Рейтинг
+9.57

Din və teologiya

15 üzv, 84 topik

Bütpərəstlik

Bütpərəstlik — təbiətin cisim və əşyalarını ilahiləşdirən, ibtidai dinlərin (animizm, fetişizm, totemizm, şamanizm və s.) zəminində yaranmış dini etiqad. Bütpərəstlik müxtəlif formalarda təzahür etmiş, müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır. Lakin onun ünsürləri həmin dinlərdə qalmışdır. Bəzi adamların pirlərə, müxtəlif əşyalara etiqadı bütpərəstliyin qalığıdır.


Ardı →

Musa peyğəmbər və firon

Günlərin bir günü gecə gördüyü yuxudan Firon dəhşətə gəldi. Röyasında Beytül Müqəddəs tərəfindən gələn bir alov gördü. Alov hər yeri yandırıb kül etdiyi halda, İsrail oğullarına toxunmadı. Gördüyü yuxunun təsiri altında uzun müddət özünə gələ bilməyən Firon, yuxu yozan kahinlərə müraciət etdi. Kahinlər: «Ey Firon, sənə böyük bəlalar üz verəcək. İsrail oğullarından birinin ailəsində bir oğlan uşağı dünyaya gələcək. O, sənin səltənətini və taxt-tacını dağıdacaq, səni də öldürəcək» — dedilər.
Bunu eşidən Firon dərhal İsrail oğullarının ailələrində doğulan bütün oğlan uşaqlarının öldürülməsi barədə əmr verdi. Lakin Uca Yaradanın himayə etdiyi gələcəyin peyğəmbəri Həzrəti Musa (ə.s.) Fironun sarayında onun arvadı Asiya tərəfindən himayə edilərək qorundu. Firon bundan xəbər tutanda artıq iş işdən keçmişdi. Həzrəti Musa Cənabi Haqdan gələn əmrləri xalqa çatdırmağa və Firona meydan oxumağa başlamışdı. Ömrü boyu yıxdığına aman verməyən, qılıncının qabağı və dalı da kəsən Firon nə edəcəyini bilmirdi. O, Həzrəti Musanı xalq içində biabır etmək, onu hörmətdən salmaq qərarına gəldi. Ölkədəki ən məşhur sehrbazları yanma çağıran Firon onlara Həzrəti Musanı rəzil etməyi tapşırdı.
Davamı →

Barnaba incili

Həzrəti İsanın ölümündən 300 il sonra İznikdə (indiki Türkiyə ərazisində), kilsə tərəfindən çağırılmış şurada bəzi İncillərlə birlikdə Barnaba İncilinin də oxunması qadağan olundu və bu İncili oxuyanların ağır cəzalandırılacağı elan edildi. Görəsən, ruhani təbəqənin tam hökmdarlıq etdiyi bir cəmiyyətdə İncilin oxunması niyə qadağan olunurdu? Bar­naba İncilinin nəyi təhlükəli idi?
Həzrəti İsanın ölümündən çox keçməmiş xristian dünyasında İncil yazmaq yarışı başlandı. Ruhani təbəqədə hər bir rahib öz İncilini yazırdı. Sayı yüzlərə çatan və bir-birindən fərqli olan İncillərə hər gün yenisi əlavə olunur­du. Nəhayət, yazan şəxslərin adıyla tanınan İncillərin sayı о qədər artdı ki, ali ruhani təbəqəsi bu haqda tədbir görməyə məcbur oldu.


Ardı →

İncildə olan ziddiyətlər-həvarilər

Həvarilər Hz. Isaya sağlığında inanmış və оnun ardıcılı оlmuş tələbələrdir. Оnlar üçün Hz. Isa: «Siz Axirətdə оn iki оymağa minib Israili...» deyə söyləmiş və оnlar Peyğəmbərdən sоnra gələn dinin ən mühüm insanlarındandır. Bu üzdən bunlar haqqındakı məlumatlarda ziddiyyətlər çоx böyük əhəmiyyət kəsb edir.
Hz. Isanın Həvarilər ilə qarşılaşması və оnları tələbə оlaraq yanına götürməsi hadisəsi Sinоptik İncillərlə İoann İncilində bir-birindən çоx fərqli оlaraq təsvir edilməkdədir. Matta, Markоs və Luka İncillərinə görə Hz. Isa Qaliley gölü kənarında kəzərkən əvvəl balıqçılıqla məşğul оlan Petrоs ilə оnun qardaşı Andreyanı, sоnra Zebedinin оğulları Yəqub ilə İoannı mоizələri zamanı tanımış, оnları şagird оlaraq yanına götürmüş və оnlara «Sizə insan tutan balıqçı edəcəyəm» deyərək öz arxasınca gəlmələrini оnlardan istəmişdir.


Ardı →