Рейтинг
+9.57

Din və teologiya

15 üzv, 84 topik

Din və onun cəmiyyətdə rolu

İnsanları fərqləndirən ən mühüm cəhət onların inamıdır.  Dinlər tarixi inkişaf mərhələləri boyunca uzun inkişaf yolu keçmişlər. Din Allahın varlığı və təbiəti, insanın xəlq edilməsində məqsəd, xeyrin və şərin mənası, dünya və axirət həyatı barədə əzəli həqiqətlərin insan-Allah münasibətləri hüdudlarında axtarılmasına olan tələbatından doğan bir hadisədir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşmasının” hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.
Davamı →

Talmud

Tövratı təfsir edən alimlər-ravvinlər yəhudi xalqının həyatında mühüm rol oynadılar. Onlar Tanahı (Tövrat) təfsirlə sadə camaata izah edirdilər. İnsanlar müxtəlif məsələlərlə bağlı ravvinlərə müraciət edir, onlardan gündəlik problemlərlə bağlı məsləhət alır, Əhdi-Ətiq müəllimləri isə öz növbəsində, yaranmış məsələlərə uyğun hökm çıxarırdılar. Bu hökmlər, qaydalar, təfsirlər əzbərlənərək nəsildən-nəsilə ötürülürdü. Zaman keçdikcə, şifahi ənənənin yazıya alınması zərurəti yarandı. Çünki hər gün məhkəmələrdə nikah, təsərrüfat və s. bu kimi məsələlərlə bağlı yüzlərlə iş qaldırılırdı; təəssüf ki, bunlara dair Əhdi-Ətiqdə heç bir şey deyilmirdi. Bunu nəzərə alan ravvinlər, Yəhudi dininin gələcəyini düşünərək, Tövratın nəsildən-nəsilə keçən təfsirini və izahını yazıya aldılar, nəticədə çoxcildli külliyat meydana gəldi. Qələmə alınan bu külliyyat Talmud adlandırıldı.
Ardı →

Bütpərəstlik

Bütpərəstlik — təbiətin cisim və əşyalarını ilahiləşdirən, ibtidai dinlərin (animizm, fetişizm, totemizm, şamanizm və s.) zəminində yaranmış dini etiqad. Bütpərəstlik müxtəlif formalarda təzahür etmiş, müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır. Lakin onun ünsürləri həmin dinlərdə qalmışdır. Bəzi adamların pirlərə, müxtəlif əşyalara etiqadı bütpərəstliyin qalığıdır.


Ardı →

Qnostisizmlə mübarizə

II-III əsrlərdə xristian mütəfəkkirləri təkcə bütpərəstlərlə deyil, eyni zamanda öz sıralarında olan müxtəlif mistik təlimlərə qarşı mübarizə aparmaq məcburiyyətində də qalmışdırlar. Bu təlimlərdən formalaşmada olan xristian ortodoksiyanın ən ciddi rəqibi qnostisizm idi.

Qnostik təlimlərə qarşı çıxış edən mütəfəkkirlərdən biri imperator Markus Aureliusun dövründə Lion şəhərinin yepiskopu olmuş İrineus (Irenaeus) olub. «Contra haereses» (Yereslərə qarşı) risaləsində, İrineus qnostik təlimlər haqqında kifayət qədər ətraflı məlumat verərək, onlara qarşı öz mülahizələri ilə çıxış etmişdir.
Ardı →

Xristianlığın simvolları


1. Balıq

Balıq ilk xristian simvollarından biri olmuşdur. O İsanın rəmzi mənasını daşıyırdı. Buna səbəb şəkildə göstərilən yunan hərflərinin abreviaturasıdır (İXTUS). Bu abreviatura yunan dilində «Xilaskar İsa Məsih Tanrının oğludur» sözlərinin birinci hərflərindən yaranmışdır. "İXTUS" sözü isə yunanca balıq deməkdir.Eyni zamanda İsanın ilk ardıcıllarının bir neçəsi balıqçı olmuşdur. Buna görə xristianlar özlərini «insan ruhunu tutanlar» adlandırırdılar.
Ardı →

Qərb və Şərq arasında ixtilaflar və xristian kilsəsinin parçalanması

858-ci ildə Konstantinopolis kilsəsinin patriarxı vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra  vəzifəsindən getmişdi. Lakin onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər.

Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolisdə (İstanbulda) yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Lakin, onlar Roma papazına müraciət edərək, 861-cı ildə daha bir Kilsə Məclisinin yığılmasına nail oldular. Bu dəfə də onların mövqeyi pislənmişdi. Lakin Roma papazı Nikolas 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan etdi. Bundan sonra Qərb və Şərq Kilsələri arasında ilk dəfə olaraq, və sonda kilsənin parçalanmasına gətirən, bir ixtilaf baş vermiş oldu. Papaz Nikolas bu addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və bu Kilsəni bizans patriarxlarının  hakmiyyətindən almaq üçün atmışdı. Əslində isə, xristian Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma papazları, həm də Konstantinopolis patriarxları bütün xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi.
Ardı →

Şərq xristianlığında mistisizm. Hesixazm

Şərq Xristianlığında Tanrının mistik cəhətdən duyulması hissi ilahiyyatla sıx münasibətlərdə idi və onlar bir-birini inkar etmirdi. Buna görə də, Qərb ilahiyyatından fərqli olaraq, ilahiyyat sxolastik elmə çevrilməmişdir. Qərbdə Aristotel təlimi ilə tanış olmayan mistikləri ciddi qəbul etmirdilər və onlara münasibət heç də bir mənalı deyil idi. XIII əsrdən sonra Müqəddəs Kitabların məntiq nöqteyi-nəzərindən təhlil edilməsi, Qərb ilahiyyatının prioritet istiqamətinə çevrilmişdir.


Ardı →

Avqustinusdan sonra Avropa fəlsəfəsi

Avqustinus Aureliusdan sonra Avropada fəlsəfi, siyasi-ictimai fikir tənəzzülə uğramışdır. Müqəddəs ataların fikirləri və kitabları Kilsə təliminin əsasını təşkil etmişdir və ehkam şəklində tədris edilirdi. Antik fəlsəfə, demək olar ki, sıxışdırılıb, unudulub, ortadan çıxarılmışdır. Antik ədəbiyyat isə, xristian təəssübkeşləri tərəfindən məhv edilmişdi, bir qismi isə, kilsə kitabxanalarında qalıb, tamamilə unudulmuşdu.


Ardı →

Avqustinus Avrelius

Avqustinus AvreliusO dövrün ən böyük Qərb xristian mütəfəkkiri Avqustinus Avrelius (Augustinus Aurelius)  olmuşdur. Onun təlimi bir neçə əsr ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir.

Avqustinus (354-430) Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustinus mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinusun əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi.
Ardı →

Ümumdünya Kilsə Məclisləri

V. Surikov. Birinci Umumdunya  Kilsə MəclisiBütün Kilsə adından çağrılan yığıncaqlara Ümumdünya Kilsə Məclisi deyilir. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ümumdünya kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır.

I Ümumdünya (I Nikeya) Kilsə Məclisi (325-ci il). Roma imperatoru I Konstantinus tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanı-nın simvolu tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskop-larının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdəpresviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan mahiyyətcə fərqli mahiyyətə malikdir.
Ardı →