Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Duz və su

Hindli bir yaşlı usta, çırağının hər şeydən davamlı şikayət etməsindən bezmişdi. Bir gün çırağını duz almağa göndərdi. Həyatındakı hər şeydən narazı olan çıraq qayıtdıqda, yaşlı usta ona, bir ovuc duzu bir stəkan suya atıb içməsini söylədi.
Çıraq, yaşlı adamın söylədiyini etdi, amma içən kimi ağızındakıları tüpürməyə başladı.
Ardı →

Göndərilməyən məktub

«Salam ana. Necəsən? Hər şey yaxşıdırmı? Ümid edirəm ki, hamı salamatdır.Sizlər üçün elə darıxmışam. Ən çox da sənin üçün anam. Başıma sığal çəkməyindən, mənə şirin- şirin „əziz balam“ deməyindən, məlahətli səsindən, hətta məni danlamağında ötrü belə darıxmışam. Ana, babam necədir? Yenə hər axşam televizora baxmaq üstündə balaca qardaşımla dava edirlər? Yəqin, indi də aranı sakitləşdirməkdən ötrü babamın ən sevimli qız nəvəsi, bacım onun ən sevdiyi kitabı götürüb onun üçün bərkdən oxuyur.


Ardı →

Güzgü

Adamın biri, ilk dəfə getdiyi şəhərin tarixi bazarını gəzərkən, bir dükana girərək;
— Xatirə əşya almaq istəyirəm. Nə tövsiyə edirsiniz?- deyə soruşur
Dükan sahibi yaşlı şəxs, adamı təpədən dırnağa süzüb:
— Buranın ən məşhur malı, güzgüləridir. Amma onları almaq güc istəyər.
Ardı →

Tərbiyə yaradılışa bağlıdır.

Hökümdarlardan biri vəzirinə, oğulunun müəllimi ilə əlaqədar şikayətlənirdi:
— Mən oğulum elm öyrənsin istəyirəm… Mənim yerimə yaxşı bir hökmdar olsun… Amma o davamlı musiqilə, sazla, sözlə məşğul olur… Zənnimcə müəllimi onu, əslinə yaraşar şəkildə yetişməsi istiqamətində yönləndirə bilmir.
Vəzir:
Ardı →

Kiçik bir dərs

— Atam gəldi. Uraa!!!
— Gəl görüm, qucağıma. Ay səni dəcəl, günü gündən böyüyürsən. Belə getsə, səni qucağıma ala bilməyəcəm. 
— Bəli, mən böyük kişiyəm artıq.Bu gün də beş dənə beş aldım.
— Nə gözəl. Afərin sənə. Həmişə belə davam elə. Söz verirsən?
— Başüstə, amma sən də velosiped alacağına söz ver.
— Söz, alacam. Qoy gedim əllərimi yuyum. Gələrəm söhbət edərik. 
— Anam süfrəni açıb.
— Get, mən də gəlirəm.
Ardı →

Divardakı kərtənkələ

Bu hekayə Yaponiyada həqiqətən olmuş bir hadisədir...

Yapon memarlarından biri evini başdan aşağı yeniləyirdi. Təmir əsnasında sökdüyü qapılardan birinin divarla əlaqəli hissəsində, iç qismində, iki taxta arsında sıxışıb qalmış bir kərtənkələ tapdı. Bir az daha diqqətlə baxınca kərtənkələnin canlı olduğunu gördü.
Ardı →

Dəyərli olanın dəyərini sadəcə "usta"sı anlar

Vaxtilə bir müdrik illərcə yanında yetişdirdiyi şagirdinin səviyyəsini öyrənmək istəyər. Onun əlinə çox parlaq və sirrli görünüşə sahib iri bir daş verib: «Oğlum» deyər, «Bunu götür, qarşına çıxan dükanlara göstər, nə qədər pul verdiklərini soruş, ən sonda da zərgərə göstər. Heç kimə satmadan yalnız qiymətlərini və nə dediklərini öyrən, gəl mənə bildir.
Ardı →

Yaxşılıq itmir

Xəstəxananın baş həkimi amansız bir xəstəliyə tutulmuşdu. Xaricdə müalicəsi mümkün ola bilərdi, lakin bütün həkim yoldaşları onun səfərə dözə bilməyəcəyi mövzusunda həmfikir idi. Çarəsiz bir möcüzə gözləyirdi hər kəs.
Bu zaman haradan xəbər aldığı bilinməyən gənc bir həkim gəldi və onu yaxşı edə biləcəyini söylədi.
Ardı →

Gələ bilmədi...

O, tək yaşayırdı. Bir otaqlı evdə. Çoxu elə bilirdi ki, bu evdə heç kim yaşamır. Bax beləcə, səssiz-səmirsiz həyat tərzi keçirirdi.
Bir gün narın yağış yağırdı. Yağışlı havada dualar da tez qəbul olunduğuna inanırdı. Çox sevincli idi. Sevinirdi, sevinirdi ki, dua edəcək. Demək olar ki, hər gün axşam namazını məsciddə qılırdı. Həmişəki kimi bu gün də namazını qılmaq üçün məscidə yollandı. Evi məscidə yaxın olduğu üçün tez çatdı. İqamədən əvvəl dua etdi. Sonra camaatla namazını qıldı. Bir qədər oturduqdan sonra harasa tələsirmiş kimi məsciddən çıxdı. Yağışlı havada dənizə baxa-baxa zikr etməyi də çox sevirdi. Dəniz kənarına gəlib, skamyanı yağışdan qoruyan bir yer tapıb, oturdu.
Qəfildən kimsə arxadan onun çiyninə toxunaraq «Bu sənsən?» deyə həyəcanla, təəccüblə soruşdu. o, duruxdu. Hələ çönüb sifətinə baxmasa da səs ona doğma gəldi. Amma yanıla bilərdi. Əmin olmaq üçün arxaya çevrilib ona sual verən adama baxdı. Bu, əlində əsa tutmuş bir qoca idi. «Yox, yox! Mən yanılmadım. Bu odu. Bu həmin o insandı. O insan ki...»
Ardı →