Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Yetim süfrəsi

Gənc adam, bir əczaxanada şagird olaraq işə girmiş, şirin dili və çalışqanlığıyla qısa müddətdə hötmət qazanmışdı. İstənən dərmanları sürətlə hazırlayarkən, bir tərəfdən də müştəriylə söhbət edərdi. Gələnlər həmişə kefsiz insanlar idi. Lakin şagird mütləq bir ortaq nöqtə tapır və onlarla yoldaşlıq qururdu. Orta yaşlı bir xanım olan əczaçı, şagirdindən çox razı idi. Buna görə də aylığına əlavə artım edirdi.
Gənc adam, edilən bu artımları qeyri-kafi qəbul etdiyi üçün ən bahalı dərmanlardan gizlicə götürməyə başladı. Bunları əl altından satarsa, kasıblıqdan yavaş-yavaş xilas olacaqdı.
Davamı →

"Yaxşiliq etsəndə ozunə qayıdar ,pislik etsəndə"

Bir neçə nəfərlə gəmiyə minib dəniz səfərinə çıxmişdıq.Birdən arxadan gələn qayığın burulğana düşüb çevrildiyini gördük.Qayıgın içindəki iki qardaş burulğana düşüb boğulmağa başladı.Gəmidəkilərdən biri gəmiçiyə dedi:

-Onların hər ikisini xilas et,hərəsi üçün sənə xeyli pul verərəm.

Gəmiçi dərhal suya atılıb qardaşlardan birini xilas etdi.O biri isə boğuldu.

Ardı →

Gülün suya məhəbbəti

Bir gül suya vurulur. Fikrini suya bildirir. Deyir ki, su mən səni sevirəm.Suda cavab verir ki, məndə səni və başlayırlar görüşməyə.

Günləri maraqlı keçir. Hər sudan görüşəndə gül suya səni sevirəm deyir.Suda cavabında məndə səni deyir.

Bir müddət keçir gül fikir verir ki, suyun başı çooox qarışıqdı. Görüşə gələndə suya deyir: Su mən səni ölümünə sevirəm, sənsiz yaşıya bilmərəm! Suda əsəbi halda cavab verir: Məndə səni. Axı nə qədər demək olar? Gül məyus halda evə gəlir və sudan bir daha danışmamağını özünə söz verir.

Bir neçə vaxt sonra suya deyirlər ki, gül xəstəxanadadı. Su tələsik ora gedir. Çatanda görür ki, həkim gülün yanında oturub, soruşur: Həkim gülün harası ağrıyır? niyə xəstələndi ?

Həkim cavab verir: Gülün heç bir yeri ağramırdı, o artıq həyatda yoxdu. Canını tapşırdı çünki, o susuz yaşaya bilmədi..




Davamı →

İbrətamiz hekayələr

Daş

Gənc iş adamı yeni " Yaquar " ı ilə bir küçədən sürətlə keçirdi. Birdən gözünə nə isə sataşdı. Qeyri-ixtiyari sürətini azaltdı. Bu vaxt maşınının qapısına nə isə dəydiyini hiss etdi. Maşını saxladı. Bu balaca bir daş idi. Daşın atıldığı tərəfə baxdı. Qarşısına balaca bir uşaq dayanmışdı.

Özünü saxlaya bilməyib qışqırmağa başladı: «Sən kimsən? Bu daşı niyə atdın? Sənin atdığın bu daşın mənə neçəyə başa gələcəyini bilirsənmi? » Uşaq yalvararaq cavab verdi: " Bağışlayın, başqa çıxış yolum yox idi. Əgər daşı atmasaydım, heç kim mənə maşın saxlamayacaqdi ". Uşaq bir tərəfdən danışır, bir tərəfdəndə yanağından yaş süzülürdü. Əli ilə yolun kənarındalı əlil arabasını göstərdi və: " Böyük qardaşım arabasından yıxıldı. İndi onu qaldıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin ", — dedi. Bu sözlərdən sonra gənc sanki ayıldı. Yolun kənarına yıxılmış oğlanı qaldıraraq, yenidən arabasına oturmağa kömək etdi. Dəsmalı ilə üst-başını təmizlədi. Uşaq: " Allah razı olsun ", — deyərək təşəkkür etdi və arabanı sürərək evlərinə tərəf getməyə başladı. Gənc bir xeyli uşağın arasınca baxdı. O, maşınına qayıdana qədər sanki yol xeyli uzanmışdı...

O, maşının qapısındalı əziyi heç vaxt təmir etdirmədi. Bu əziyi o gündən bir xatirə kimi saxladı. Çünki bu hadisə ona həyatda bəzən ayaq saxlamağı, ətrafa nəzər salmağı və köməyə ehtiyacı olanlara əl uzatmağı öyrətmişdi…

Ardı →

Dəvə ilə ver

Həzrəti Əli axşama qədər işləmiş,axşam olunca da dəvəsinə bir çuval xurma yükləyib evinə qayıdırdı.
Dəvənin noxtası köməkçisi Qəmbərin əlində idi.Özü də qabaqda gedirdi.Mədinəyə girəndə yolun kənarından bir səs gəldi.Yoxsul bir adam əlini açıb dilənirdi:«Nə olar,Allah rizası üçün,»-deyirdi.
Ardı →

İffət dediyimiz

Kran təmirçiliyi ilə məşğul olan yaraşıqlı gənc oğlanın başına belə bir hadisə gəlmişdi:

Bir gün oğlanın yanına gələn bir qadın,evində təmir ediləcək kran olduğunu söyləyir.Bundan sonra ikisi də evə gedirlər.Evə gələndə qadın qapını arxadan bağlayır və oğlanı pis yola dəvət edir.


Ardı →

Bəs sonra

Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:
Ardı →