Рейтинг
+60.64

Biologiya

44 üzv, 122 topik

Bitki hüceyrələri

Çiçəkli bitkilərin bütün orqanları hüceyrədən təşkil olunmuşdur. Hüceyrə orqanizmin ən kiçik bioloji vahididir. Onlar ölçülərinə, formalarına görə müxtəlifdir. Pambıq və kətan lifi hüceyrələri uzunsovdur, onların uzunluğu 4 sm-dən artıqdır. Bu hüceyrələri adi gözlə görmək mümkündür.
Bitki hüceyrələri, adətən, çox kİçİkdir. Onları adi gözlə deyil, ancaq böyüdücü cihazlarla görmək olar.
Hüceyrələr kürəvarı, oval, uzunsov, dördkünclü, çoxkünclü, ulduzşəkilli, şaxələnmiş və i.a. formada olur. Biz hüceyrənin quruluşunu soğan dəriciyindən hazırlanmış preparata mikroskopla baxdıqda görə bilərik. Bu hüceyrələr uzunsov olub bir-birinə yaxın və sıx yerləşir. Onlar içərisi selikli maddə ilə dolu xırda qovuqcuğu və ya kisəciyi xatırladır.


Ardı →

Biologiya canlılar haqqında elmdir

Biologiya yunanca «bios»- həyat, «loqos» — elm deməkdir. Biologiya — Yer üzərində yaşayan canlılar haqqında elmdir. Planetimizdə yaşayan canlılar olduqca müxtəlifdir. Gözlə görünməyən ən xırda orqanizmlərdən başlamis bütün bitkilər, heyvanlar və insan calılara aiddir. Bütün canlı orqanizmlər bitkilərə, heyvanlara və onlar arasında keçid təşkil edən göbələklər, bakteriyalar və digər canlılar qrupuna bölünur. Heyvanlarla bitkilər arasında keçid təşkil edən canlılarda həm heyvanlara, həm də bitkilərə xas olan əlamətlər olur.
Bitkilər haqqında olan elm — botanika, biologiya elminin bir bölməsidir. Bu elmin adı yunanca «botane» sözündən götürülmüşdür KI, bu da «göyərti», «ot», «bitki» deməkdir.
Ardı →