Üç sual, bir cavab

Hər yolun bir ədəbi vardır. Allahı sevmənin də ədəbi vardır. Dərviş, yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki! 

 
Bağçada güllərin yanında Mövlana ilə söhbət edirdik. Mövlananı ziyarətə bir qrup filosof gəldi. Sualları olduğunu bildirdilər. Mövlana onlara məni göstərərək.
— Mənim suallarımı cavablayandan soruşun- deyə mənə həvalə etdi. Bundan sonra, gələn filosoflar üç sual soruşmaq istədiklərini bildirdilər.
— Sualların nə olduğunu soruşdum. Onlar içlərindən  birini başçı seçdilər. Bütün sualları o verəcəkdi. Soruşmağa başladı:
— Allah var dediniz, amma görünməz, göstər də inanaq.
— O biri sualı da ver -dedim
— Şeytanın atəşdən yaradıldığını söyləyirsiniz, sonra da odla ona əzab ediləcək deyirsiniz, heç atəş atəşə əzab verərmi? -dedi.
— Yaxşı, o birisini də soruş-dedim.
— Axirətdə hər kəs haqqını alacaq, etdiklərinin cəzasını çəkəcək deyirsiniz. Buraxın insanları nə istəyirlərsə etsinlər.- dedi.
— Bunlarmı suallarınız? İndi mənim arxamca gəlin sizə cavabları verim.
Qalxdım, bağça divarı üçün kərpic düzəldən  müridlərin yanına gəldik. Yerdən qurumuş bir kərpic götürdüm və sualları verənin  başına vurdum. Sual soruşmağa gələn filosoflar bunu görüb  tez-tələsik Konya qazisinnin yanına getdilər. 
Mövlana "İndi nə olacaq" deyər kimi baxırdı. Onun ağılından keçənləri oxudum. Narahat olma, gözlə gör, suallarının cavabını elə alacaq ki, Allahın dərgahına tövbəyə doğru yola gələcəklər. İndi məhkəmə işçisi bizi  çağırana qədər namaz qılaq. 
Yarım saat keçmişdi ki  xəbər gəldi, bizi qazinin hüzuruna gətirdilər.  Filosoflar da çaşmış halda orda idilər. Kərpici başına vurduğum başı sarılı vəziyyətdə olanları  bir dəfə də bizim yanımızda izah etməyə başladı:
— Mən, sual verdim, o da cavabında başıma kərpic vurdu.-dedi
—  Qazı məndən bu işin şərhini istədi.
-İzah etməyə başladım: 
— Mənə, Allahı göstər də inanım- dedi. İndi bu filosof, başının ağrıdığını deyir, göstərsin də görək.
Filosof çaşqın halda:
— Ağrı var, amma göstərə bilmərəm- dedi.
— Allah da vardır, lakin görünməz. 
Bu dəfə mənədən, şeytana odla necə əzab ediləcəyini soruşdu. Mən ona torpaqla vurdum. Torpaq onun başını incitdi. Halbuki, öz bədəni də torpaqdan
yaradıldı. 
Yenə mənə: «Qoyun, hər kəsin ürəyi nə istəyir onu etsin. Buna görə bir haqq olmaz.»- dedi. 
Mənim ürəyim onun başına kərpici vurmaq istədi və vurdum. Nə üçün haqqını axtarır?!



P.S: Hekayəni Türk dilindən tərcümə etmişəm. 

Mənbə: Sinan Yağmur «Aşkın göz yaşları» əsəri

 

7 şərh

Medikamentoz
Mən bunu dəfələrlə oxumuşam,əziyyətinə görə təşəkkür,ancaq İlahi anlayışlar üçün kifayət qədər primitiv və İnsani bir yanaşmadır.Əziyyətini qiymətləndirirəm,ancaq yazını bəyənmirəm.
_BUMERANQ_
Sizi bilmirəm, amma mən Mövlana və Şəms Təbrizini və onların dəyərli fikirlərini çox bəyənirəm.

Bəyənməməyiniz normal bir haldı. Zövqlər müxtəlifdi.
 
Medikamentoz
Mən mövlanaya aşiq olmuşam,sözün həqiqi mənasında,hələ 7 il qabaq,məktəbli olarkən :) oki qaldı bəyənmək söhbətinə,bu onunla bağlı əhvalat deyil,Şəms ilə də...mənbədə səhv göstərilib yəqin.Mən onun haqqında çox oxumuşam amma bu hekayəyə onun heç bir həyat izində rastlamamışam.Sadəcə xoş olsun deyə onun adına çıxıblar.Təəssüf.
azadmamedov90
kamil olmaq cetindir,ama bele agilli olmaq cox cetindir,eger calissa idik…
Medikamentoz
O dövrdə Onlar kamil oldularsa bu dövrdə Bizlər də Dahi ola bilərik,olacayıq da.Çünki Onlar Bizim bildiklərimizi bilmir,amma Biz Onların bildiklərini bilirik.
azadmamedov90
ferqli yanasma..ve xosuma geldi…
Medikamentoz
Xoşunuza gələn başınıza gəlsin,başınıza gələn də xoşunuza gəlsin :)