Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Telefon zəngi

Gecənin səssizliyi onun narahatlığını daha da artırırdı. Balkona çıxaraq, şəhəri seyr etməyə başladı. Şəhər qara örtüyə bürünmüşdü. Tək-tük evlərdə yanan lampalar şəhəri işıqlandırmağa kifayət etmirdi. Birdən gözləri ulduzlara sataşdı.
O, bir cəvahir qədər parlaq olan və gözqamaşdırıcı ulduzları seyr edərək fikrə daldı… Üç ay əvvəl yenə belə gecələrdən biri idi. O zaman gecənin sükutunu bir telefon zəngi pozmuşdu. O vaxt hər şey öz axarında gedirdi. Həyatında heç bir çətinlik hiss etmədən ömür sürmüşdü. Onun üçün hər şey qatarın relslər üzərində getməsi qədər asan olmuşdu: təhsili, peşəsi, evliliyi, uşaq sahibi olması və s. O, əbədi bir həyatın şıltaq və ərköyün uşağı idi. Ta ki telefon zəngi gələnə qədər… Ağır addımlarla telefonun yanına getdi. Səbəbini bilmədiyi bir narahatlıq qəfildən onu bürüdü. Dəstəyi qaldırarkən rahatlığın son pərdəsini bağladığını hiss edirmiş kimi ağır hərəkət edirdi.
Ardı →

Qeyri-adi görüş

Xahiş olunur ürəyi zəif olanlar «Ardı» yazısına basaraq mətni tam oxumasın və şəkilə baxmasın!


08.07.1972… Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm bombası atdı. Sağ qalan uşaqlaar alovlar içərisində qışqıra-qışqıra qaçmağa başladılar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi və ona Pulitser Mükafatını gətirən məşhur fotoşəklini çəkdi.
Ardı →

Şükürsüz günümüz olmasın!..

Kəskin qarlı, dağıdıcı küləkli bir qış günündə evimizin qapısı döyüldü. Qapını açanda qarşımda nimdaş paltarlı, cırıq paltolu iki uşaq vardı. Evdə köhnə qəzet olub olmadığını soruşdular. İşim çox idi. Əvvəl yox demək istədim. Gözüm ayaqlarına sataşdı və susdum. İkisinin də ayağında köhnə ayaqqabı vardı və ayaqları islaqdı.
Ardı →

Bir-birindən maraqlı hekayələr

Həyatınıza yön verəcək ibrətli hekayələr.


Hökümdarın başmağı
Belə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökümdar var imiş. Bir gün hökümdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxısın. Belə də edir. Məmləkətini qarışbaqarış gəzir. Geri qayıtdıqdan sonra  görür ki, daş-qalaqlı yolda gəzməkdən ayağı şişib.


Ardı →

Həyata təkcə öz pəncərənizdən baxmayın..

-Aygünə nə olub? Sanki küsüb,əvvəlki kimi deyib gülmür...
-Yeniyetməlik problemləridir.Vaxt keçdikcə hər şey öz qaydasına düşəcək.Biz də bir vaxtlar eyni problemləri yaşamadıqmı?..
-Nərgiz xala,Aygünlə tez-tez söhbət edirsinizmi?
-Bu necə sualdır,əlbəttə edirik.
-Yox,elə demək istmədim.Yəni,o hisslərini sizinlə bölüşürmü?
-Mən belə şeyləri başa düşmürəm,ancaq onu bilirəm ki,atası son vaxtlar onu tez-tez danlayır.Aygün də bəzi işləri bizdən xəbərsiz görür.Atası xəbər tutsa,heç bilmirəm necə olacaq.
Ardı →

Yoldan ən gözəl keçən insan

Bir kral xalqı üçün çox geniş və rahat yol çəkdirdi. Yolu istifadəyə verməzdən öncə bir yarış təşkil etdi. Bu yarışda istəyən hər kəs iştirak edə bilərdi və yarışın məqsədi yoldan ən gözəl şəkildə keçən insanı müəyyən etmək idi. 
Yarış günü xeyli insan toplaşmışdı. Bəzi insanlar ən gözəl atlarını gətirmiş, bəziləri ən gözəl paltarlarını geyinmiş, bəziləri saçlarını çox gözəl formaya salmış, bəziləri özləri ilə birlikdə ən dadlı yeməkləri gətirmişdi.
Nəhayət bütün yarışçılar yoldan keçdilər. Lakin hamı yolu keçib yenidən kralın yanına qayıdanda eyni şikayəti bildirirdi. Yolun bir hissəsi böyük daş və çınqılla dolu idi. Bu isə yolu keçməyi çətinləşdiridi.
Ardı →

Getmə!..

Qonşularının bir gün əvvəlki toy «atəşfəşanlığından» sonra onun həyatı alt-üst olmuşdu.Artıq o nə bu evdə,nə bu küçədə,nə də bu şəhərdə dayana bilərdi.Hətta,neçə il bir yerdə yaşadığı həyat yoldaşı ilə belə sağollaşmadan evindən səssizcə çıxdı.Həyat yoldaşı isə yanıqlı bir səslə yalvarırdı:


-Getmə!..Getmə!..Getmə!..Nə olar,məni tək qoyub getmə!..Nə olar məni başsız qoyub getmə!..Getmə!..Getmə!..Sonra bu yanıqlı səs yanıqlı hıçqırığa qarışdı.Ancaq həyat yoldaşı ona baxmaq bir tərəfə dursun,ona qulaq asmaq istəmirdi.Bu vaxt balaca qızı da anasının yanına gəldi və anasının əlindən tutaraq:


Ardı →

Tənha uşağın əhvalatı

Ailənin ilk və tək uşağı idi.İlk yaşına çatanda danışmağa başlamış,dediyi ilk söz isə həyatda ən çox sevdiyi adamın adı olmuşdu:Ana! Uşaq anası ilə eyni candan olduğunu bilməsə də,onu canı qədər sevdiyini çox yaxşı bilirdi.Südünü içdikdən sonra onun isti qolları arasında yatmaq və oyananda yenə onu başı üstündə görmək nə böyük səadət idi.Ancaq uşağın bu sevinci çox da uzun sürmədi.Anası onun «xərclərini» bəhanə edərək atasının müdir olduğu bir şirkətdə işləməyə başladı.Qısa bir vaxtda isə kişilərə göz dağı verən bir  «iş qadını» oldu.


Ardı →

Heyvanların söhbəti

Bir gün heyvanlar öz aralarında söhbət edirdilər və nə qədər çox bala doğduqlarını deyirdilər.Biri bir dəfəyə üç bala doğduğunu dediyi halda,o biri isə bir dəfəyə beş bala doğduğunu deyirdi.Hətta bir dəfəyə on-on beş bala doğduğunu deyənlər də var idi.


Ardı →