdi).Hər səhər olduğu kimi,evdəkilərlə salamlaşıb əl-üz yuyulması üçün nəzərdə tutulmuş məkana üz tutdu.Hətta salam verərkən belə,o,altı şişmiş gözlərini anasından yayındırmaq istədisə də,bu anadır o sevimlisinin hər hərəkətinə diqqət edər.Şişmiş gözləri görmək anaya daha bir əzab verdi.Oğlu səhərin müəyyən saatında özünün isti yatağından,ancaq anasının sərt və bu sərtlikdə də bir incəlik duyulan çağırışı ilə çox həvəssizcəsinə durmağa çalışırdı.Ana bir anlıq oğlunun hərbi hissə yataqlarından saat altı radələrində durmasını xəyal etdi və bu xəyal belə,ona dərin əzab bəxş etdi.Heç bir azərbaycanlı anası,övladının istər beş,istər on beş,istərsə də iyirmi beşi yaşında olsun,onun nəinki əziyyətini gözləri ilə görmək,heç təsəvvürünə belə gətirməsini istəməz.Bəlkə də,bu azərbaycanlı anasının daimi fədakarlığından irəli gəlir.Qoy mövzüdan yayınmaq insanları yormasın.Sadəcə ona görə ki,həqiqəti söyləmək ən əsas insanlığın borcudur.Oğul,əl-üz yuyulması vərdişinı bitirdikdən sonra,birbaş açılmış süfrə başına keçdi.Elə bu zaman,ana və bacı onunla olan son saatlarını daha dəyərli etmək üçün onu söhbətə tutdular.

— Oğul,bəlkə bu son saatlarda bizə demək istədiyin,deyə bilməyibdə qəlbində sirr saxladıdığın hər hansı söz var?Varsa de:həm sən rahatla,həm də bəlkə də biz sənə kömək edə bildik. (Verilmiş bu sual heç də bəs yerə deyildi.Belə ki,ana və bacı onun son günlərdə gözlərindən və üz mimikalarından nəsə çox ciddi bir sarsıntı keçirdiyini hiss etmişdilər)

— Hə qardaş,ana düz deyir,buyur demək istədiklərini indi söylə.Bəlkə də sonra,həm sənin üçün,həm də bizim üçün çox gec oldu. (O,dərindən ah çəkərək sözə başlamaq istədi)

---Ana,bacı,siz özünüz çox yaxşı bilirsiniz ki,ailəmizin başçısını(hər dəfə bu sözü istənilən insanın dilindən eşidəndə sanki ürəyinin çoxdan qırılmış telləri bir daha qırılırdı),yəni sənin həyat yoldaşın,mənim və bacımın  atası olan o qayğıkeş insanı itirdikdən sonra(bu zaman həm ananın,həm də qızın gözlərində yağış damlası göründü,amma onun gözləri də qəhərlə dolu olsa da,vaxtsız gəlmiş kişilik qüruru onun yağış damlalarını qəlbində həbs etdi),mənim sizdən gizlədiləcək nə bir sirrim,nə deməkdə utanacağım,nə də çəkinəcəyim sözüm olmuşdur(bu zaman ananın qəlbində sanki bir tel öz funksiyasını itirdi və onu narahatçılıq basdı).

---Oğul,deyəcəklərini tez de.Keçən hər bir saniyə bizim ayrılığımızın lehinə işləyir.

---Məni narahat edən səbəb,sadəcə hərbi xidmətə getdiyim gündən sonra sizin düşəcəyiniz vəziyyətdir.Hər gün yatmaq istəyibdə yata bilməməyimin səbəbi hərbixidmət qorxusu yox,getdiyim gündən sonrakı günlərdə sizin ağrılı,acılı çəkəcəyiniz günləriniz olacaq.Yenə mən evdə olanda azda olsa sizə,bacıma öz maddi mənəvi köməyimi göstərə bilirdim.Bəs gedəndən sonra,sizi bu köməklə kim və ya kimlər təmin edəcək?Kim və ya kimlər sizin qayğınızı çəkəcək?Kim və ya kimlər sizə mənim verdiyimin heç olmasa yarısını verə biləcək?

-Oğul........

-Sus.Xahiş edirəm sus anam.Heç bir cavab verməyə çalışma.Verəcəyin cavabda onsuzda mənə bəllidir.İstəyirsinizsə mənim sizə ünvanladığım sualların cavabını da özüm cavablandırım?!Ana,yadına gəlirmi atamın sağ olduğu günlər?(Öz-özünə bir anlıq da olsa dayanıb verdiyi sual ətrafında düşündü.Mən necə də yersiz bir sual verdim.Əlbəttə anamın yadındadır.Mən atamın on dörd ilinə şahidlik etdimsə və bu qədər geniş xatirlərə mailkəmsə,onda bax gör bütün ömrünü onunla,yəni atamla başa vurmağa söz vermiş anamın necə bir xatirə dəryası var)

-Oğul...(damlalar gözlərə qonaq gəlməyə başladı).Əlbəttə oğul.

-O zamanlar ki,atama görə bizi sayıb gələn tanışların sayı gündən-gündən artırdı.O zamankı,atam dünyasını dəyişdi,həm atam getdi,həm də ona görə bizi də sayıb gələn tanışlar getdi.Bəli,indi baxın nə bir gələn,nə də heç olmasa hal-əhval tutmaq üçün zəng edənimiz yoxdur.Mən gedəndən sonra da,heç kim,amma heç kim yenə də bu qapını nə döyəcək,nə də içəri girmək üçün dəvət gözləyəcək..Bax,ana,bax məni günlərdir əzaba düçar edən,məni özümlə tək buraxaraq daxilədən məhv etmək istəyən budur.

-Oğul,sənin halın çox pis görsənir.Bəlkə xəstələnmisən?Bəlkə həkim dəvət edək?Hər şey(lənət şeytana)cəhənnəmə olsun.Gəlirlər gəlsinlər,gəlmirlər də özləri və öz vicdanları bilər.Bizim Allahımız var(Sankı Allahımız deyərkən özü də dediyinə inanmadı.Axı çox zaman ərinin ölümünə görə günahkar tapa bilmədikdə bütün günahlara səbəb kimi Allahı sanırdı və öz hayqırtısını da ona ünvanlayırdı) ki,o bizə kömək duracaq.Ürəyini sıxma mənim mələk gözlü oğlum.

-Ana,nə xəstələnməyi(bu sözü deyəndə onu gülmək tutdu),nə həkimi.Mən özümü çox yaxşı edirəm.Siz yaxşısı çay süzün içim(gülümsəyir) (oğlunun dodaqlarında təbəəssüm görmək sanki anaya bütün dünyanı vermiş kimi oldu) Eşitdiyimə görə hərbinin çayı anaların sevimli oğullarına dəmlədikləri çaylar qədər ətirli olmur.Buyur süz içim,bəlkə də bu sizin əlinizdən alıb içdiyim son çay olacaq!(Hər şeyin belə tələsik cəryan etdiyi zamanda oğlun dediyi son sözlər nə ana,nə də bacı üçün heç də qəribə gəlmədi.Onlar bunu adi bir söz kimi qəbul etdilər.Amma zaman gələcək və onlar bu anı xatırladıqda necə bir səf etdiklərini dərk edəcəklər)

(Üzündə təbəəssüm gülləri açsa da həm gözləri,həm də,qəlbi üzü kimi sevincli deyildi.Axı nə də olsa sevimli balası il yarım da olsa onda ayrı düşəcəkdi)-Oğul,təki sənin məndən istədiyin çay olsun.Sən istə mən sənin üçün bax bu quru cismimi də təhvil verməyə hazıram.

-Yox,ana,yox.Xahiş edirəm belə sözlər deyibdə mənim bu kövrək qəlbimi bir daha sındırma(birinci dəfə təbiiki onun on dörd yaşı olarkən atasının vəfatından sonra olmuşdu).Mənə sənin ölümün yox,varlığın lazımdır.Həm mənə,həm də gedərək yanında buraxdığım bacıma,yalnız varlığın bəs edər.

Başlarının həm şirin,həm də qəmli cümlələrlə dolu olan söhbətə qarışdığını unutduqlarından,saatın əqrəbinin onun hərbi xidmətə getmə vaxtına çox az qaldığını yaddan çıxartmışdılar.Yaxşı ki,bu zaman onu hərbi idarəyə qədər yola salacağına dünəndən söz vermiş qonşu qapını döydü.Qapının döyülməsi ilə,ananın instiktiv olaraq gözlərinin divardan asılmış saata zillənməsi eyni anda baş verdi.

-Aman Allah,diyəsən,ayrılıq vaxtına sayılı dəqiqələr qalmışdır.

-Bəli,ana(bacı dilləndi),diyəsən ayrılıq vaxtı öz kölgəsini bizim də evə sala bildi.

Birdən çöl qapıdan qonşunun onları səslədiyini eşitdilər.

-Artıq yola düşmək vaxtıdır.Artıq ayrılıq vaxtıdır(o ayrılıq kəlməsini elə səsləndirdi ki,sanki il yarımlıq hərbi xidmət ayrılığı yox,gedibdə geridönməsi mümükün olmayan məzara yola düşürdü).Ana,bacı,gəlin sonuncu dəfə bir-birimizə sarılaq,elə sarılaq ki,sankı illərin ayrılığını indidən hiss etmiş kimi olsun(nədənsə bu sonuncu cümlə anaya çox pis təsir etdi və onun gözlərinə kədər kölgəsi çökdü).Ana,xahiş edirəm ki,kədərlənməyəsiniz.İstəyirəm ki,bu sonuncu dəqiqələrim yaddaşıma həm gözlərinizin,həm də çöhrənizin gülüşlərə qərq olmuş vəziyyətdə həkk olunsun.

-Əlbəttə,oğlum,əlbəttə.Mən heç ağlamırdım ki,bu sadəcə oğlunun böyüyüb hərbi xidmətə getmə anını görən ananın sevinc göz damlasıdır.Sən anaya fikir vermə,bütün analar bu anı yaşamaq üçün ömrünü qurban verməyə hazırdır.Get...Get yolun uğurlu olsun.Gözlərin və fikirlərin arxada qalmasın.Biz başımızın çarəsinə qalmağı bacararıq.

Yenidən eşidilən qonşunun səsi onları yenə də ayrılıq nəğməsi tək kədərli olan ayrılıq söhbətindən ayırdı.

Onlar sonuncu dəfə görüşüb,bir-birinə xeyirli günlər arzusu ilə aralarındakı gedilən məsafəni uzatdılar.Demək olarkı,bütün Azərbaycan millətinin adətinə çevrilmiş olan gedilənin arxasınca su atma mərasimi bu ailədən də yan keçmədi.Ana əlində bir qab su,ürəyində etdiyi arzular və uzağa zillənmiş kədərli nəzərləri ilə ayrılığa son qoydu.

Yol boyu oğlan və qonşu bir çox mövzudan xeyli söhbət etsələr də,bu söhbətlərin içində bir mövzu daha çox yadda qalan idi.Bu söhbətin  mahiyyətinin nədən ibarət olduğunu üç-dörd

cümlə ilə qeyd etmək istərdim.

“Qonşu,sizdən xahiş edirəm ki,mənim hərbi xidmətdə olduğum il yarımlıq və ya daha uzun müddətdə arxada qoyub gəldiyim yaxınlarıma da daim öz nəzərlərini yetirəsən.Sizdən rica edirəm ki,onları öz nəzər nöqtənizdən kənar buraxmayın.Mənim sizdən başqa inanacağım heç bir yaxınım yoxdur.Əvvəl var idisə də,onlar mənim yox,atamın pulunun yaxını idi.Atam vəfat etdiyi kimi,onunla bağlı olan madiyyat və bu madiyyata şirinikləşərək yaxın gələn ikiüzlü tülkülər də “vəfat”etdi.-Nə qədər ki,mənim cismimdə ruhum qanad çalır,bax ona qədər sənin anan mənim bacım,bacın isə,mənim qızım kimi olaraq qalacaq.Mən mən edilən əmanətə xəyanət edən oğullardan deyiləm(Diyəsən burada qonşu özünü tərifləməyi də unutmadı.Bu insanın xarekteri ilə bağlı olduğundan özünü tərifləmə üçün məkan bir o qədər də,önəm daşımır).Get yolun açıq,gözün isə,ailənin yanında qalmasın.Onların mənim kimi,qonşuları var.Xudhafiz”

Artıq qonşu ilə olan söhbətlərdən və ailəsi ilə,sanki ağır hüzn çökmüş kimi olan ayrılıq səhnəsindən bir həftə keçmişdir.O,artıq bir gənc əsgərdir.Və hərbi xidmətin çətinliklərinə sinə gəlməyə çalışırdı.Bu çətinliklər onun üçün nə idi ki!?O,bu çətinliklərlə hələ on dörd yaşından başlayaraq tanış olmuş və nə qədər çətin olsa da dözərək buna  alışmışdı.Axı onu bu çətinliklərə dözməyə vadar edən şəxsi maraq və istəyi yox,qəfil gəlmiş atasının əcəl zəngi idi?!

Hərbi xidmətə gəldiyi günün axşamı nə bir insanla bir kəlmə belə olsun(öz istəyi ilə təbiiki) danışdı,nə də bir saat belə olsun gözlərinə yuxu getdi.Yatmamağından istifadə edərək, (komandirin səhər əmrinədək)demək olarkı geridə qoyub gəldiyi anasını,bacısını və yolboyu qonşusu ilə olan söhbətini düşündü.Və gecənin müdhiş sakitliyini,daxilindəki qarşısıalınmaz narahatçılıqla əvəz edərək başa vurdu.

Beləliklə,günlər bir-birini qovaraq tam qırxıncı günə çatdırdı.Azərbaycan dövlətinin hərbi xidmətində olan hər bir şəxs çox yaxşı bilir ki,hərbi xidmətin tam qırxıncı günü And içmə günü kimi qeyd olunur.Həmin gün,bütün gənc əsgərlər Vətəninə,ölkəsinə,dövlətinə layiqli əsgər olacağına dair and içirlər.Bu mərasimdə bir çox əsgərlərin valideynləri övladlarını bu məsuliyyətli gündə tək buraxmamaq üçün hərbi hissəyə təşrif buyururlar.

Artıq bizə məlum olduğu kimi,təqvimə uyğun olaraq hərbi xidmətin qırxıncı günü idi və qəhrəmanımızın da aid olduğu hərbi hissədə təmtəraqlı And içmə mərasimi keçiriləcəkdi.Onunla birgə xidmət çəkən əsgər yoldaşlarının çoxunun valideynləri,bu törəni qaçırmamaq və sevinərək yola saldıqları(bəziləri isə,bunun sadəcə dövlətin qanunu olduğu üçün,öz övladlarını hərbi xidmətə yola salarlar)övladlarını tək buraxmamaq üçün təşrif buyurmuşdular.Atası olanın atası,anası olanın isə,anası gəlmişdi.Amma onun bu törəninə heç kim təşrif buyurmamışdı.Axı kimdə gələ bilərdi ki?!Atasımı?Axı atası hələ onun on dörd yaşı olarkən vəfat etmişdi.Anasımı yoxsa bacısımı?Axı anası və bacısı(o hərbi xidmətə gedəndən sonra)bir qarın çörəyi və adicə sup adlanan xörəyi tapanda bir çox dəfə əllərini göyə qaldırıb gözə görünməzə öz təşəkkürlərini bildirirdilər.Onların o qədər artıq pulları harda idi ki,onun hələ And içmə mərasiminə də gələ bilsinlər.Hərdən poçt vasitəsilə göndərdikləri məktubda öz dərdlərini gizlətməyə çalışsalar da,amma onu aldatmaq onların düşündüyü qədər də asan məsələ deyildi.O,çox yaxşı bilirdi ki,bütün bunlar sadəcə onun narahatçılığına daha bir narahatçılığın əlavə olunmaması ilə bağlı idi.O,heç onları qınamırdı da.Heç qınaya da bilməzdi.Heç kim nə ona,nə də başqa birisinə belə bir haqqı vermirdi.Çox yaxşı bilirdi ki,onlar kimi,həyat sürən ailələrin çoxunda bu proses yaşanır.Onlarında valideynləri dərdlərini içlərində çəkər,övladlarının gözləri önündə isə,yalnız güləruz çöhrələrindən ibarət təsuratın yaşanmasını istərlər.Yalnız özündə yaşamaq və ölmək anlayışlarını daşıyan bu fani həyatda,yaradandan sonra,yaratmağı bacaran ikinci bir varlıq yalnız Analardır.Onların üz quruluşlarında ilk yaradanın bütün yaradıclığının ən ülvi,ən heyrətamiz,ən zərif,ən mükəmməl cizgilərini görmək mümkündür.Onlar ən az sevdikləri qədər,sevilməyə layiq varlıqlardır.

Budur,And içmə törəni başlandı.Bütün valideynlərin üzündə bir kədər və bu kədərin arxasında gizlənmiş sevinc anları yaşanırdı.Onların gözləri,övladlarının ağızlarından çıxan hər bir kəlməyə zillənmişdi.Sanki bu dəqiqələrdə hər bir valideyninin gözləri önünüdə ,onların oğlanları-bir İsgəndər,bir Napaleon,bir Babək kimi,sərkərdə olmuş və-dünyaya hakim kəsilmiş formada canlanır.Sanki bu gün bütün dünyanın əşrəfi onlardır.Bəs görəsən bu gözlərin içində iki artıq göz tapmaq olardımı ki,o gözlər də eyni sevinclə bizim qəhrəmanımızın qəmli qəlbindən süzülərək dodaqlara çökən sözlərinə dikəlsin?Yox...Yoxdur bu fani dünyamızda elə bir artıq iki gözki,onun ağzından çıxan hər bir sözə bənd ola bilsin.Axı nədir on səkkiz yaş?Axı niyə o,bu yaşda bu qədər ağır faciənin altına girməli(mən bütün məsuliyyətimlə bunu faciə adlandırardım)?Nədən axı?Axı oda digər yoldaşları kimi,onun hər bir sözünə bənd olacaq iki gözə möhtac.Axı oda buna layiq yeniyetmə.İnanın bu yaşda yaşanılmış istənilən faciə ömrün bütün çağlarında unudulmaz.Heç bir zaman,heç bir əsasla unudula bilməz.O,bu faciəni həyatının elə bir yaşında yaşadı ki,bu yaşda yaşanılmış çox şey yaddaşdan silinməz(Xatırlatmaq yerinə düşərdi ki,o,belə bir faciəni ilk dəfə hələ həyatının yenicə parlayan çağlarında,yəni atasını itirəndə yaşamışdı).

And içmə mərasimi bitdi və əsgərlərə azad komandası əmri komandirin ağzından çıxan kimi,bütün əsgərlər-balaca cücələrin öz anasının qaqqıltı səsilə ona cumduğu kimi,valideynlərinin üstünə cumdular.Bəs o,kimin üstünə cumallı idi?Kimi var idi ki,qollarnı açaraq cuma da bilsin.Heç kimi...O,sadəcə olaraq sakitcə,səbr və yüksək təmkin göstərə-göstərə çox da uzaq olmayan hərbi hissənin divarına öz ağırlığını dayamaq üçün addımladı(onsuzda bura gəldiyi qırx gün ərzində onun tək,sadiq dostu var idisə də,oda danışlanlara cavab verməyi bacarmayan,dili,ağzı olmayan bu lal hərbi hissə divarları idi).Bir tərəfdə qucaqlaşaraq sevinc göz yaşları töküldüyü halda,digər tərəfdə isə,divara söykənərək dodağında siqaret,sevincdən əsər əlamət olmayan kədər göz yaşı tökən öksüz yeniyetmə var idi.Bəli o,qürüruna məğlub olaraq(amma bura gəldiyi ilk gündən özünə söz vermişdi ki,heç bir zaman ağlamayacaq)hıçqırtı belə çəkmədən,göz yağışı axıdırdı.Ağlamaq bəzən insanı ən yüksək nöqtəyə,bəzən isə,əksinə o nöqtədən yerə çırpar.Amma ağlamaq da insana məxsus keyfiyyət olduğundan,qəlbin qara dumanları bir yerə toplaşan zaman gözlər vasitəsilə o dumanların yağışını axıtmalısan.O,bəli ağlamağı bacarırdı.İlk dəfə belə bir göz yağışını on dörd yaşında ikən,məlum məsələ ilə bağlı,axıtmışdı. İndi ki,göz yağışı isə,sanki ailəsindən ayrı qalmağın qırx günü ilə bağlı,həsrət nəğməsi tək kədərli olan notlar kimi,düzülmüş damlalar idi(Yaxşı ki,bu səhnəni anasının görmək şansı yox idi.Görsə məlum məsələ idi ki,onsuzda darmadağın olmuş qəlbi tab gətirməz və öz funksiyasını dayandırardı).

O,hərbi xidmətdə olduğu qırx gün müddətində evlərinə ona yaxın məktub yazmış,elə bir o qədərin də qəbul etmişdi.Bu məktubların demək olarkı hər birində yazılanlar isə,bir-birinə çox oxşayırdı.Amma onun evlərinə göndərdiyi sonuncu məktubla And içmə mərasimindən sonra,göndərdiyi məktub arasındakı zaman məsafəsi çox qısa oldu.And içmə mərasimindən sonra göndəriləcək məktubda daha çox mərasimin necə keçməsi ilə bağlı təsvirlər yer almalı idisə(evlərindən ona gələn sonuncu məktubda anasının şəxsi istəyi belə idi),amma məktubu açıb oxuyan zaman tamam başqa bir mənzərə ilə qarşılanmış olundu.Bu məktub isə,sadəcə olaraq ondan ailəsinə göndərdiyi və sonuncu sayılacaq “İntihar”məktubu idi.Məktubu açarkən mərkəzi başda yazılmış elə ilk sözdə intiharı xatırladan Əlvida idi.İstərdim ki,bir yeniyetmənin intihar etməmişdən əvvəl,yazdığı bu məktubun hər bir cümləsini,heç bir düzəliş etmədən sizlərə çatdırım.Demək məktub aşağıdakı kimi yazılmışdı:

“Salam əziz və mənimlə son mehribanlıqlarını yaşayan ailəm.Salam,üzündə güllər açan,amma daim qəlbində dağ boyda,çəkilməsi mümkün olmayan dərdi daşıyan anam(təbiiki bunları mən və bacımın bilməməsi üçün edirdi,amma mən bunun sadəcə bizi aldatmaq üçün edilmiş bir yalan olduğunu bilirdim).Salam atamın,anamın daim nazlı balam deyə çağırdıqları tək qızı,mənim saf qəlbli,təmiz ürəkli,gülərüz bacım.Bu mənim sizə yazdığım son məktub və bu məktubda qeyd olunan isə,son salam kəlməmdir(sonuncu cümlədən sonra,ananın halı dəyişsə də sonda özünü güclə toparlayıb davamını oxudu).

Mən bu həyatdan,bu çəkilməz dərdlərə malik,əzablı,kasıbına düşmən,varlısına dost olan dünyadan,(o dünyadan ki,atamın mənimlə birgə yaşamağıma on dörd il imkan,mənim sizinlə birgə yaşamağıma isə tam on səkkiz il fürsət tanıya bildi),bax belə bir keyfiyyyətlərə malik dünyadan getməyə qərar vermişəm(anası bu cümləni də oxuduqda ürəyindən bu sözləri keçirtdi:qara gözlüm nə olar məni də getydiyin yerə götür?!).Mən qaranlıq tək zülmət qoxusu verən,aləmdən bezdim.Məni on dörd il müddətində həyata bağlayan yeganə səbəb atam idisə,onun ölümündən sonra,yaşadığım dörd ilimə səbəb isə,siz və bacım oldunuz.Düşünməyin ki,özümü öldürəcəyimə səbəb hərbi xidmətin günü-gündən artan çəkilməz əzablarıdır.Yox əsla.Bu belə deyildir.Əslində mən bu qərara ilk dəfə hələ on dörd yaşımda gəlmişdim.Sadəcə olaraq sizə və bacıma olan hörmət,sayğı,sizlər qarşısında daşıdığım vicdan əzabı və ən əsasda sizlərə olan sonsuz sevgidən bunu həmin zaman etməməyə qərar verdim.Gözlədim və əsl məqamın məhz hərbi xidmət olduğu qənaətinə gəldim.Sizi tək buraxıb getdiyimə görə də məni qınamayın.Bu mənim həyatım və istərdim ki,heç olmasa həyatımın bir günündə belə olsa,özüm kimi olum və istəklərimi özüm istədiyim kimi yerinə yetirə bilim.Bəlkə də,mənim yaşımda olan çox yeniyetmənin bu yaşdakı arzuları mənim arzularımla tam əkslik təşkil edir.Amma buna baxmayaraq bu mənim arzu və istəyim.Və çox istərdim ki,hər bir kəs mənim bu istəyimə hörmət və sayğı ilə yanaşardı.Mən sadəcə olaraq bu həyatı,həyatın özünü belə,özlərinin arzu və istəklərindən çox istəyənlərə buraxıb gedirəm.Qoy bu fani həyat onların şəxsi istəklərini yox,öz istədiklərini onların başına gətirsin.Mən həyatı məğlub yox,öz iradəm sayəsində ona qalıb gələrək gedirəm.Yaşımın az olmasına baxmayaraq,bu zalım həyatın çox üzünü gördüm və sadəcə olaraq indi də həyatın ən müdhiş anı olan,hər bir başlanğıcın sonu olduğu kimi,onun da sonu olan ölümün dadını dadmaq istəyirəm(ana hələdə elə bil anadangəlmə lal insanlar kimi,sadəcə gözlərini hərflərin üzərində gəzdirirdi.sanki o danışmayan buz hekələ bənzəyirdi).Və mənim bu nemətin dadını duymağıma heç bir kəs maneə ola bilməyəcək.Xahiş edirəm ki,mənim ölümümdən sonra,heç bir göz yaşı tökməyəsiniz.Əgər ağlamaq gedəni geri qaytarmaq gücünə malik ola bilsə idi,yəqin atam çoxdan məzardan qalxar və bizi onsuz qoymazdı.Çox təssüf ki,həyatın elə bir qanunu yoxki,vəfat edənlər bir daha geri dönə bilmək şansı əldə edə bilsinlər.Ölüm dərk etdiyimiz dünyanın inkişafının son nöqtəsidir.İnkişafın geridönməzliyi prinspi özünü burada da göstərə bilməkdədir(məktubu oxuduqca ananın gözlərindən -buz heykəlin günəşin şüalarının təsiri ilə sularından qurtulması kimi,damlalar axmaqda idi.). Xahiş edirəm,ana,nə olar bacı,heç bir zaman məni atacağım addıma görə qınamayın.Mənim sizdən istədiyim son diləyim budur.Əlvida.Əlvida hər birinizə.”

Məktubu bağlayan ana dərindən ah çəkərək(onun yerində dağ olsa idi,bəlkə də parçalana bilərdi) qeyri-şüuri olaraq birbaş qonşularının evlərinə cumdu.Qapını açıq görən kimi,ev əhlinə heç bir söz demədən birbaş telefonun dəstəyindən yapışdı.Oğlunun qulluq etdiyi hərbi hissənin nömrəsini yığdı.Telefonun dəstəyinin qarşı tərəfdən qaldırılması ilə,ana tərəfdən soyuqqanlı şəkildə verilən informasiya arasında heç saniyə belə keçmədi.Komandir xəbəri alan kimi,əmrə daim müntəzir dayanmış iki əsgərin öksüz yeniyetmənin daim oluğu otağa yollanması bir anda baş verdi.Əsgərlər otağa girən zamanı artıq hər şeyin gec olduğunu anladılar.Belə ki,o,həmişə belinə taxdığı kəmirini bu səfər belinə yox,boğazına taxmışdı.Kəmərin bir ucunu tavandakı yerlə paralel istiqamətdə olan uzun taxtalardan birinə,digər bir ucunu isə,boynu ölçüsündə düzəldərək boğazından asmışdı.Əsgərlər buz tək onun müdhiş cəsədinin qarşısında fərəqətdə dayanmışdılar.Otağa sanki lal sükut çökmüşdü.Hətta əsgərlər tərəfindən xırda-xırda alınıb-verilən nəfəsin belə səsi eşidilmirdi.Bu lal sükutda onun cəsədi isə,sağlığında oluğu kimi,çox qürurlu görsənirdi.O,həyatının son missiyasını,yəni ölümünü də beləcə yarımçıq qoymadan  yerinə yetirdi.

Onun intihar etməmişdən bir az əvvəl,dediyi son sözlər isə bu olmuşdu:” Əlvida anam,əlvida bacım,əlvida son anlarımın şahidi stol,əlvida doğulduğum Vətən adlanan torpaq,əlvida basdırılacağım torpaq.Xoş gördük səni soyuq torpaq altında yatan atam.Sən mənə doğru gələ bilməsən də,bax mən sənə doğru gəlməyi bacarıram.Baqışla ki,səni mənsiz dörd il gözlətdim.Baqışla ki,sənə qovuşma anımı bu qədər gecikdirdim.Baqışla.Baqışla.Baqışla...!”

Artıq onun ölümündən qırx gün keçmişdir.Bu gün onun ölümü şərəfinə yas mərasimi də təşkil olunmuş,baş sağlığına gəlmiş insanların isə,hər biri öz evinə də dağılışıb getmişdi.Mərasimdən sonra,evdə tənha qalan ana və qız heç bir söz demədən,sadəcə bir-birinin gözünün içinə baxırdılar.Sanki hər bir sirrin açarı bu gözlərdə gizlənmişdi.Birdən ananın yadına bir hadisə düşdü.Bu hadisə oğlunun hərbi xidmətə gedəcəyi günün səhərisi,hər üçünün süfrə başına toplaşaraq söhbətləşdiyi zaman baş vermişdi.Belə ki,həmin zaman oğlu anasına açıq şəkildə olmasa da,bir gün intihar edəcəyinə dair cümlə işlətmişdi.Ancaq çox gümankı həmin günün təlaşı ucbatından,ana bu cümlənin həqiqiliyini dərk edə bilməmişdi.Lakin indi hər şey onun gözləri önünüdən,sanki bir film lenti kimi keçdi.Həmin gün oğlu anası ilə söhbətində özlüyündə çox sadə görünən,amma indi düşünəndə əsl həqiqətin məhz onda yatdığı bir cümlə söyləmişdi.O cümlə isə,belə idi:Ana,mənə bir stəkan çay süz içim.Bəlkə də,bu bir stəkan çay,mənim sənin əlindən alaraq içdiyim son stəkan çay olacaq..

                                                                             Son.

                                                                    Behbudov Beyrək

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

0 şərh