Рейтинг
+33.49

Bürclər və onların xüsusiyyətləri

23 üzv, 79 topik

Bürclərin uğurlu rəngləri

Zehninizi və ruhunuzu sakitləşdirməyin bir çox üsulları var. Amma ən asan üsul bürcünə uyğun olan rəngi tapmaqdır. Belə ki, bu rənglər həmin bürcün sahibinə uğur gətirir, həm də əhvalını qaldırır. 

Qoç bürcü - Aktiv insanları qırmızı rəng təmsil edir. Qoç bürcü də aktiv olduğu üçün qırmızı birbaşa onların uğur və şans simvoludur. Dinamikanı ifadə edən qırmızı eyni zamanda qərarlı insan olduğunuzu da bildirir.

Buğa bürcü — Qəhvəyi realistlərin rəngidir. Buğaların da ən uğurlu rəngi qəhvəyidir. Torpaq rəngi olan qəhvəyi əsasən iş görüşlərində və özəl günlərdə bacarıqlı insanların gücünü simvolizə edir.


Ardı →

Bürclərin fobiyaları

Qoç – məqsədlərinin olmamağıdan və ya mövzu tapa bilməmək qorxusu yaşayır.

Buğa – rahatlıq tapmamaq və ya dava-dalaşdan çox qorxur.

Əkizlər – niqt qabiliyyətini itirməkdən çox qorxurlar.

Xərçəng – başına bir bəla gəlməyindən çox qorxur.

Şir – onu dəstəkləyən birinin olmamasından qorxuya düşür. 

Qız – xəstələnmək qorxusundan xilas ola bilmir. 

Tərəzi – məşhur olmaq istəyir və tanınmamaqdan çox qorxur.
Ardı →

Bürclər | Kim harada yaşamalıdır?

Sən demə, iqamət dəyişikliyi ilə həyatı dəyişmək mümkün imiş. Bakıda sıradan bir vətəndaş ikən Amerikada rok starı ola bilər və ya evini dəyişməklə həyatını da dəyişə bilərmişsən. 

QOÇ — isti iqlimə sahib olan şəhərlər bu bürcün nümayəndələri üçün uyğundur. Yaşayacaqları bölgədə açıq hava idman zallarının olması vacibdir: Misir, Yunanıstan. 

BUĞA — yer dəyişikliyini sevmir. Bu fikrə düşmək üçünsə gərək uzun-uzadı düşünsünlər. Bitki örtüyünün və suyun bol olduğu liman şəhərləri onlar üçün uyğundur: Argentina, Afrika, Norveç, Yaponiya.

ƏKİZLƏR — onlar  cansıxıcı olmayan şəhərləri tərcih etməlidirlər. Gün içində yeni insanlarla tanış olmaq, turlara çıxmaq ən sevdikləri məşğuliyyətdir: Misir, Norveç, İtaliya, Finlandiya. 

XƏRÇƏNG — özünü harada təhlükəsiz hiss edirsə, orada da xoşbəxt olur. Yaşadıqları yerləri məcburiyyət qarşısında qalmasalar, dəyişməzlər. Uyum və öyrənmə istedadları vardır. Nəmli, sulu, inancları güclü olan insanların yaşadıqları şəhərləri seçərlər: Baham adaları, Rumıniya, özəlliklə də Amerika.

ŞİR — teatr, film, animasiyaları çox sevir. Bir çox Şirlər aktyorluq qabiliyyətini elə tətil səyahəti zamanı ortaya çıxarırlar: Hollandiya, İngiltərə, İsveçrə, Almaniya, İtaliya.
Ardı →

Bürclərin həyat fəlsəfəsi


Bürclər öz qəribəlikləri ilə seçildiyi kimi, həyat fəlsəfəsi ilə də seçilir.

Qoç bürcünün fəlsəfəsi: Heç kimdən icazə almaz!
Qoç bürcünün xarakterik xüsusiyyətləri: İstiqanlı, səmimi, mərhəmətli, cəsur, acıdil, bəzən qəzəbinə hakim ola bilməyən və çevik.

Buğa bürcünün həyat fəlsəfəsi: Həyat mənə bir şey verməz, onu həyatdan mən özüm qopardaram.
Buğa bürcünün xarakterik xüsusiyyətlər: Gedənə qal deməz, romantik, maraqlı fikirlərlə insanları təəccübləndirir.
Davamı →

Bürclərin xüsusiyyətləri

Qoç – hər zaman öndə olmağı sevən qoçlar doğuşdan öndər xüsusiyyətlərini daşıyır. Qoç bürcündə olanlar çox güclü olur, bitmək bilməyən mübarizə və arzu hissi ilə coşurlar.
Bu insanlar başqalarının əmri ilə işləməkdən nifrət edir və olduqları mühitdə rəhbər vəzifəsinə yüksəlmək üçün əllərindən gələni edirlər. Çox az hallarda istəklərinə nail ola bilımirlər. Bu zaman isə tək başına iş qurmağı düşünülər.

Buğa – bu bürcün sahibləri olduqca səbrli, qərarlı və güvənli insanlardır. Həyatda müəyyən məqsəd və hədəfləri var. Onlara nail olmaq üçün böyük səbr və inadla çalışırlar. Eyni zamnda həyatdan zövq almağı da bacarırlar.
Başa düşən və xoş niyyətli biridir. Tənbəllik etməsələr, başladığı işi tez bitirirlər. Bu bürcün insanları digərlərindən fərqli oalraq, çox gözləməyi bilir.
Bəzən sırf səbrli olduğu üçün böyük uğur əldə edə bilər. Ani dəyişiklik və təəccübləndirici yeniliklərdən xoşlanmır. Xüsusən də maddi vəziyyətlərdən risklərdən özünü qorumağı bacarır.

Əkizlər  — əkizlər bürcü ağıl və düşüncəni təmsil edən bürcdür. Son dərəcə güclü və aktiv beyni var. Hər şeyə marağı olduğu üçün hamısını birdən öyrənmək istəyir.
Davamı →

Oxatan (23 noyabr - 21 dekabr)

Od işarəsidir. Yupiterin himayəsi altındadır. Təmkinlidir. Təbiətcə filosofdur. Yupiter xoşbəxtlik və firavanlıq planetidir, OXATAN işarəsinə hamilik edir. OXATANIN rəmzi gözəl və çoxmənalıdır məchul bir nöqtəni nişan alan kentavrdır. Bu kentavr OXATANIN ikiləşməsinə səbəb olur: OXATAN bir tərəfdən, çox inkişaf etmişdir, digər tərəfdən, primitivdir. İkinci tip OXATAN sivilizasiyanı sevmir. Böyük həyati qüvvəyə malikdir. Çox fəaldır, qadınların xoşuna gəlir, adamları ardınca aparmaq istedadı vardır. Cəsurdur, sərbəstdir, kobuddur, macəraları və igidlikləri xoşlayır.
Davamı →

Əqrəb (24 oktyabr-22 noyabr)

Su işarəsidir. Xarakteri güclü, həyatı maraqlıdır. ƏQRƏB iki əsas planetin: qüvvətli, amansız Marsın və qüdrətli Neptunun himayəsindədir. Onun xarakteri bu ikiqat təsir altında təşəkkül tapır. ƏQRƏB mübarizə aparır, əzab çəkir, özünü yeyir, viranəlik içərisindən dirilib qalxır. Təzadlı, temperamentli, olduqca cazibədar, lakin amansız tipdir.
Onun üçün birinci çətinlik yaşamaqdır. İlk baxışda onun müvəffəqiyyət qazanmaq üçün lazım olan hər şeyi: energiyası, diribaşlığı, qüvvəsi vardır, lakin tündməzaclığı ucbatından düşmənləri çoxdur.
Ardı →

Şir (23 iyul - 23 avqust)

&lOd işarəsidir. Günəşin himayəsi altındadır. Hökmlüdür, daxili aləmi zəngindir. ŞİR ulduzlar padşahı olan Günəşin himayəsi altındadır. Buna görə də Zodiakın mərkəzi simasıdır. O parlayır, səmada süzür. Çox çətinlik çəkir, çünki tez-tez zorakılığa əl atır, lakin xarakterinin əsas cəhəti xeyirxahlıqdır. Lovğalıq ŞİRƏ yaddır. ŞİR təbiidir. Bununla da ürəkləri fəth edir. Hər kəs ŞİRİN yanında olduqda başa düşüldüyünü hiss edir. ŞİRİN köməyinə bel bağlamaq olar.
Ardı →

Buğa (21 aprel-21 may)

Yer işarəsidir. Veneranın himayəsi altındadır. Xarakteri ziddiyyətlidir. Təbiəti emosionaldır. BUĞA Yer işarəsi sayəsində qüvvətlidir, ayıq zəkaya malikdir. Lakin Venera ciddi və işgüzar BUĞAYA mülayimlik, rahat şəraitə aludəçilik, həssaslıq və tənbəllik öyrədir. Bu iki ziddiyyətli təsir BUĞANIN təbiətini mürəkkəbləşdirir. O, maddi nemətləri xoşlayır, eyni zamanda bədxərcdir. Rahatlığa can atır və çox vaxt pintidir. Cah-cəlal, toy-bayram, dəbdəbə və təmtəraq aludəçisidir. Hər şeydən zövq almağı bacarır. Yerdən tükənməz qüvvət alır, sağlam heyvani instinktə malikdir.
Ardı →