Metonimiya və metafora..

Reportyor natiqlik sənətinə xas olan priyomlardan istifadə etməyi bacarmalıdır və bunları televiziya janrlarında tətbiq etməyi öyrənməlidir.
Metonimiya – bütövün fraqmentidir. Çox cəhətlərə görə televiziya sujetində biz hadisələrin ancaq ayrı-ayrı epizodlarını göstərə bilirik və bunların köməyi ilə tamaşaçıda bütöv haqqında təsəvvür yaranmalıdır.

Kadrlar və səs tamaşaçıya baş verənləri təsəvvür etməkdə yardımcı olur. Kino və televiziya tamaşaçıya kadrların dilini yozmağı öyrətməlidir. Biz barmaqları tufəngin tətiyində iri planda göstərərkən tamaşaçını başa salırıq ki, bu əl kadrda özünü göstərmədiyimiz atıcının əlidir. Əgər əlində ağ qızıl gullər tutan kişi narahat halda saatına baxırsa, kadr arxasında isə muxtəlif dillərdə danışan adamların səsi gəlirsə və radio təyyarənin endiyini xəbər verirsə, deməli, kişi təyyarə meydanında öz sevgilisini qarşılayır.

Metonimiya televiziya dramaturgiyasında güclü ifadə forması ola bilər.

İsveç operatoru Dan Yoma 1989-cu ildə milad bayramı ərəfəsində rumın əsgərlərinin sərhəddə «Rumıniya Sosialist Respublikasına xoş gəlmisiniz!» lövhəsini necə sökdüklərini çəkə bilmişdir. Bu lövhənin arxasında isə «Farevell» yazılmışdır. Dan Yomanın çəkdiyi digər reportajda Moskvanın günəşli yaz günlərindən birində kimsəsiz itin avtomobil axınına qarşı necə qaçdığı gostərilir. Bu kadrlarda operator yenidənqurma prosesinin ziddiyyətlərini və köklərini gostərməyə nail olmuşdur.

Metafora anlayışın obrazlı ifadəsidir. Qum saatları həyatın faniliyini simvolizə edir. Metafora şairin silahıdır və bundan televiziya jurnalistikasında uğurla istifadə etmək olar. Kimsə qurd kimi acdır, eşşək kimi tərsdir və ya bayquş kimi mudrikdir – bunları vizual gostərmək olar. Titrəyən əlin butılkanı həyəcanla sıxmasını sosial siyasətin simvolu kimi gostərmək mümkündür. İsveç reportyorları solmuş qızılgülü elektoratın sosial-demokratlara olan rəğbətinin itirilməsindən bəhs edən sujetlərdə göstərirlər.


Erik Fichtelius — «Jurnalistikanın 10 qızıl qaydası» kitabından.
Tərcümə: Hacı Hacıyev, Ramiz Əsgər
 

6 şərh

niqulya
Postun adını dəyişin,metonimiya edin:)
IDEAL
Maraqlı kitabdı. Jurnalistlər üçün əlifbadır demək olar. Qısa konkret çox faydalı məsəhətlər var içində. Bir sözlə bu kitabı çox bəyənmişəm bu səbəbdən bu yazını bəyənməməyim mümkün deyil.
bloqçu
Həqiqətən də maraqlı kitabdır. Həm də rahat. Elə kitablar olur ki, yazı tərzi o qədər qəliz olur ki, içindəkiləri başa düşmək bəzən çətin olur. Burda isə hər şey qısa-konkret və rahat bir tərzdə izah olunur. Mənə də maraqlı gəldiyindən düşündüm ki, paylaşım.
bloqçu
Niqulya, postun adı yazının özündəki ad necə idisə elə də qoydum.

Westsider, o hərf isə bilməməyimdən deyil, sadəcə bir səhvdir. Fikir verildisə başqa yerlərdə «metafora» yazmışam. Addakı səhvi isə indi düzəldəcəm. Bəzən, o qədər diqqətsiz oluram ki, səhvlərim olduğu kimi qalır.
Westsider
Bilirəm ki, mexaniki səhvdir)) Mən göründüyüm qədər tiran deyiləm)))

Metonİmiyanı da düzəldin zəhmət olmasa, niqulya dediyi kimi))