Haqsızlıq

O,haqsızlığa məruz qalmışdı.Onun balaca,kövrək ürəyi daha dözmürdü.Ağlamaq,ağlamaq,yenə də ağlamaq istəyirdı.Bəlkə bu göz yaşları ona olunan haqsızlığı yuyub aparar deyə.Onun gözəl gözləri vardı.Baxanda canlar alan,güləndə qəlb açan,ağlayanda ürək çırpındıran.Gözəl gözlər.Nə olar bu gözlərdən gülüş aksik olmaya......ağlamaya....ağlatmayalar.....

Gözlərindən axan hər damla yaş,bir zülmkara bəla aparar.O kövrək ürəkli gözəl hətta zülmkarlarına da,bəla gəlməsinə razı olmazdı.  Həyat çox çətin və qəribədir.Haqsızlar çox,zəif və mömin kəslərə zülmləri ilə qalib gəlməyə  çalışar və əksərən qalib olarlar.Lakin bu doğru düşünülməyib.Çünki bu sadəcə gözlə görünən hissədir.Axır nəticədə haqq,ədalət qalib gələr.Haqqın tərəfdarı Yaradanımız tərəfindən çox sınanar,çətinliklərdən keçər.Şeytana uymazsa,əlbətki,son nəticədə qalib olar.  __  Ey zülmkar,ey zalım,qıyma o gözələ.Axı onun sənə pisliyi dəyməyib.Onun gözəl gözlərinə qıyma daha.Doğru yola gəl,şeytana deyil,Allaha tapın.Günahsız zavallıdan əl çək.Təbəssümünü əlindən aldığın kimi,özünə qaytar.Çəkil yolundan.Xoşbəxtliyinə mane olma daha.

Gözlərindən axan yaş,

Nə gözəldir o göz-qaş.

Axıtdın yavaş-yavaş,

Bəsdir daha vətəndaş!!

 

Sevgisiz insan olmaz,

Alçaqda vicdan olmaz,

Urəkdə şeytan olmaz,

Bəsdir daha vətəndaş!!

 

Haqsızlıq çox etdiniz,

Ona zülüm etdiniz.

Qoy yumşalsın qəlniniz,

Ağlamasın o göz-qaş.

 

 

Müəllif: Cahandar Həsənli.

Mənbə:Bu yazı internet aləmində ilk dəfə yayımlanır.müəllifin imzası olmadan yayımlamaq qadağandır.

 

4 şərh

ElcinHesenov
Bu zamanda çox olur
Aysel218
Haqsizliq cox olur indiki zamanda
SABINA ZZ
Menim heyatda en doze bilmediyim seydir haqsizliq.mende qisas almaq hissi de yoxdur,mene edilen haqsizligin sonu goz yasi olur.cox teessuf haqsizligin sonunda edalet gormemisem,eger edalet olsaydi haqsizligin da qarsisi evvelceden alinardi.
ayxansevda
bu yazida ağrı dolu üsyan hiss olunur…