Рейтинг
+9.57

Din və teologiya

15 üzv, 84 topik

Hinduizm dini

Hinduizm Brahmanizmin  təkamül tapmış formasıdır və  8-9-cu əsrlərdə Hindistanın iki görkəmli alimi tərəfindən yaradılmışdır.
 

1. Ariyayilərin hücumundan öncə Hindistanda yaşayan yerli əhali


Ariyayilərin İrana və Hindistana mühacirətindən öncə bu yerlərin əhalisi alçaqboylu və qaradərili insanlar idi. Onların xüsusi mədəniyyətləri, dinləri, mərasimləri var idi və onların sivilizasiya səviyyəsi Mesopotamiya sivilizasiyası səviyyəsində idi. Bu qövm İran ərazilərində demək olar ki, təmamilə aradan getdi, amma Hindistanda ölkənin cənub bölgələrinə tərəf qovuldular. Həmin qövm Dravediləri adı ilə tanınır. Onlar eləcə də, Nəces və yaxud Toxunulmazlar (Untouchables) adı ilə tanınırlar. Gələcəkdə onlar barədə söz açacağıq. Pakistanda, Sind çayının kənarında yerləşən Mohenco-Daro adlı bölgədə aparılan arxeoloji qazıntılarda onların mədəniyyətlərini əks etdirən çoxlu nümunələr aşkar edilmişdir. Bu kəşflərdən belə nəticə əldə etmək olar ki, Hinduizmin bəzi tanrıları Ariyayilərin Hindistana daxil olmasından öncə də mövcud idi.
Davamı →

9. Hərfi həftə

Şənbə kimi həftə də öz başlanğıcını dünyanın yaranmasından götürür; o, Müqəddəs Kitab tarixi vasitəsi ilə bizə qədər dəyişməz qalaraq gəlib çatmışdır. Allah Özü birinci həftəni dövrlərin sonuna qədər bütün gələcək həftələr üçün nümunə kimi ölçmüşdür. Hər bir həftə yeddi gündən ibarətdir. Altı gün ərzində Allah yaradılış işlərini yerinə yetirmişdir, yeddinci gün isə istirahət etmişdir və bundan sonra bu günə xeyir-dua verərək, onu insan üçün istirahət günü kimi ayırmışdır.
Davamı →

8. Böyük daşqından sonra

Su ən yüksək dağlardan on beş dirsək yuxarı bir səviyyəyə qalxdı. Gəmidəki ailəyə çox vaxt elə gəlirdi ki, onlar həlak olmalıdırlar, çünki dalğaların və küləklərin ixtiyarına verilmiş gəmi beş ay idi ki, dalğalar üzərində üzürdü. Bu, dəhşətli sınaq idi, lakin Nuhun imanı zəifləmirdi, çünki o əmin idi ki, hər şeyi Ilahi əl idarə edir.
Davamı →

7. Böyük daşqın

Nuhun günlərində Adəmin günaha batmasının və Qabil tərəfindən edilən qətlin nəticəsi olaraq yer ikiqat lənət altında idi. Lakin bu hələ təbiəti çox güclü dəyişdirməmişdi. Günahın izləri aydın görünürdüsə də, lakin yer əvvəlki kimi gözəl və Allah nemətləri ilə zəngin idi. Əzəmətli ağaclar təpələri tac kimi bəzəyirdi, bu ağaclara sarmaşan tənəklərdə şux salxımlar inci dənələri kimi parıldayırdılar. Çiçəklənən geniş düzlər yaşıllıqlar və xoş ətirli hər növ güllər içərisində qərq olmuşdular.
Davamı →

6. Şeys və Xanok

Adəmə Ilahi əhdin və ruhani ilkinliyin vəliəhdi olacaq başqa oğul bəxş edildi. Onu Şet adlandırdılar, bu «tə`yin edilmiş» və yaxud «əvəz» deməkdir, çünki onun anası demişdi ki, «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». Şet zahiri cəhətdən Qabildən və Habildən daha əzəmətli idi və Adəmə bütün başqa oğullarından daha çox bənzəyirdi. O, öz alicənablığı ilə Habili xatırladırdı. Lakin xeyirxah keyfiyyətləri Qabildə olduğundan heç də çox deyildi.
Davamı →

5. Qabilin və Habilin sınanması

Adəmin oğulları Qabil və Habil bir-birlərindən çox fərqlənirdilər. Habil, Allaha sadiq idi, o, Yaradanın günaha batmış nəslə ədalətli və rəhmdil münasibətini görürdü və bağışlanma ümidi şükranlıqla qəbul etdi. Lakin Kainin qəlbində Allaha qarşı üsyan yetişirdi və Adəmin günahına görə Onun bütün yeri və bəşəriyyəti lə`nətləməsai üçün narazılıq işkayəti susmurdu. Özünü yüksəltmək həsrətinə uyaraq və Ilahi ədaləti, Allah nüfuzunu şübhəyə mə`ruz qoyaraq o öz qəlbini o yola yönəltdi ki, iblisi günaha batmağa gətirmişdi.
Davamı →

4. Əfv planı

Insanın günaha batması Səmanı kədərə qərq etdi. Allah tərəfindən yaradılan dünya günahın lə`nətilə ləkələnmiş oldu və orada iztiraba, ölümə məhkum olunmuş varlıqlar məskunlaşdılar. Elə güman etmək olardı ki, günah etmiş olanlar üçün heç bir qurtuluş yoxdur. Mələklər daha öz vəsf nəğmələrini oxumurdular. Bütün səma məskənlərində günah tərəfindən törədilmiş dağıntılar üçün dərin kədər hökm sürürdü.
Davamı →

3.Tamah və günaha batma

Səmada üsyan alovlandırmaq imkanından məhrum olmuş iblis öz Allaha qarşı düşmənçilik planını həyata keçirmək üçün yeni fəaliyyət sahəsi tapdı; insan nəslini məhv etmək qərarəna gəldi. Mə`sum cütün Ədəmdəki ülvi xoşbəxtliyi ona əbədi olaraq itirdiyi bəxtiyarlığını xatırladırdı. Nifrətdən alışaraq o qərara gəldi ki, Adəm və Həvvanı itaətsizliyə təhrik etsin və onları bu günahlarına görə cəzaya mə`ruz qoysun, onda onların Rəbbə olan məhəbbəti anlaşılmazlığa, vəsf nəğmələri Yaradana qarşı şikayətə çevrilə bilərdi. Bu yolla iblis yalnız mə`sum varlıqları özünün düşdüyü iztirab uçurumuna sürükləməyi düşünmürdü, həm də Allahın şərəfinə qəsd edərək Səmanı dərinkədərə düçar etmək istəyirdi.
Davamı →

2. Məxluq

«Göylər Rəbbin sözü ilə və Səma cisimləri Onun hökmü ilə yarandı». «Çünki nə söylədi, mövcud oldu, nə əmr etdi, quruldu» (Zəbur 33:6,9). «Yer üzünün təməlini elə qurdun ki, əsla sarsılmasın» (Zəbur 104:5).
Yer, Yaradan tərəfindən xəlq olunanda, o qeyri-adi dərəcədə gözəl idi. Onu dağlar, təpələr və düzlər, sakit axan çaylar, qəşəng göllər bəzəyirdi; dağlar bz keçilməz sıldırımları və dəhşətli uçurumları ilə, bizim günlərdə olduğu kimi, qorxutmurdu. Şiş qayalar əsrarəngiz bitkilərlə, örtülmuş məhsuldar torpaq qatının altında rahatca uyuyurdular. Nə ikrah doğuran bataqlıqlar vardı, nə də bəhrəsiz səhralar, lakin hər yerdə büsatlı kolluqlar və zərif gülçiçəklər göz oxşayırdı. Bizim günlərimizdəkindən daha əzəmətli olan ağaclar təpələrin zirvələrini bəzəyirdi. Zərərli buxarlarla zəhərlənməyən hava təmiz və saf idi. Ən möhtəşəm sarayların bağları ilkin yaranan yerin gözlliyi ilə müqayisədə çox sönük görsənərdi. Səma orduları Allah işlərinin gözəl surətlərinə heyrətlə tamaşa edirdilər.
Davamı →

1. Nə üçün günaha yol verilmişdir?

«Allah məhəbbətdir» (1 Yəhya 4:16). Məhəbbət Onun mahiyyəti, Onun varlığı, Onun qanunudur. Həmişə belə olmuşdur və əbədi olaraq belə də olacaqdır. «Uca və əzəmətli, Adı müqəddəs Olan» «yolu əbədidir», dəyişməzdir. «Onda nə dəyişiklik var, nə də dönüklük kölgəsi» (Yeşaya 57:15; Habaqquq 3:6; Yaqub 1:17).
Onun yaradıcı qüvvəsinin hər bir təzahürü hədsiz Məhəbbəti əks etdirir. Allahın hökmranlığı bütün yaranmış varlıqlar üçün xeyir-dua ilə doludur. Zəbur oxuyan deyir:
«Sənin güclü qolun, qüvvətli əlin vardır və sağ əlin yüksəkdir! Sənin taxtının təməli ədalət və haqdır;
Mərhəmət və həqiqət Sənin siman önündə gedir.
Davamı →