Aralıq dәnizi və ya Mediterrana

Aralıq dәnizi və ya Mediterrana 3 qitəni əhatə edən tarixi regiondur. Sahəsi 4 mln. km2-ə qədər olan bu ərazi oxşar coğrafi xüsusiyyətlərə malikdir. Dənizsahili ərazilərdə isti və quru yay, mülayim və rütubətli qış müşahidə olunur.

Aralıq dənizi ən qədim dövrlərdən gəmiçiliyin inkişafı ilə seçilmişdir. Uzun müddət regionun hər tərəfində inkişaf səviyyəsi təqribən eyni olmuşdur. Regiondakı tikililər memarlıq baxımından oxşar olmuşdur. Ticarət əlaqələri regionun hər tərəfində böyük satış bazarlarının yaranmasına, istehsal alətlərinin, kənd təsərrüfatı məhsullarının mübadilə edilməsinə şərait yaratmışdır.

XX əsrədək müxtəlif tarixi vaxtlarda bu region imperiyalar arasında hərb meydanına çevrilmişdir. Regionda Qədim Roma, Bizans, Ərəb, Osmanlı imperiyalarının mədəniyyət izləri hələ də qalmaqdadır. Sonradan müxtəlif dinlərin yayılması regionda yaşayan əhalinin həyat tərzində kəskin fərqlərin yaranmasına səbəb oldu.

Aralıq dənizi sahili regionları əvvəllər olduğu kimi, müasir dövrdə də əhalinin ən sıx məskunlaşdığı regionlardan biridir. Lakin eyni tarixi köklərə malik olan bu region ölkələri müasir dövrdə iqtisadi, sosial, etnik, mədəni, iqtisadi, dil, din fərqlərinə görə kəskin seçilir.

Mediterrana

Baş verən hakimiyyət dəyişiklikləri, irimiqyaslı müharibələr, yaranan dini fərqlər regionun inkişafının zəifləməsinə, yəni ölkələrin tәnәzzülә uğramasına səbəb olmuşdur. Hazırda Aralıq dənizi sahilində iqtisadi-siyasi, sosial fərqlərinə görə – Cәnubi Avropa, Cәnub-Şәrqi Avropa, Cәnub-Qәrbi Asiya və Şimali Afrika olmaqla 4 region mövcuddur.

Cәnubi Avropa ölkәlәri – İtaliya, İspaniya, Yunansıtan, Monako, San-Marino iqtisadi inkişaf səviyyəsinə görə regionun ən qabaqcıl ölkələridir. Mineral ehtiyatlarla zəif təmin olunmasına baxmayaraq, bu regionda sənayenin müxtəlif sahələri, xüsusilə də avtomobilqayırma, cihazqayırma, yüngül və yeyinti sənayesi güclü inkişaf etmişdir. Şərabçılıq bu ölkələrin ənənəvi sahələrindən biridir. Əkinçilik, xüsusilə də sitrus meyvəçiliyi, zeytun və üzümçülük geniş yayılmışdır. Ölkələr turizmdən xeyli miqdarda gəlir əldə edir.

Şimali Afrika ölkәlәri – Əlcəzair, Misir, Liviya, Tunis və Mərakeş əhalinin həyat səviyyəsinə görə aşağı – yəni, geridә qalmış ölkələrdir. Lakin bu ölkələr iqtisadiyyatın inkişafına görə Afrikanın digər ölkələrindən daha irəlidədir. Bu onların Avropa regionuna yaxınlığı ilə izah olunur. Şimali Afrika ölkələri zəngin neft-qaz ehtiyatlarına malik olub dünya bazarına xammal ixrac edir. İqlimin quraq olması əkinçiliyə mane olur; bu regionda sitrus meyvəçiliyi, turizm və heyvandarlıq (qoyunçuluq, dəvəçilik) inkişaf etmişdir.

Aralıq dənizi sahili ölkələri üzümçülüyün inkişafı üçün ən əlverişli ərazilərdir. Üzümçülüyün inkişafı Cənubi Avropa ölkələrinin əksəriyyətinin şərabçılıq üzrə istisaslaşmasına səbəb olmuşdur. Lakin Şimali Afrika ölklərində şərabçılıq, demək olar ki, inkişaf etməmişdir.

Cәnub-Şәrqi Avropa regionuna daxil olan – Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Makedoniya və digər ölkələr yaxın zamana qədər sosialist ölkələri blokuna daxil idi. Bu ölkələrdə yeni ictimai münasibətlər hələ də çətinliklə yaranmaqdadır.

Siyasi, iqtisadi-sosial xüsusiyyətlərinə görə ziddiyyəti ilə fərqlənən Cәnub-Qәrbi Asiya regionunun bir neçə ölkəsi də Aralıq dənizinə çıxışa malikdir. Bu ölkələr Türkiyə, Livan, Suriya və İsraildir. İsrail–Fələstin münasibətləri və Suriyada baş verən müharibə bu regionda təhlükə mənbəyi olmaqla yanaşı, iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır.

Hazırda Aralıq dənizi sahilində yerləşən ölkələr arasında müxtəlif beynəlxalq birlik və təşkilatlar yaranmaqdadır. 2008-ci ildə regionda yerləşən ölkələrin başçılarının iştirakı ilə yeni bir beynəlxalq təşkilat yaradılmasına dair razılıq əldə edilmişdir. Bu təşkilatın 43 üzvü vardır.

“Aralıq dәnizi sahili ölkәlәrinin birliyi” adlanan təşkilatın məqsədi regiondakı ölkələr arasında sülh, iqtisadi, mədəni əlaqələri möhkəmlətmək, onların inkişaf səviyyələri arasında fərqi azaltmaqdır.

Aralıq dənizi sahili ölkələri üzümçülüyün inkişafı üçün ən əlverişli ərazilərdir. Üzümçülüyün inkişafı Cənubi Avropa ölkələrinin əksəriyyətinin şərabçılıq üzrə istisaslaşmasına səbəb olmuşdur. Lakin Şimali Afrika ölklərində şərabçılıq, demək olar ki, inkişaf etməmişdir.

 

0 şərh