Рейтинг
+33.49

Bürclər və onların xüsusiyyətləri

23 üzv, 79 topik

Qoç bürcü (21 mart - 20 aprel)

Od işarəsidir. Marsın himayəsi altındadır. Xarakteri güclüdür. Hökmlüdür. Bu işarə altında dünyaya gələn adamlar qüvvətli və çevik olurlar. Onlarda rəhbərlik istedadı vardır. Kişilərin və qadınların ümumi cəhətləri aşağıdakılardır: nikbinlik, şöhrətpərəstlik, bir qədər tez qızışmaq, şişirtməyə meyl.
Kişilər təcavüzkarlığı, nəzakətsizliyi ilə fərqlənir başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar. Hərəkət etməyi, iş görməyi xoşlayırlar. Onlarda ədalət hissi güclüdür. QOÇ səbirsiz, hövsələsiz olduğuna, diplomatiya bacarmadığına görə tez-tez çətin vəziyyətə düşür. QOÇUN həyatının başlıca mənası işdir. Möhkəm iradəsi, cəsarəti və ayıqlığı ilə fərqlənən QOÇ yaxşı hakim, sərkərdə, jurnalist, inzibatçı ola bilər. Lakin kobudluğu və müstəqilliyi buna mane olur.
Davamı →

Bürclər əsəbiləşəndə

Qoç bürcü – əsəbi olduğu zaman çox sərt reaksiya verir və  çox şirin olur.

Buğa bürcü  — əsəbiləşdiyi zaman çox şirin və cəlbedici baxışları olur. Həmçinin çox inadçı olur.

Əkizlər bürcü  — əsəbiləşdiyi zaman üzündəki ifadə hirsdən çox, gülüşə bənzəyir. Amma ürəyində qan ağlayırlar. 

Xərçəng bürcü  — əslində, əsəbiləşdiyi zaman sakit olur. Yumşaq ürəkli insandan qəddar insan ola bilməz.

Şir bürcü  — əsbiləşdiyi zaman öz fikrini qəbul etdirinə qədər qarşısında olan hər şeyi məhv edir.

Tərəzi bürcü  — əsəbiləşdiyi zaman özünü idarə edə bilmir və gücünü istifadə edir.
Ardı →

Bürcünüzə uyğun peşələr

Qoç: Lider ruhlu qoç bürcü  rəhbərliyi özü idarə edən iş sahələrində müvəffəqiyyət qazanar. Cəsarət tələb edən hər növ işin öhdəsindən gələ bilər. Buna görə əsasən, hərbi sahədə, personal məsuliyyəti olan peşələrdə, ticari həyatda risk almağı tələb edən işlərdə  çalışar.  Cəsarətli davranışlarını istifadə edərək gəlir əldə edə biləcəyi peşələrdə son dərəcə müvəffəqiyyətlidir.

Buğa: Buğa bürcləri  Venera planetinin verdiyi təsir ilə yaradıcı gücü çox qüvvətli olan insanlardır.  Diqqət etsəniz görərsiniz ki, incəsənətin müxtəlif sahələrində müvəffəqiyyət əldə etmiş bir çox sənətçi buğa bürcündəndir.  Zərgərlik, heykəltaraşlıq, dizayn və.s bu kimi peşələrdə çox bacarıqlı olurlar. 
Davamı →

Bürcünüzə uyğun makiyaj edin

Makiyjınızı bürcünüzə uyğun edin
Hər bir bürcün özünəməxsus makiyaj texnikası var. Gözəllik ustaları qadınlara hər zaman üz quruluşuna, getdikləri yerə uyğun makiyaj etməyi məsləhət görür. Hər bürcün də özünə aid makiyaj növü var. 

Od ünsürü – İddialı 
Qoç, şir, oxatan bu qrupu təmsil edir. Od ünsürünün qadınları diqqət çəkməyi və cazibədarlıqlarının ön plana çıxmasını istəyirlər. Hər kəsdən fərqlənmək ən böyük arzulardı.
Makiyajda da diqqət çəkən rəngləri və cizgiləri istifadə etməlidilər. Od ünsürünə məxsus olan qadınların rəngi qırımızı və qaradı. Gözlərdə mütləq qara qələmdən istifadə etməlidilər. Eyeliner göz makiyajlarının əvəzolunmaz kosmetik vasitəsidi. Kölgə olaraq isə ağ rəngə üstünlük verməlidilər. dodaq boyası və ənlik olaraq qırmızı tondan istifadə etsələr, fərqlənmək arzularını yeirinə yetirmiş olarlar.
Ardı →

Bürclərin xoşbəxt olduğu şəhərlər

şəhərlərBürclər hansı şəhərdə özünü daha xoşbəxt hiss edir? 

İstər inanın, istər də inanmayın, amma bürclərin də sevdiyi, keyf alacaqları və tətildə özünü daha rahat hiss etdikləri şəhərlər var.     
Qoç: Birminqham, Floransiya, Leichester

Buğa: New York, Dublin, Leipziq, Rodos

Əkizlər: London, San Francisco, Yeni Delhi

Xərçəng: İstanbul, Amsterdam, Milan

Şir: Çikaqo, Bombay, Filedelfiya, Roma, Şam, Los Angeles, Praqa

Qız: Los Angeles, Lion, Paris, Boston, Qüds 

Tərəzi: Viyana, Fraknfurt, Lizbon, Praqa

Əqrəb: Vaşinqton, New Orleans, Liverpool

Oxatan: Nottinqham, Sttutqart, Toledo, Sydey, Köln, Toronto, Budapeşt, Nepoli

Oğlaq: Madrid, Banqkok, Marakeş
Ardı →

Oxatan bürcü haqqında ♐

Oxatan — ən xoşbəxt bürcdür. Bu mənada o, başqa bürclərdən çox üstündür. Oxatan bürcü altında doğulan insanlar narahatlıq keçirmir və həyəcanlanmırlar. Onlarda hər bir çətin vəziyyətdən çıxmaq üçün hissiyyat, istedad, təxəyyül var; bununla be!ə, öz təbəssümlərini də qoruyub saxlaya bilirlər.
Adətən Oxatanlara iri bədən, böyük ürək və geniş ideyalar xasdır; bəzən onlarda böyük təşəxxüs də olur, lakin bir o qədər də zərər gətirmir. Oxatanlar — Günəş sisteminin ən boyük planeti Yupiterin enerjisindən qidalandıqlarına görə, onlarda hər bir keyfiyyət böyük həcmdə olur.Oxatan öz himayədarı Yupiter kimi həddən artıq ürəyi yumşaqdır, hər şeylə maraqlanır, lakin yüngülcəsinə münasibət bəsləyir, bunlara əyləncə kimi baxır.
Oxatanın heç ağlına gəlmir ki, bəzi şeyləri bilmək, üzə çıxarmaq, başqalarına danışmaq təhlükəli ola bilər. Onun fikrincə, biliklər hamıya və hər bir kəsə məxsusdur; elə ona görə də hamıya nə oldu danışa bilir. Oxataniara yaxından, xüsusilə uzaqdan nə isə yeni olacaq bir şeyə bəslədiyi ümid rahatlıq vermir. Səyahətlərin romantikası, dünyanı görmək arzusu onlara xasdır; eyni bir yerdə qalıb yaşamaqdan bezirlər. Oxatanlar üçün yerində durmaq, xoşbəxt ailə həyatı qurmaq macəra və sərgüzəştlərə can atmağın müqabilində sarsaq bir işdir; onlar daima yeni-yeni insanlarla görüşə can atırlar.


Davamı →

Qız bürcü haqqında ♍

Qız bürcü altında doğulan insanlar təmənnasız olub imkanları və gücləri çatan dərəcədə başqalarına kömək edirlər. Qızlar çalışqan və hörmətlidirlər; oniar adətən daha təmizkar, səliqəlidirlər və başqa insanlara nisbətən daha sağlam həyat tərzi keçirirlər, çox səbirlidirlər. Bununla belə, Qızlar Zodiak bürcləri arasında ən pis ad (reputasiya) qazanıblar. Demək olar ki, hər bir insanın zəhləsi getdiyi bir öz Qızı var. Nəyə görə?. Qızın bütün xarakter əlamətləri Merkuri planeti ilə şərtlənib. Merkuri böyük deyil, cəld və ağıllıdır, lakin çəkisinə və həcminə görə o qədər də əhəmiyyət kəsb etmir, emosional baxımdan qurudur. Merkurinin bütün adamlarına, o cümlədən Qızlara eyni xüsusiyyətlər xasdır. Onlar həmişə ən xırda təfərrüatları görürlər, cəldlik və ağıl sayəsində müşahidəçi və nüfuzedici olurlar. Qızlar əşyaların quruluşunu, onlarla rəftan öyrənməyə can atırlar. Sonra. onlar bir işi ən yaxşı tərzdə görmək üçün zəruri olan vərdişlərə yiyələnmək naminə təcrübə keçirlər., Hər şeyi yaxşı yerinə yetirmək üçün səbir lazımdır, Qızlarda isə səbir və dözüm kifayət qədərdir.


Davamı →

Bürclər və 2010 modası

Maraqlıdır, 2011-ci ildə bürclərin ən dəbli rəngləri hansı olacaq? Və yaxud, hansı bürc sahibinə hansı rəng yaraşacaq.
Astroloqlar tanınmış modelyer və dizaynerlərlə bir araya gəlib,  bürclərin yeni il üçün dəbli rəng sırasını belə düzüb qoşublar.
1. Qoç. Onların əsas dəbli rəngi bəyaz olacaq. Bənövşəyi, narıncı, həm də bu rənglərin müxtəlif çalarları onlara yeni ildə yaraşıq gətirəcək.
2. Buğa. Qoçun rəngləri qismən onlara da düşərli olacaq. Ancaq buğanın əsas rəngi göy və mavi rənglər olacaq.


Ardı →

Kimə nə hədiyyə vermək olar?

Ruhən xəyalpərəst Balıqlara klassik, lakin həssas hədiyyə məsləhətdir. Məsələn: fəlsəfi kitab, maraqlı psixoloji film, sevdiyi musiqi diski və s… Qoçlara onların təkarolunmazlığını göstərən sürpriz hədiyyə tam yerinə düşər. Onlar üçün əsas qiymət deyil, mənəviyyatdır. Məsələn: qışda qarpız, pəncərə altında orkestr və s...

Buğalar əksinə qiymətli və praktik hədiyyələri sevirlər. Aksesuarlar, bahalı qələm dəsti və s..
Əkizlər maraqlı, nadir tapılan əşyalara üstünlük verirlər. Antik əşya, kitab. İntellektual oyunlar və s..
Xərçənglər üçün mənəvi rahatlıq bəxş edən əşyalar daha önəmlidir. Çay dəsti, otaq gülləri, şamlar. Əsas odur ki, hədiyyə gözəl və ürəkdən olsun.


Ardı →