Ana südünü artırmaq

Ana südünün faydaları

. Ana südü ilə qidalanan südəmər körpələrin tərbiyyə və davranışında daha az problemlər yaranır.

. 0-1 yaş müddətində ana südü körpənin  vitamin,  mineral,  zülal, yağ və s. ehtiyaclarını ödəyən tək mənbədir.

. Ana südü körpədə pediatrik patogen mikroblara qarşı təbii immunitet yaradır.

. Körpənin zehni inkişafını sürətləndirir.

. Körpədə dəmir defisitli anemiyanın əmələ gəlməsinə mane olur.

. Ana südünü həzm etmək daha asandır.
 

. Döş əmmə uşağın üz əzələlərinin və sümüklərinin inkişafını təmin edir.

 Ana südü beynin inkişafı üçün bütün lazımi tərkibə malikdir.

Südəmərlər daha gözəl qoxuya sahibdirlər.

Südvermənin ana üçün faydaları.

  • Anada uşaqlığı normal ölçüyə qısa zamanda qaytarır.
  • Süd əmələ gətirən hormonlar qadının bədəninə həmçinin relaksasiya təsiri göstərir
  • Anada döş və yumurtalıq xərçənginin riski daha azdır, beləki, ana südü xərçəng hüceyrələrini öldürür (isveç alimlərinə görə).
  • Südverən ana gün ərzində 500 kalori yandırır beləki, süd hamiləlik vaxtı toplanan piy qatını istifadə edir.
  • Ana yaşlı dövrdə güclü sümüklərə sahib olacaq.
  • Ananın sidik yollarının infeksiyasının qarşısı alınır.
  • Təbii kontrasepsiya və aybaşının qayıtmasını gecikdirə bilər.
  • Körpələrə ən azı 6 ay (26 həftə) yalnız və yalnız ana südünün verilməsi və 2 yaşına qədər digər ərzaqlarla yanaşı verilməsi məsləhət görülür.

Ana südünü azaldan səbəblər.

Əsəb, stress

Yuxusuzluq

Hipoprolaktinemiya

Qəhvə, siqaret, alkaqollu içkilər

Ana südünü  artıran qidalar.

1.Ət və balıq məhsulları: toyuq, hind toyuğu, krab, kalmar.
2. Dənlilər: arpa, yarma, yulaf, qarbaşaq, qəhvəyi düyü.
3. Paxlalılar: noxud (həmçinin yaşıl noxud), qırmızı və yaşıl mərcimək, müxtəlif növ lobya və paxla,
4. Ədviyyat və toxumlar: sarıkök, şüyüd toxumu, razyana toxumu, zirə, qara istiot, dəniz duzu, karri, zəncəfil tozu, küncüt toxumu, çörəkotu toxumu, badam, günəbaxan tumu, balqabaq tumu.
5. Quru meyvələr və təbii şəkər mənbəyi: xurma, əncir, qaysı, bal.
6. Meyvələr: ərik, şəftalı, nektarin, gavalı, şirin gilə meyvələr, əncir.
7. Yağlar: badam yağı, kətan yağı, zeytun yağı, küncüt yağı.
8. Tərəvəzlər: soğan, sarımsaq, zəncəfil kökü, yaşıl lobya, kök, çuğundur, gülkələm, brokkoli, kartof.
9. Göyərtilər: ispanaq, kahı, pazı yarpağı, reyhan, şüyüd, razyana, keşniş.

 Süd verən analara   məsləhət:

Gün ərzində 2 l dən az olmayaraq maye qəbul etməli, proteinli qidalar, bol meyvə və tərəvəz, ağartı məhsulları yeməli, meyvə şirələri və TEALAKTON çayı içməlidir.

Tealakton  laktasiyanı artırır. Prolaktinin sintezini və südün ifrazını stimullaşdırır. Bu zaman südün miqdarı uşaqların qidalanması üçün yetərli olur. Doğuşdan sonrakı dövürdə uşaqlığın yığılmasını təmin edir.

 

0 şərh