Amerika da məşhur bir vəkilin itirdiyi tək iddia

Məşhur bir futbolçu arvadını öldürməklə günahlandırılırdı. Amma arvadının cəsədi ortada yox idi. Futbolçu şübhəli kürsüsündə oturmuşdu. Qucaq dolusu pulla tutduğu vəkili münsifi razı salmağa çalışdı: "Hörmətli münsif üzvləri, müvəkkilimin günahsız olduğuna ürəkdən inanıram. Buna az sonra sizlər də inanacaqsınız. Nə üçünmü? Baxın, indi ona qədər sayacağam və müvəkkilimin öldürdüyü iddia edilən arvadı bu qapıdan içəri girəcək...
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10″

Bütün münsif qapıya döndü. Kimsə girmədi içəri.
Vəkil bir müdafiə etmə dahisi idi, öldürücü hücumunu etdi:
"Baxın, siz də qadının öldüyünə inanmırsınız. Çünki hamınız içəri girəcək deyə qapıya baxdınız. Budur qərarı buna görə vermənizi tələb edirəm."
Ancaq münsif məşhur futbolçunu günahkar hesab etdiyi fikrini bildirdi və iddia bu şəkildə sona çatdı. Məhkəmə çıxışında vəkil, münsif başçısına yaxınlaşdı:
"10' a qədər saydığımda siz də digər üzvlər kimi qapıya baxdığınız halda niyə belə bir qərara imza atdınız?"
"Doğru" dedi münsif başçısı; "Mən də qapıya baxdım, amma müvəkkiliniz qapıya baxmırdı." Ən yaxşı analist hər kəs bir nöqtəyə baxarkən, o nöqtəyə yönələn baxışları izləyən adamdır.

 

12 şərh

Cavid
super, çox xoşuma gəldi, istər vəkil istərsədə hakim bu işin ustasıdır)
MASON
Çox məşhur əhvalatdı, amma həmişə oxuyanda maraqlı və öyrədici gəlir.
bahar

Öz işlərinin peşəkarıdırlar.

bankir
İylənmiş söhbətdir.
Müəllifə hörmətimə bunun dəxli yoxdur,sadəcə bunu hər yerdə yazıblar artıq.
Xrizoberil
:)))ok bəs T.Bəhrəmova qızıl fiti onun bu cür diqqətinin nəticəsində verildiyini də bilirdinizmi? )))
bahar

T.Bəəhrəmovun qızıl fiti necə almağı mənə çox maraqlıdı bilmək istəyirəm.

Xrizoberil
bilmirəm futbolla maraqlanırsınız ya yox, maraqlı olduğu üçün yazıram Bahar xanım :) ingilislərin vurduğu qolu hesaba aldığı üçün (şübhəli bir topu qol olaraq qəbul etdiyi üçün) qızıl fiti vermişdilər T.Bəhrəmova- ən yaxşı hakimlərdən biri olub. onun verdiyi müsabiqələrdən birində qeyd edir ki, həmin topun qol olduğunu rəqib futbolçunun üzünə baxaraq qeydə almışdır. Yəni topun qol olmasını oyunçu daha evvəl görmüşdü.
bahar
Aydındı.Təşəkkür edirəm
Samir012
mənim üçün də yeni oldu, bankir sen yaxşı olar ki, gedib pullarını sayasan, belə mövzular sənə iylənmiş gələ bilər;)))
Xrizoberil
bir dəki iylənmiş söhbəti ilə heçdə razı deyiləm, ola bilər sizin üçün iylənib!!!Təkrar biliyin anasıdır deyib atalar :P
elshad
mənim üçün yeni bir hekayə oldu. əla