Üç sual, bir cavab

Hər yolun bir ədəbi vardır. Allahı sevmənin də ədəbi vardır. Dərviş, yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki! 

 
Bağçada güllərin yanında Mövlana ilə söhbət edirdik. Mövlananı ziyarətə bir qrup filosof gəldi. Sualları olduğunu bildirdilər. Mövlana onlara məni göstərərək.
— Mənim suallarımı cavablayandan soruşun- deyə mənə həvalə etdi. Bundan sonra, gələn filosoflar üç sual soruşmaq istədiklərini bildirdilər.
— Sualların nə olduğunu soruşdum. Onlar içlərindən  birini başçı seçdilər. Bütün sualları o verəcəkdi. Soruşmağa başladı:
— Allah var dediniz, amma görünməz, göstər də inanaq.


Ardı →

Platonun cavabları

Platondan iki sual soruşmuşlar.
 
Birincisi: İnsanoğlunun sizi ən çox təəccübləndirən davranışları hansılardır?  
Platon başlamış saymağa:
  — Uşaqlıqda darıxarlar və böyümək üçün tələsərlər. Böyüyərlər və uşaqlıqları üçün darıxarlar...  — Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər. Amma sağlamlıqlarını geri qazanmaq üçün də pul xərcləyərlər... — Sabahdan üçün narahatlıq edərkən bu günü unudarlar. Bu səbəbdən nə bu günü nə də sabahı yaşayarlar...  — Heç ölməyəcək kimi yaşayarlar. Ancaq heç yaşamamış kimi ölərlər...
  
Sıra gəlmiş ikinci suala: Yaxşı, siz nə təklif edirsiniz?
 
Müdrik cavablandırmış:
   — Kiməsə özünüzü «sevdirməyə» çalışmayın! Edilməsi lazım olan tək şey, hər şeyi öz axarına buraxmaqdır... 
— Əhəmiyyətli olan, həyatda "ən çox şeyə sahib olmaq" deyil, "ən az şeyə ehtiyac duymaqdır".
Davamı →